İqtisadiyyat Nazirliyi ilə İslam İnkişaf Bankı arasında Anlaşma Memorandumu imzalanıb

İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında “Azərbaycan üçün Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin hazırlanmasına dair Anlaşma Memorandumu”nun videokonfrans formatında imzalanma mərasimi keçirilib.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir imzalayıblar.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankının (İİB) dövlət və özəl sektorun inkişafı istiqamətində ölkəmizə göstərdiyi dəstəyi vurğulayıb, Azərbaycanın İİB Qrupuna daxil olan institutlarla əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb.

Ölkə üzrə Əməkdaşlıq Çərçivə sənədi Azərbaycan-İİB əməkdaşlığında yeni dövrün başlanğıcı kimi dəyərləndirilib.

Sənədin icrasının yaşıl və dayanıqlı infrastrukturun inkişafına, iqtisadiyyatın şaxələndirilməsi və rəqəmsal transformasiyaya stimul verəcəyi qeyd olunub. Bildirilib ki, sənədə uyğun olaraq görüləcək işlər tərəflər arasında əməkdaşlığı və ölkəmizin sosial-iqtisadi inkişaf hədəfləri istiqamətində birgə fəaliyyəti gücləndirəcək.
İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycanda həyata keçirilən islahatların və “yaşıl” iqtisadiyyata keçidlə bağlı reallaşdırılan layihələrin İİB tərəfindən dəstəkləndiyini vurğulayıb. Məhəmməd Süleyman Əl-Casir Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin potensial əməkdaşlıq sahələrini genişləndirəcəyini və iqtisadi artımı təşviq edəcəyini bildirib.

Sənədin Azərbaycan və İİB arasında gələcək ortamüddətli əməkdaşlıq üçün əsas platforma olacağı qeyd olunub.

Görüşdə, həmçinin Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinin gündəliyində yer alan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Osimhen əməliyyat olundu

Osimhen əməliyyat olundu

İran qarşıdakı günlərdə ABŞ və İsrailə yeni sürpriz HAZIRLAYIB?

İran qarşıdakı günlərdə ABŞ və İsrailə yeni sürpriz HAZIRLAYIB?

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Taekvondoçularımız Belçikada 5 medal qazandı

Taekvondoçularımız Belçikada 5 medal qazandı

Tramp Hörmüz boğazının tezliklə açılacağını bildirdi

Tramp Hörmüz boğazının tezliklə açılacağını bildirdi

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır - VİDEO

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır - VİDEO

Tramp: “Müctəba Xameneinin ölməyini istəmirəm"

Tramp: “Müctəba Xameneinin ölməyini istəmirəm"

Kürdəmirdə iki avtomobil toqquşdu - FOTO

Kürdəmirdə iki avtomobil toqquşdu - FOTO

Klinik ölümdən sonra qadın ruhları görür və ölümləri əvvəlcədən hiss edir

Klinik ölümdən sonra qadın ruhları görür və ölümləri əvvəlcədən hiss edir

Konya vilayətində sərnişin avtobusu aşdı - 15 yaralı var

Konya vilayətində sərnişin avtobusu aşdı - 15 yaralı var

Şvartsenegger Konan rolu üçün məşqlərə başladı

Şvartsenegger Konan rolu üçün məşqlərə başladı

Mir Şahin Mehman Hüseynovun Azərbaycanda hüquq mühafizə orqanlarının rəhbərlərindən biri ilə görüşdüyü iddialarına cavab verdi - VİDEO

Mir Şahin Mehman Hüseynovun Azərbaycanda hüquq mühafizə orqanlarının rəhbərlərindən biri ilə görüşdüyü iddialarına cavab verdi - VİDEO

ABŞ Lukaşenkonu Ağ Evə dəvət edəcək?

ABŞ Lukaşenkonu Ağ Evə dəvət edəcək?

Orban: Siyyartonun telefonuna xarici ölkənin xidmət orqanları QULAQ ASIRMIŞ

Orban: Siyyartonun telefonuna xarici ölkənin xidmət orqanları QULAQ ASIRMIŞ

Peskov: “Rusiya Avropa ölkələrinə qarşı heç vaxt nalayiq ifadələr işlətməyib”

Peskov: “Rusiya Avropa ölkələrinə qarşı heç vaxt nalayiq ifadələr işlətməyib”

Paşinyandan Putinə TELEFON ZƏNGİ

Paşinyandan Putinə TELEFON ZƏNGİ

Bitcoin Trampın İranla bağlı açıqlamalarından sonra bahalaşdı

Bitcoin Trampın İranla bağlı açıqlamalarından sonra bahalaşdı

İran ABŞ-ın Bəhreyndəki aviabazasında Patriot sistemini məhv edib

İran ABŞ-ın Bəhreyndəki aviabazasında Patriot sistemini məhv edib

Bakıda 70 yaşlı kişi itkin düşdü

Bakıda 70 yaşlı kişi itkin düşdü

Trampdan İDDİA: İranda rejim dəyişib

Trampdan İDDİA: İranda rejim dəyişib

Prezident ailəsini şantaj edən Fərid bu məşhurun nəvəsi imiş — FOTO

Prezident ailəsini şantaj edən Fərid bu məşhurun nəvəsi imiş — FOTO

Həkəri körpüsünün fonunda şəkil çəkdirən üç erməni TUTULDU

Həkəri körpüsünün fonunda şəkil çəkdirən üç erməni TUTULDU

End of content

No more pages to load

RADİO