Azərbaycan 2023-cü ildə 814,803 min sement klinkeri ixrac edib ki, bu da 2022-ci ilin göstəricisindən 13,9 faiz çoxdur.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Qeyd edilib ki, ixrac edilmiş sement klinkerinin dəyəri 46 milyon dollar məbləğində qiymətləndirilir.
Statistikaya əsasən, ixrac edilmiş məhsul bütünlüklə Gürcüstana tədarük edilib.
Bizim.Media