Energetika naziri və Aİ-nin energetika məsələləri üzrə komissarından BİRGƏ BƏYANAT

Həmsədrlər energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson mətbuat üçün bəyanat yayıblar.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası çərçivəsində keçirilən tədbirdə 23 tərəfdaş hökumətin, 52 qurum və şirkətin nümayəndələri bir araya gəliblər.

Görüşdə Avropa İttifaqı və Azərbaycanın əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatı, bərpa olunan enerji istehsalının stimullaşdırılması, enerji səmərəliliyi, hidrogen, metan emissiyalarının azaldılması və ətraf mühitin qorunması mövzularını əhatə edən energetika sahəsində strateji tərəfdaşlıq əlaqələrinə mütləq şəkildə sadiq olduqları bir daha təsdiqlənib.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər iclasında Azərbaycandan sabit və rəqabətcil enerji tədarükünü təmin edən etibarlı enerji ötürücü sistemi kimi CQD-nin mühüm rolu bir daha vurğulanıb və ardıcıl üçüncü ildir ki, uğurlu fəaliyyəti qeyd edilib. 2023-cü ildə Avropa İttifaqına Azərbaycandan təqribən 12 milyard kub metr təbii qaz tədarük edilib. Bu da 2021-ci ildən bəri 45 faizdən çox artım deməkdir. Ümumilikdə, Azərbaycan 2023-cü ildə Aİ, Türkiyə, Gürcüstan və Serbiya bazarlarına təqribən 23,9 milyard kub metr təbii qaz ixrac edib.

İştirakçılar Azərbaycandan Avropa İttifaqına tədarük olunan qazın həcmini daha da artırmaq məqsədilə müvafiq infrastrukturu və qaz yataqlarını inkişaf etdirmək üçün görülən cari işləri müzakirə ediblər. Görüşdə “Həmrəylik halqası” təşəbbüsü, o cümlədən Bolqarıstan-Serbiya İnterkonnektorundan da bəhs olunub. İştirakçılar Trans-Balkan boru kəməri kimi mövcud ötürmə sistemlərinin tam istismara verilməsini və vahid Avropa bazarına tədarükün şaxələndirilməsi prosesini daha da sürətləndirəcək cari layihələrin yekunlaşdırılmasını təşviq ediblər.

Görüşdə həmçinin CQD-nin enerji keçidi prosesindəki rolu, Qlobal Metan Vədi və Neft-Qaz Metan Tərəfdaşlığı 2.0 kimi yerli və beynəlxalq təşəbbüs və standartlara uyğun olaraq metan emissiyalarını azaltmaq üçün zəruri addımların atılmasının əhəmiyyəti vurğulanıb.

Yaşıl Enerji Məşvərət Şurasının nazirlər iclasında Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının növbəti tərəflər konfransına (COP29) ev sahibliyi münasibətilə təbrik edilib. İştirakçılar son hadisələri, o cümlədən enerji sistemindəki karbohidrogen yanacaqlardan digər yanacaq növlərinə nizamlı və bərabər formada keçidlə bağlı qlobal inventarlaşdırma (Stocktake) öhdəliklərini, elmin nailiyyətlərinə uyğun olaraq 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmaq üçün bu kritik onillikdə görülən tədbirlərin sürətləndirilməsini, BMT-nin sonuncu İqlim Dəyişikliyi Konfransının nəticəsi olaraq 2030-cu ilə qədər dünyada bərpa olunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin isə ikiqat artırılması təşəbbüslərini müzakirə ediblər.

Azərbaycan və Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu, həmçinin 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanan "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" kimi strateji sənədlərin əhəmiyyətini təsdiq edən görüşdə tərəfdaş ölkələr, maliyyə institutları və şirkətlər Xəzər regionunun bərpa olunan enerji potensialının səfərbər edilməsində, o cümlədən enerjinin istehsalı və ötürülməsi imkanlarının genişləndirilməsində və hidrogen və digər bərpa olunan yanacaq növlərinin rolunun nəzərə alınmasında fəal rol oynamağı öhdələrinə götürüblər.

Anlaşma Memorandumunun səmərəli həyata keçirilməsi üçün həmsədrlər qarşıdakı dövrdə əməkdaşlığı müəyyən edəcək bir sıra tədbirlər və prioritet tapşırıqları razılaşdırıblar.
İclas enerji təhlükəsizliyinin gücləndirilməsinə və iqlim dəyişikliklərinə qarşı birgə fəaliyyətə mühüm töhfələr verən səmərəli dialoqun davam etdirilməsi əzminin olduğunu göstərdi.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər iclasında Azərbaycandan sabit və rəqabətcil enerji tədarükünü təmin edən etibarlı enerji ötürücü sistemi kimi CQD-nin mühüm rolu bir daha vurğulanıb və ardıcıl üçüncü ildir ki, uğurlu fəaliyyəti qeyd edilib. 2023-cü ildə Avropa İttifaqına Azərbaycandan təqribən 12 milyard kub metr təbii qaz tədarük edilib. Bu da 2021-ci ildən bəri 45 faizdən çox artım deməkdir. Ümumilikdə, Azərbaycan 2023-cü ildə Aİ, Türkiyə, Gürcüstan və Serbiya bazarlarına təqribən 23,9 milyard kub metr təbii qaz ixrac edib. İştirakçılar Azərbaycandan Avropa İttifaqına tədarük olunan qazın həcmini daha da artırmaq məqsədilə müvafiq infrastrukturu və qaz yataqlarını inkişaf etdirmək üçün görülən cari işləri müzakirə ediblər.

Görüşdə “Həmrəylik halqası” təşəbbüsü, o cümlədən Bolqarıstan-Serbiya İnterkonnektorundan da bəhs olunub. İştirakçılar Trans-Balkan boru kəməri kimi mövcud ötürmə sistemlərinin tam istismara verilməsini və vahid Avropa bazarına tədarükün şaxələndirilməsi prosesini daha da sürətləndirəcək cari layihələrin yekunlaşdırılmasını təşviq ediblər. Görüşdə həmçinin CQD-nin enerji keçidi prosesindəki rolu, Qlobal Metan Vədi və Neft-Qaz Metan Tərəfdaşlığı 2.0 kimi yerli və beynəlxalq təşəbbüs və standartlara uyğun olaraq metan emissiyalarını azaltmaq üçün zəruri addımların atılmasının əhəmiyyəti vurğulanıb.

Yaşıl Enerji Məşvərət Şurasının nazirlər iclasında Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının növbəti tərəflər konfransına (COP29) ev sahibliyi münasibətilə təbrik edilib. İştirakçılar son hadisələri, o cümlədən enerji sistemindəki karbohidrogen yanacaqlardan digər yanacaq növlərinə nizamlı və bərabər formada keçidlə bağlı qlobal inventarlaşdırma (Stocktake) öhdəliklərini, elmin nailiyyətlərinə uyğun olaraq 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmaq üçün bu kritik onillikdə görülən tədbirlərin sürətləndirilməsini, BMT-nin sonuncu İqlim Dəyişikliyi Konfransının nəticəsi olaraq 2030-cu ilə qədər dünyada bərpa olunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin isə ikiqat artırılması təşəbbüslərini müzakirə ediblər.

Azərbaycan və Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu, həmçinin 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanan "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" kimi strateji sənədlərin əhəmiyyətini təsdiq edən görüşdə tərəfdaş ölkələr, maliyyə institutları və şirkətlər Xəzər regionunun bərpa olunan enerji potensialının səfərbər edilməsində, o cümlədən enerjinin istehsalı və ötürülməsi imkanlarının genişləndirilməsində və hidrogen və digər bərpa olunan yanacaq növlərinin rolunun nəzərə alınmasında fəal rol oynamağı öhdələrinə götürüblər.

Anlaşma Memorandumunun səmərəli həyata keçirilməsi üçün həmsədrlər qarşıdakı dövrdə əməkdaşlığı müəyyən edəcək bir sıra tədbirlər və prioritet tapşırıqları razılaşdırıblar.

İclas enerji təhlükəsizliyinin gücləndirilməsinə və iqlim dəyişikliklərinə qarşı birgə fəaliyyətə mühüm töhfələr verən səmərəli dialoqun davam etdirilməsi əzminin olduğunu göstərdi.

Cənub Qaz Dəhlizinin iclası çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq mövzusunda nazirlərin 6-cı iclası baş tutub. Sonda həmsədrlər (biz) Aİ və Azərbaycan tərəfləri arasında dənizdə külək enerjisinin inkişafına dair biznes və investisiya dəyirmi masasını çağırıblar.

Tərəflər Azərbaycanın Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyi ilə “WindEurope” Assossasiyası arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını yüksək qiymətləndiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

ÇL-də həftənin komandasında kimlər var?

ÇL-də həftənin komandasında kimlər var?

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Prezident Fərman imzaladı

Prezident Fərman imzaladı

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

1-ci liqada 19-cu tura YEKUN VURULDU

1-ci liqada 19-cu tura YEKUN VURULDU

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirənlər belə İFŞA OLUNDU – VİDEO

300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirənlər belə İFŞA OLUNDU – VİDEO

End of content

No more pages to load

RADİO