Avtomobil bazarında haqsız rəqabət halları AŞKARLANDI 

Azərbaycanda minik avtomobillərinin satışı zamanı müştərilərlə bağlanan müqavilələrə məhdudlaşdırıcı şərtlərin əlavə edilməsi ilə digər bazar subyektlərinə qarşı haqsız rəqabətə yolvermə əlamətləri aşkar olunub. 

Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir. 

Məlumata görə, qurum haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir. 

2023-cü il üzrə Dövlət Xidmətinin təsdiq edilmiş monitorinq planına əsasən, minik avtomobilləri bazarında satış zamanı bağlanan müqavilələrdə şərtlərin haqsız rəqabət qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb.

Araşdırmalar nəticəsində əsas bazar subyektlərinin müştərilərlə bağlanan müqavilələlərə və zəmanət şərtlərinə məhdudlaşdırıcı şərtlər əlavə etdiyi, o cümlədən nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələrinə və yaxud stansiyalarına qarşı haqsız rəqabətə səbəb ola biləcək tələblərin yer aldığı müəyyən edilib. 

Aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə Dövlət Xidmətində ötən ilin dekabr ayında fəaliyyətlərində pozuntu aşkar edilən bazar subyektlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə bazar subyektləri tərəfindən bağlanan müqavilə və zəmanət şərtlərinin haqsız rəqabət qanunvericiliyinin tələblərinə uyğunluğu məsələsi müzakirə olunub, onlara qanunvericiliyin tələbləri izah edilib.

Nəticədə, bir sıra bazar subyektləri tərəfindən müqavilə şərtlərinə müvafiq dəyişikliklər olunub. 

“Haqsız rəqabət haqqında” Qanuna əsasən, sahibkarlıq fəaliyyəti sahəsində rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi, habelə müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması haqsız sahibkarlıq fəaliyyəti hesab edilir və bu hərəkətlərə yol verilmir. 

Göstərilən hallarla bağlı Dövlət Xidməti minik avtomobilləri satışı ilə məşğul olan 1 bazar subyektinə “Haqsız rəqabət haqqında” Qanunun tələblərinin pozulması əlamətləri üzrə iş qaldırıb, digər bazar subyektləri barəsində də qanunamüvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. 
Vətəndaşlar və sahibkarlıq subyektləri müqavilələrdə məhdudlaşdırıcı şərtlər və haqsız rəqabət halları ilə üzləşdikləri halda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə birbaşa ərizə, rəsmi internet səhifəsi (//competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ([email protected]) və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Düşünürlər ki, yalanlarına inandıra biliblər” – VİDEO

“Düşünürlər ki, yalanlarına inandıra biliblər” – VİDEO

Azərbaycanlı gənc Amerikada itkin düşüb - FOTO

Azərbaycanlı gənc Amerikada itkin düşüb - FOTO

Ağdaşda anasını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Ağdaşda anasını öldürməkdə şübhəli bilinən şəxs tutulub

İyunun 14-də “Son zəng” olmayacaq

İyunun 14-də “Son zəng” olmayacaq

“Peşmanam…” - VİDEO

“Peşmanam…” - VİDEO

Asılılıq genetika ilə bağlı imiş

Asılılıq genetika ilə bağlı imiş

Naxçıvanda DƏHŞƏT - Evdən ər və arvadın meyiti tapıldı

Naxçıvanda DƏHŞƏT - Evdən ər və arvadın meyiti tapıldı

Nyu-Yorkda Kanadaya məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb – VİDEO

Nyu-Yorkda Kanadaya məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb – VİDEO

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Qızılca ilə bağlı HƏYƏCAN TƏBİLİ – Yalnız bu yolla qarşısını almaq olar

Qızılca ilə bağlı HƏYƏCAN TƏBİLİ – Yalnız bu yolla qarşısını almaq olar

Xəstəxanaya yerləşdirilən Murad Dadaşovdan xəbər var

Xəstəxanaya yerləşdirilən Murad Dadaşovdan xəbər var

Sakit okeanda 5,5 bal gücündə zəlzələ olub

Sakit okeanda 5,5 bal gücündə zəlzələ olub

ABŞ-Ukrayna danışıqları başa çatdı

ABŞ-Ukrayna danışıqları başa çatdı

Kuba ABŞ-ın hücumuna hazırlaşır

Kuba ABŞ-ın hücumuna hazırlaşır

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

End of content

No more pages to load

RADİO