SOS: Problemli kreditlərin həcmi artıb – Hökumət borcları siləcəkmi? 

Pandemiya ilə bağlı ödənilməsi çətinləşən kreditlərin məbləği günbəgün artır. 

Xatırladaq ki, ölkə başçısı İlham Əliyev 2019-cu ildə hökumətə problemli kreditlərin vətəndaşların xeyrinə həll edilməsi tapşırığını vermişdi.

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il martın 1-nə 917,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankın açıqladığı statistikaya görə bu, fevralın 1-i ilə müqayisədə 1,9 % çoxdur. Problemli kreditlər ilin əvvəlinə nisbətən 2,7 % artıb, son 1 ildə isə 29,3 % azalıb.

Fevralın sonunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6,3 % təşkil edib. Bu nisbət ötən ilin sonuna 6,1 %, ötən il fevralın sonuna isə 8,3 % olub.

Ən çox problemli krediti olan rayon Gədəbəydir. Bu rayonda vaxtı keçmiş kreditlərin həcmi verilmiş kreditlərin 16.42 faizinə bərabərdir. İkinci yerdə Abşeron (7.09 faiz), üçüncü pillədə isə Neftçala (7.04 faiz) dayanır. 

Mövzunu iqtisadçı-hüquqşünas Əkrəm Həsənovla davam etdirdik.

O, Bizim.Media-ya açıqlamasında bu ilin yanvar ayından etibarən problemli kreditlərin həcminin artdığını deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank ötən ilin aprel ayında banklara tövsiyə etmişdi ki, pandemiya dövründə kreditlər üzrə gecikmə olarsa, onların kredit tarixçələri korlanmasın və cərimə hesablamasınlar:

“Bu müddət ötən ilin sentyabrına qədər idi. Sonradan həmin müddəti yeni ilə qədər uzatdılar. Yeni ildən sonra müddət uzadılmayıb. İstənilən halda Mərkəzi Bankın bu təlimatı tövsiyə xarakteri daşıyırdı. Yəni banklar bunu etməyə bilərdi. Bəzi banklar bu borcu tələb edirdilər.
 

Hətta məhkəməyə verənlər və Mərkəzi Bankdan şikayətçi olanlar da olub. Əslində bu normal idi, çünki Mərkəzi Bank bunu tələb etməmişdi. Yəni heç kim bankda deyə bilməz ki, sən müştəriyə güzəşt et.


O zaman dövlət bankın itkisini konpensasiya etməlidir. Banklar Mərkəzi Bankın bu tövsiyəsinə əməl etməyiblər. İndi də bu problem var və yalnız Azərbaycanda deyil, pandemiya ilə əlaqədar bütün dünyada mövcuddur. İnsanların gəlirləri azalıb, iş yerləri dayanıb. İqtisadi fəaliyyət əvvəlki kimi aktiv deyil. Təbii ki, çox sayda sahibkar və vətəndaşlar  bu kreditləri ödəyə bilmirlər. Bu səbəbdən də problemli kreditlər artır. Ümid edək ki, dövlət hansısa bir tədbir görəcək. Necə ki, 2019-cu ilin fevral ayında dollar kreditləri ilə bağlı dövlət başçısı tədbir gördü”.

Ekspert problemli kreditlərin həcmi ilə bağlı real rəqəmlərin olmadığını deyib:
 

“Mərkəzi Bankın bu məsələ ilə bağlı hesabatları o qədər də etibarlı deyil. Bu səbəbdən dəqiq rəqəmləri demək olmur. Amma mənə olunan müraciətlərin sayından görürəm ki, problemli kreditlər çoxalır.


Bəzi Avropa ölkələrində hökumət banklara müəyyən kompesasiya ödədi və banklar da vətəndaşlara müəyyən güzəştlər etdi.

Əksər ölkələrdə isə Azərbaycanda baş verən bənzər durum hökm sürür. İstənilən halda kreditlərin tam silinməsi mümkün deyil. Sadəcə olaraq arada yaranan faiz və cərimələri qismən də olsa dövlət kompensasiya şəklində qarşılasa, vəziyyət düzələ bilər”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

21 yaşlı Ümidi qətlə yetirən şəxs SAXLANILDI

21 yaşlı Ümidi qətlə yetirən şəxs SAXLANILDI

Azərbaycanlıların ən çox istifadə etdiyi brauzer hansıdır?

Azərbaycanlıların ən çox istifadə etdiyi brauzer hansıdır?

Əhaliyə XƏBƏRDARLIQ – Bu gündən başlayır, üç gün davam edəcək...

Əhaliyə XƏBƏRDARLIQ – Bu gündən başlayır, üç gün davam edəcək...

Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxdı - VİDEO

Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxdı - VİDEO

Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?

Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

“Çətir universitet” modeli TAU-nun ilk iki ili: Ən yeni ixtisaslar artıq Azərbaycanda – MÜSAHİBƏ

“Çətir universitet” modeli TAU-nun ilk iki ili: Ən yeni ixtisaslar artıq Azərbaycanda – MÜSAHİBƏ

Bu rayonda 3 saat işıq olmayacaq

Bu rayonda 3 saat işıq olmayacaq

Göyçayda avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ – ANBAAN VİDEO

Göyçayda avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ – ANBAAN VİDEO

Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verəcək - BU TARİXDƏ

Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verəcək - BU TARİXDƏ

Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqdə GÖNDƏRDİ

Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqdə GÖNDƏRDİ

Zakir Həsənov Moskvada - FOTO

Zakir Həsənov Moskvada - FOTO

İran ABŞ aviadaşıyıcısına zərbələr endirdi - Video

İran ABŞ aviadaşıyıcısına zərbələr endirdi - Video

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Evə şanssızlıq və bədbəxtlik gətirən O BİTKİ

Evə şanssızlıq və bədbəxtlik gətirən O BİTKİ

KİV: İranın hələ də minlərlə dron və raketi var

KİV: İranın hələ də minlərlə dron və raketi var

Avro ucuzlaşdı, rubl bahalaşdı – Dollar isə...

Avro ucuzlaşdı, rubl bahalaşdı – Dollar isə...

Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq

Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq

Kərəc körpüsü yenidən vuruldu – VİDEO

Kərəc körpüsü yenidən vuruldu – VİDEO

Taksi sürücülərinin DİQQƏTİNƏ – Sığorta haqqı belə hesablanacaq

Taksi sürücülərinin DİQQƏTİNƏ – Sığorta haqqı belə hesablanacaq

SON DƏQİQƏ! İran ABŞ-ın daha bir “F-35” qırıcısını vurdu – FOTO

SON DƏQİQƏ! İran ABŞ-ın daha bir “F-35” qırıcısını vurdu – FOTO

Uğurlu dövrə qədəm qoyan bürclər - Pul gələcək

Uğurlu dövrə qədəm qoyan bürclər - Pul gələcək

"Uzak Şehir"də əsas obraz heyətdən ayrıldı – FOTO

"Uzak Şehir"də əsas obraz heyətdən ayrıldı – FOTO

Dünyanın ən çirkli paytaxtları açıqlandı: Bakı görün neçənci sıradadır

Dünyanın ən çirkli paytaxtları açıqlandı: Bakı görün neçənci sıradadır

End of content

No more pages to load

RADİO