Bu il iqtisadiyyatımızda hansı sahələr daha çox İNKİŞAF EDƏCƏK? – TƏHLİL 

Bir neçə ildir ki, dünyada baş verən hərbi, geosiyasi və geoiqtisadi gərginliklər fonunda Azərbaycanda iqtisadi artım prosesi yüksələn xətlə inkişaf etməkdədir. Xüsusilə də, 2023-cü ildə iqtisadiyyatımızda ciddi nəticələr əldə edildi.

Bizim.Media xəbər verir ki, İqtisadiyyat Nazirliyinin ötən ilin nəticələri ilə bağlı hesabatda mühüm nəticələr əks olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI  


Ötən il əldə edilən nəticələr

Belə ki, ÜDM-də 1,1%, qeyri neft-qaz sektorunda isə 3,7% artım müşahidə olunub. Qeyri neft-qaz sektorunun artım tempinə tikinti, qeyri neft-qaz sənayesi, turizm və ictimai iaşə sahələri yüksək artırıcı təsir göstərib.

2023-cü ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 20,3 milyard manat və ya 2022-ci ilə nisbətən 9,8% çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 10,9%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 9,3% artıb.

Qeyd edək ki, hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 80,9%-i və ya 16,4 milyard manatı daxili, 19,1%-i və ya 3,9 milyard manatı isə xarici mənbələr hesabına formalaşıb.

Əsas kapitala investisiyaların 30,9%-i və ya 6,3 milyard manatı neft-qaz sektoruna, 69,1%-i və ya 14,0 milyard manatı isə qeyri neft-qaz sektoruna yönəldilib.

Əsas kapitala investisiyaların maliyyələşmə mənbələri üzrə müəssisə və təşkilatların öz vəsaiti 13,1%, bank kreditləri 19,5%, büdcə vəsaitləri 6,5%, s. vəsaitlər 25,5% artıb. 

2023-cü ilin dekabr ayında illik inflyasiya 2022-ci ilin dekabr ayındakı müvafiq inflyasiya göstəricisinə nəzərən 12,3 faiz bəndi azalaraq 2,1% təşkil edib. 2023-cü ildə orta illik inflyasiya isə 2022-ci ilin müvafiq inflyasiya göstəricisinə nəzərən 5,1 faiz bəndi azalaraq 8,8% olub. 

Ötən dövrdə istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 72,5 milyard manat olmaqla, 2022-ci ilə nəzərən müqayisəli qiymətlərlə 5,5% artıb. Hesabat dövründə pərakəndə ticarət dövriyyəsinin həcmi 59,0 milyard manat (3,7% artım), ictimai iaşə dövriyyəsi 2,0 milyard manat (15,2% artım), əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 11,4 milyard manat (14,0% artım) olub.

Bəs 2024-cü ildə Azərbaycan iqtisadiyyatında inkişaf tempi necə olacaq? 

Bir müddət əvvəl Maliyyə Nazirliyi tərəfindən “2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı” adlı hesabatı açıqlandı.

Hesabatda, cari il üçün makroiqtisadi proqnozlar üzrə göstəricilər öz əksini tapıb. Belə ki, 2024-cü il və sonrakı üç il üzrə baza - ssenaridə (neftin bir barelinin orta illik ixrac qiyməti 2024-2027-ci illər üçün 60,0 ABŞ dolları fərz edilməklə) makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2024-cü ildə ölkədə ÜDM-in real ifadədə 2,4 faiz artaraq 118,4 milyard manat, o cümlədən qeyri-neft (qaz) ÜDM-in real ifadədə 4,6 faiz artaraq 84,2 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.

Bu dövrdə ÜDM-in tərkibində qeyri-neft (qaz) sektorunun payının cari ilin proqnozuna nəzərən 6,2 faiz-bənd artımla 71,1 faizə çatacağı gözlənilir.

Proqnozlara əsasən, 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM real ifadədə 1,7 faiz azalacaq. Dünya üzrə əmtəə bazarlarında qiymətlərin aşağı enəcəyi ilə bağlı proqnozlar və bunun idxal qiymətlərinə mümkün təsiri, AR Nazirlər Kabineti və Azərbaycan Mərkəzi Bankı tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri nəzərə alınmaqla, İqtisadiyyat Nazirliyi tərəfindən baza - ssenaridə orta illik inflyasiya göstəricisi 2023-cü ildə 9,5 faiz, 2024-cü ildə isə 5,3 faiz səviyyəsində proqnozlaşdırılıb.

Qarabağda quruculuq davam edəcək

Prezident İlham Əliyev tərəfindən 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası” çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişaf perspektivlərinin reallaşdırılması, işğaldan azad edilmiş regionların ölkə iqtisdiyyatına reinteqrasiyası və həmin regionların inkişafı ilə bağlı olan investisiya və yenidənqurma siyasəti çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi bu göstəricilərin daha da yaxşılaşdırılmasına xidmət edəcək. 

44 günlük Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda həyata keçirilən iri infrastruktur layihələri, yenidənqurma, abadlıq-quruculuq işləri sayəsində bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyası bu il də davam edəcək.
Əlbəttə ki, işlər təkcə bunlarla bitmir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda hazırda inşası davam edən yeni kommunikasiya xətlərinin cari ildə açılması nəzərdə tutulur ki, bu da Azərbaycanın təkcə Cənubi Qafqaz regionunda deyil, bütün dünyada söz sahibi olmasında mühüm rol oynacaq. Eyni zamanda, bölgədə sülhün və əmin-amanlığın təmin olunmasında əsas qarant rolunu oynayacaq.  

Qeyd edək ki, artıq bu istiqamətdə ilk addımlar da atılmağa başlayıb. Yəni, kəndlərdə, qəsəbələrdə, hətta Şuşa, Laçın, Füzuli, Xankəndi şəhərlərində keçmiş məcburi köçkünlərin yurd-yuvalarına qaytarılması və yeni mənzillərdə, evlərdə yerləşdirilməsi prosesi həyata keçirilir. Cari il ərzində isə daha bir neçə kənd və qəsəbədə, eləcə də Xocalı, Beyləqan və digər şəhərlərdə əhalinin yerləşdirilməsi planlaşdırılır. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

3 ildir itkin sayılırdı, meyiti öz həyətində tapıldı – Dəhşətli cinayətin baş verdiyi EVDƏN – VİDEO

3 ildir itkin sayılırdı, meyiti öz həyətində tapıldı – Dəhşətli cinayətin baş verdiyi EVDƏN – VİDEO

"Moskva göz yaşlarına inanmır" filminin baş qəhrəmanı vəfat etdi – FOTO

"Moskva göz yaşlarına inanmır" filminin baş qəhrəmanı vəfat etdi – FOTO

Kərkicahanda bu il və gələn il təmir olunacaq evlərin sayı AÇIQLANDI - FOTO

Kərkicahanda bu il və gələn il təmir olunacaq evlərin sayı AÇIQLANDI - FOTO

200 manatlıq birdəfəlik yardımların ödəniləcəyi TARİX AÇIQLANDI

200 manatlıq birdəfəlik yardımların ödəniləcəyi TARİX AÇIQLANDI

Baş Prokurorluqdan cinayət işinin yoxa çıxması iddialarına REAKSİYA

Baş Prokurorluqdan cinayət işinin yoxa çıxması iddialarına REAKSİYA

Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR

Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR

Torpaq altından baş qaldıran TARİX - Arxeoloqlar 2025-ci ildə nəyi üzə çıxardı?

Torpaq altından baş qaldıran TARİX - Arxeoloqlar 2025-ci ildə nəyi üzə çıxardı?

Şuşa məktəbinin direktoru vəfat etdi

Şuşa məktəbinin direktoru vəfat etdi

Bu yolda sürət həddi ENDİRİLDİ

Bu yolda sürət həddi ENDİRİLDİ

Tələbə kreditləri üçün müraciət tarixi AÇIQLANDI

Tələbə kreditləri üçün müraciət tarixi AÇIQLANDI

ABŞ-ın Azərbaycandakı səfirliyi təyyarə qəzasında ölənlərin xatirəsini andı – FOTO

ABŞ-ın Azərbaycandakı səfirliyi təyyarə qəzasında ölənlərin xatirəsini andı – FOTO

Ukraynadan Rusiyaya “Milad təbriki”: Neft anbarları və qaz emalı zavodu vuruldu - VİDEO

Ukraynadan Rusiyaya “Milad təbriki”: Neft anbarları və qaz emalı zavodu vuruldu - VİDEO

Məhkəmədə Levon Mnatsakanyan və Arkadi Qukasyana son söz VERİLDİ

Məhkəmədə Levon Mnatsakanyan və Arkadi Qukasyana son söz VERİLDİ

Azərbaycanda un BAHALAŞDI

Azərbaycanda un BAHALAŞDI

ABŞ quru müharibə şəraitində Rusiyaya tab gətirə bilməz – Ukraynalı hərbi ekspert

ABŞ quru müharibə şəraitində Rusiyaya tab gətirə bilməz – Ukraynalı hərbi ekspert

“Neftçi” ukraynalı futbolçu ilə DANIŞIQ APARIR

“Neftçi” ukraynalı futbolçu ilə DANIŞIQ APARIR

Bu il Bakıda neçə məzuna qızıl nişan VERİLİB?

Bu il Bakıda neçə məzuna qızıl nişan VERİLİB?

Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ – Yanvarın 1-dək sata bilməsələr... – RƏSMİ

Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ – Yanvarın 1-dək sata bilməsələr... – RƏSMİ

3 nəfərin həyatını itirdiyi qəzadakı avtobuslardan biri qanunsuz fəaliyyət göstərirmiş... – RƏSMİ

3 nəfərin həyatını itirdiyi qəzadakı avtobuslardan biri qanunsuz fəaliyyət göstərirmiş... – RƏSMİ

Oqtay Əsədovun qızı vəfat etdi

Oqtay Əsədovun qızı vəfat etdi

Təltif olunanlar arasında onlar da var

Təltif olunanlar arasında onlar da var

Hafisət Çitiyeva: “Təyyarə qəzasında ölənlərin siyahısında adım var idi” – VİDEO

Hafisət Çitiyeva: “Təyyarə qəzasında ölənlərin siyahısında adım var idi” – VİDEO

Silah alveri edən cinayətkar dəstənin üzvləri ifşa edildi

Silah alveri edən cinayətkar dəstənin üzvləri ifşa edildi

Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə QOŞULDU

Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə QOŞULDU

End of content

No more pages to load

RADİO