AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb

29 mart 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 31-dən yay uçuş cədvəlinə keçid edir. Cədvəl oktyabrın 26-dək qüvvədə olacaq. Aviaşirkət yay qrafiki üzrə səyahət üçün geniş istiqamət seçimi təklif edərək, dünyanın 50-dən çox şəhərinə uçuşlar həyata keçirəcək.

Aprel-oktyabr aylarında AZAL ilə dünyanın müxtəlif yerlərinə, o cümlədən Dubay, Tbilisi, Aktau, Almatı, Astana, Batumi, Dammam, Ciddə, İslamabad, Kəraçi, Lahor, Mədinə, Mumbay, Nyu-Dehli, Pekin, Daşkənd, Təl-Əviv, Ürgənç və Ər-Riyad kimi Asiya şəhərlərinə səyahət etmək mümkündür.

Aviaşirkətin yay cədvəlində Türkiyənin bir sıra istiqamətləri təqdim olunub:

• İstanbul:
gündə 4 reys;

• Ankara: gündə 1 reys;

• Antalya: aprel-may aylarında uçuşlar həftədə 3, yay aylarında isə hər gün həyata keçiriləcək;

• Bodrum: iyun ayının sonundan sentyabr ayının ilk həftəsinə qədər reyslər hər gün yerinə yetiriləcək;

• Dalaman: həftədə 4 reys;

• İzmir: apreldən iyunun ortalarına qədər reyslər həftədə 3 dəfə, iyunun sonundan sentyabrın ilk həftəsinə qədər hər gün həyata keçiriləcək;

• Trabzon: aprel-may aylarında həftədə 3 reys, yay aylarında isə daha bir tezlik əlavə olunacaq.

Bundan əlavə, AZAL Avropaya səyahət etmək istəyənlərə müxtəlif seçim imkanları təqdim edir. Aviaşirkətin reysləri ilə Barselona, Berlin, Vyana, Kişineu, Tivat, London, Milan, Paris və ya Praqaya səfər edərək bu şəhərlərin gözəlliyindən zövq almaq olar.

Rusiyanın bir sıra şəhərlərinə, o cümlədən Moskva, Həştərxan, Volqoqrad, Yekaterinburq, Kazan, Mahaçqala, Mineralnıye Vodı, Novosibirsk, Samara, Sankt-Peterburq, Soçi və Ufaya reyslər mövcuddur.

Yay cədvəli çərçivəsində aviaşirkət Naxçıvan, Dubay, Aktau, Tel-Əviv, Ankara, Moskva, Tbilisi, yay aylarında isə İzmir, Bodrum, Antalya şəhərlərinə gündəlik uçuşlar yerinə yetirəcək.

Ən uyğun uçuş vaxtını seçmək və aviabiletləri daha sərfəli qiymətlərlə əldə etmək üçün AZAL sərnişinlərə səyahətləri əvvəlcədən planlaşdırmağı tövsiyə edir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sürücülərin nəzərinə: Sabah bəzi yollarda...

Sürücülərin nəzərinə: Sabah bəzi yollarda...

Topa ilk toxunuşu Gəncə terrorunda hər iki valideynini itirən Nilay etdi - VİDEO

Topa ilk toxunuşu Gəncə terrorunda hər iki valideynini itirən Nilay etdi - VİDEO

Siyəzəndə kişi meyiti tapıldı

Siyəzəndə kişi meyiti tapıldı

“Beşiktaş” səfərdə qələbə qazandı - VİDEO

“Beşiktaş” səfərdə qələbə qazandı - VİDEO

Siyəzəndə yeniyetmə TAPILDI - Avqustdan itkin düşmüşdü

Siyəzəndə yeniyetmə TAPILDI - Avqustdan itkin düşmüşdü

Aprel döyüşlərinin qəhrəmanı Böyük Çin səddində - FOTO

Aprel döyüşlərinin qəhrəmanı Böyük Çin səddində - FOTO

Trabzondan gələn gəmi Soçi limanına buraxılmadı

Trabzondan gələn gəmi Soçi limanına buraxılmadı

Azərbaycanın 2 cüdoçusu İslamiadada finala yüksəldi - FOTO

Azərbaycanın 2 cüdoçusu İslamiadada finala yüksəldi - FOTO

Silahlı Qüvvələrimizin döyüş imkanları 5 il əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib - FOTO

Silahlı Qüvvələrimizin döyüş imkanları 5 il əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib - FOTO

Bakılı jurnalistə Türkiyədə beynəlxalq media mükafatı təqdim edildi

Bakılı jurnalistə Türkiyədə beynəlxalq media mükafatı təqdim edildi

“Zəfər qoxulu 5 il” adlı tədbir keçirildi - FOTO/VİDEO

“Zəfər qoxulu 5 il” adlı tədbir keçirildi - FOTO/VİDEO

Qaxın Əmbərçay kəndində QIŞ KABUSU – Sakinlər istilik yoxdur deyə, kəndi tərk edir – FOTO

Qaxın Əmbərçay kəndində QIŞ KABUSU – Sakinlər istilik yoxdur deyə, kəndi tərk edir – FOTO

Göyçaylı usta: “Bu arabanı 8 ilə hazırlamışam” - FOTO

Göyçaylı usta: “Bu arabanı 8 ilə hazırlamışam” - FOTO

Göyçayda ənənəvi "Nar Festivalı" keçirildi - FOTO

Göyçayda ənənəvi "Nar Festivalı" keçirildi - FOTO

Üç ölkənin dostluğu dünya üçün nümunədir - ŞƏRH EDİLDİ

Üç ölkənin dostluğu dünya üçün nümunədir - ŞƏRH EDİLDİ

Ərdoğan Türkiyənin “Eurofighter”, F-16 və F-35-lərin alınmasına dair planlarını açıqladı

Ərdoğan Türkiyənin “Eurofighter”, F-16 və F-35-lərin alınmasına dair planlarını açıqladı

Türkiyə MN Bakıda hərbi paradda F-16-dan çəkilmiş görüntülərı yaydı - VİDEO

Türkiyə MN Bakıda hərbi paradda F-16-dan çəkilmiş görüntülərı yaydı - VİDEO

Cocuq Mərcanlıdan Cəbrayıl şəhərinə məktəblilərin ZƏFƏR YÜRÜŞÜ - FOTO

Cocuq Mərcanlıdan Cəbrayıl şəhərinə məktəblilərin ZƏFƏR YÜRÜŞÜ - FOTO

Türkiyə Prezidenti: Azərbaycan bölgədə sülhün memarı kimi önə çıxacaq

Türkiyə Prezidenti: Azərbaycan bölgədə sülhün memarı kimi önə çıxacaq

Suriya Prezidenti sabah Trampla görüşəcək

Suriya Prezidenti sabah Trampla görüşəcək

Vəkil vəfat etdi: Vətən müharibəsi iştirakçısı olub - FOTO

Vəkil vəfat etdi: Vətən müharibəsi iştirakçısı olub - FOTO

Ərdoğan: “Qarabağdakı böyük inkişaf İlham Əliyevin güclü liderliyinin göstəricisidir"

Ərdoğan: “Qarabağdakı böyük inkişaf İlham Əliyevin güclü liderliyinin göstəricisidir"

Balıkesirdə yenə zəlzələ oldu

Balıkesirdə yenə zəlzələ oldu

Hacıqabulda 2 QƏZA - Yaralılar var

Hacıqabulda 2 QƏZA - Yaralılar var

End of content

No more pages to load

RADİO