AİB-lə potensial əməkdaşlıq istiqamətləri müzakirə edilib - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Yevgeniy Jukovla görüşüb.

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya bildirilib ki, görüşdə iqlim dəyişikliyi ilə mübarizə üçün potensial maliyyələşmə imkanları, AİB-in COP29 çərçivəsində fəaliyyət və qlobal iqlim siyasəti sahəsində plan layihəsi və mümkün tərəfdaşlıq istiqamətləri müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və AİB arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

Bu il ölkəmizin AİB ilə tərəfdaşlığının 25 ilinin tamam olduğu qeyd edilib və bu faydalı əməkdaşlığın daha da dərinləşməsinin önəmi bildirilib. Bankın ətraf mühit, rəqəmsal inkişaf, dövlət-özəl sektor tərəfdaşlığı, enerji, ölkəmizin tranzit-logistika potensialının artırılması və müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirakı yüksək qiymətləndirilib.

Görüşdə dövlətə məxsus müəssisələrdə səmərəliliyin artırılması, həmin müəssisələrə özəl investisiyaların cəlb edilməsi məqsədilə görülən tədbirlər barədə məlumat verilib, bu istiqamətdə əməkdaşlıq imkanları nəzərə çatdırılıb.

Yevgeniy Jukov AİB-in Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini bildirib. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, inklüziv artımın təşviqi ilə bağlı atılan addımların təqdirəlayiq hal olduğu qeyd edilib.

Qurum rəsmisi COP29-un ev sahibi seçilməsi münasibətilə Azərbaycanı təbrik edib və ölkəmizin “yaşıl inkişaf” gündəliyinin əhəmiyyətinə toxunub. AİB-in COP29-la bağlı xüsusilə karbon bazarlarının inkişafı sahəsində texniki dəstək göstərməyə hazır olduğu ifadə olunub.
Tərəflər əməkdaşlığın hazırkı vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. İqlim dəyişikliyi ilə mübarizə üçün potensial maliyyələşmə imkanları, AİB tərəfindən COP29 çərçivəsində fəaliyyət və qlobal iqlim siyasəti sahəsində hazırlanmış plan layihəsi və mümkün işbirliyi istiqamətləri müzakirə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tələbə yataqxanaları ilə bağlı yenilik olacaq - RƏSMİ AÇIQLAMA

Tələbə yataqxanaları ilə bağlı yenilik olacaq - RƏSMİ AÇIQLAMA

İsrail İranın Mi-17 helikopterini məhv etdi - VİDEO

İsrail İranın Mi-17 helikopterini məhv etdi - VİDEO

Lukaşenko: “Mən Trampın tərəfdarıyam” – VİDEO

Lukaşenko: “Mən Trampın tərəfdarıyam” – VİDEO

Mananadan Gürcüstanın vəfat edən Patriarxı ilə bağlı PAYLAŞIM - FOTO

Mananadan Gürcüstanın vəfat edən Patriarxı ilə bağlı PAYLAŞIM - FOTO

"Bu gün susanlar sabah öz övladlarını qoruya bilməyəcəklər" — Arif Əliyev

"Bu gün susanlar sabah öz övladlarını qoruya bilməyəcəklər" — Arif Əliyev

Nərdivandan yıxıldı, həyatını itirdi

Nərdivandan yıxıldı, həyatını itirdi

Azərbaycanda 4 saytın sahibidir - 6 milyard dollar pulu var

Azərbaycanda 4 saytın sahibidir - 6 milyard dollar pulu var

Trampdan SENSASİON XƏBƏRDARLIQ – ABŞ NATO-dan çıxır?

Trampdan SENSASİON XƏBƏRDARLIQ – ABŞ NATO-dan çıxır?

Verilişlərinin yerinə bunlar yayımlandı - Fotolar

Verilişlərinin yerinə bunlar yayımlandı - Fotolar

Xocavənd şəhəri 177 nəfərə qucaq açdı - FOTO

Xocavənd şəhəri 177 nəfərə qucaq açdı - FOTO

35 il sonra Laçındakı evlərini tapıb göz yaşı tökdü – VİDEO

35 il sonra Laçındakı evlərini tapıb göz yaşı tökdü – VİDEO

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində hava necə olacaq?

Xocalının Xanabad kəndinə köçən ailələrə evlərinin açarları təqdim edildi – FOTO

Xocalının Xanabad kəndinə köçən ailələrə evlərinin açarları təqdim edildi – FOTO

"Maska" şousu bu tarixdə BAŞLAYIR

"Maska" şousu bu tarixdə BAŞLAYIR

Qaradağda 4 məmura XƏBƏRDARLIQ EDİLDİ

Qaradağda 4 məmura XƏBƏRDARLIQ EDİLDİ

Azərbaycan vətəndaşı Latviyada 11 il azadlıqdan məhrum edildi

Azərbaycan vətəndaşı Latviyada 11 il azadlıqdan məhrum edildi

"Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir BƏLLİ OLDU

"Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir BƏLLİ OLDU

Analitiklər: İranla müharibə may ayına qədər uzana bilər

Analitiklər: İranla müharibə may ayına qədər uzana bilər

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Taxta materialları kəskin bahalaşdı – QİYMƏTLƏR

Taxta materialları kəskin bahalaşdı – QİYMƏTLƏR

Ninkoviç “Sumqayıt”ı TƏRK EDİR

Ninkoviç “Sumqayıt”ı TƏRK EDİR

İlham Əliyev Şavkat Mirziyoyevi TƏBRİK ETDİ

İlham Əliyev Şavkat Mirziyoyevi TƏBRİK ETDİ

Buzovnada avtomat AŞKARLANDI

Buzovnada avtomat AŞKARLANDI

Paşinyanın silahdaşı deputat mandatından İMTİNA ETDİ

Paşinyanın silahdaşı deputat mandatından İMTİNA ETDİ

End of content

No more pages to load

RADİO