Almaniya Ukraynaya 500 milyon avroluq yeni yardım paketi təqdim edəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius məlumat yayıb.
Məlumata görə, yardım aketində uzaqmənzilli “Taurus” raketlərinin olmaması diqqətdən yayınmayıb.
Nazir həmçinin qeyd edib ki, Çexiyanın başlatdığı təşəbbüs (sursat tədarükü) çərçivəsində Almaniyanın 180 min top mərmisini öz üzərinə götürəcək. Artıq həmin mərmilərin Almaniyada istehsalına başlanılıb.
Bizim.Media