Azərbaycana gələn turistlərin sayı 6 dəfə azalıb – Vüqar Bayramovdan HƏYƏCAN TƏBİLİ 

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2021-ci ilin ilk iki ayında Azərbaycana 72,1 min turist gəlib. Bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 5.9 dəfə azalma deməkdir. 

Bizim.Media xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı Vüqar Bayramov məsələyə “Facebook” hesabında münasibət bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Su təsərrüfatında müasir menecmentə ehtiyac var” - DEPUTAT


O, qeyd edib ki, ölkəmizə gələnlərin əksəriyyəti daha çox qeyri-turizm məqsədilə səfər həyata keçirib.

Bu müddətdə Gürcüstandan gələnlərin sayı 16,3 dəfə, Qazaxıstandan - 11,1 dəfə, Türkmənistandan - 10,0 dəfə, Özbəkistandan - 6,3 dəfə, Rusiya Federasiyasından - 5,1 dəfə, Ukraynadan - 4,5 dəfə, Böyük Britaniyadan - 4,4 dəfə, Belarusdan - 2,6 dəfə, İrandan - 2,5 dəfə, Türkiyədən - 2,3 dəfə azalıb:

“COVİD- 19 pandemiyasının aktiv olduğu dövrdə ölkəmizə gələn turistlərin sayının azalması gözlənilən idi.

Bununla belə, sərt karantinin tətbiq olunmadığı müddətdə də ölkəmizə gəlişlə bağlı sərt qaydalar qüvvədə saxlanılıb. Yeni turizm mövsümünün başlanmasına az zaman qaldığını nəzərə alsaq bu qaydaların da dəyişdirilməsinə ehtiyac var. Əksər hallarda turistlər səfərlərini öncədən planlaşdırırlar və bu sərt qaydaların saxlanması pandemiya yumşalacağı halda ölkəmizə gələn turistlərin sayına təsir göstərə bilər”.

Deputat əlavə edib ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları, onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı, eləcə də  Azərbaycan vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər,  ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər:

“Bu o deməkdir ki, əgər bu meyarlara uyğun gəlməyən əcnəbinin müddətli koronavirus (COVID-19) neqativ PSR-testi nəticəsi varsa da belə ölkəmizə daxil ola bilməz.

Bu baxımdan daha məqsədəuyğun olardı, müddətli neqativ test nəticəsinə malik olan əcnəbilərin də ölkəmizə səfərinə icazə verilsin. Digər tərəfdən, AZAL bütün sərnişinlərdən uçuşdan 48 saat öncə alınmış koronavirus (COVID-19) neqativ PSR-testi haqqında çap edilmiş arayışı tələb edir.

Son aylar reyslərin sayının az olduğunu nəzərə aldıqda tranzit uçuş edən sərnişlər üçün bu bəzi hallarda çətinlik yaradır. O baxımdan, bir sıra digər ölkələrdə olduğu kimi bu müddətin 48 deyil, 72 saat müəyyənləşdirilməsi daha məqəsədəuyğundur”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu futbolçu yayda “Zirə”yə KEÇƏCƏK

Bu futbolçu yayda “Zirə”yə KEÇƏCƏK

“Quru meyvə” yükünün içərisində narkotik keçirmək istədilər – VİDEO

“Quru meyvə” yükünün içərisində narkotik keçirmək istədilər – VİDEO

21 yaşlı Ümidi qətlə yetirən şəxs SAXLANILDI

21 yaşlı Ümidi qətlə yetirən şəxs SAXLANILDI

Azərbaycanlıların ən çox istifadə etdiyi brauzer hansıdır?

Azərbaycanlıların ən çox istifadə etdiyi brauzer hansıdır?

Əhaliyə XƏBƏRDARLIQ – Bu gündən başlayır, üç gün davam edəcək...

Əhaliyə XƏBƏRDARLIQ – Bu gündən başlayır, üç gün davam edəcək...

Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxdı - VİDEO

Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxdı - VİDEO

Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?

Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

“Çətir universitet” modeli TAU-nun ilk iki ili: Ən yeni ixtisaslar artıq Azərbaycanda – MÜSAHİBƏ

“Çətir universitet” modeli TAU-nun ilk iki ili: Ən yeni ixtisaslar artıq Azərbaycanda – MÜSAHİBƏ

Bu rayonda 3 saat işıq olmayacaq

Bu rayonda 3 saat işıq olmayacaq

Göyçayda avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ – ANBAAN VİDEO

Göyçayda avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ – ANBAAN VİDEO

Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verəcək - BU TARİXDƏ

Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verəcək - BU TARİXDƏ

Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqdə GÖNDƏRDİ

Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqdə GÖNDƏRDİ

Zakir Həsənov Moskvada - FOTO

Zakir Həsənov Moskvada - FOTO

İran ABŞ aviadaşıyıcısına zərbələr endirdi - Video

İran ABŞ aviadaşıyıcısına zərbələr endirdi - Video

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Evə şanssızlıq və bədbəxtlik gətirən O BİTKİ

Evə şanssızlıq və bədbəxtlik gətirən O BİTKİ

KİV: İranın hələ də minlərlə dron və raketi var

KİV: İranın hələ də minlərlə dron və raketi var

Avro ucuzlaşdı, rubl bahalaşdı – Dollar isə...

Avro ucuzlaşdı, rubl bahalaşdı – Dollar isə...

Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq

Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq

Kərəc körpüsü yenidən vuruldu – VİDEO

Kərəc körpüsü yenidən vuruldu – VİDEO

Taksi sürücülərinin DİQQƏTİNƏ – Sığorta haqqı belə hesablanacaq

Taksi sürücülərinin DİQQƏTİNƏ – Sığorta haqqı belə hesablanacaq

SON DƏQİQƏ! İran ABŞ-ın daha bir “F-35” qırıcısını vurdu – FOTO

SON DƏQİQƏ! İran ABŞ-ın daha bir “F-35” qırıcısını vurdu – FOTO

Uğurlu dövrə qədəm qoyan bürclər - Pul gələcək

Uğurlu dövrə qədəm qoyan bürclər - Pul gələcək

End of content

No more pages to load

RADİO