Ət UCUZLAŞACAQ?

Son günlər ət bazarında durğunluq müşahidə olunur. Xüsusən də quzu əti alıcılarının sayı xeyli azalıb. 

“Əvvəl gündə 3 quzu satırdıq, indi isə…”

Mövzu ilə bağlı Bizim.Media-ya danışan qəssab Elxan Səmədov bildirib ki, dekabrda gün ərzində 2-3 quzu əti satılsa da, indi bu say cəmi 1-ə bərabərdir:
 

MÖVZU İLƏ BAĞLI:

“Ət daha da UCUZLAŞACAQ” – AÇIQLAMA 


“Bu da qiymətin artması ilə bağlıdır. İndi insanlar daha çox dana ətinə üstünlük verir. Hazırda keyfiyyətli dana əti 14-15 manatadır. Bundan aşağı qiymətə də ət təklif olunur. Amma onlar o qədər də yaxşı deyil.  

Hazırda yerli dana ətinin kiloqramı 14 manat 50 qəpikdir. 14-17 kiloqramlıq quzunun bir kiloqramı 17 manat, 10-12 kiloqramlıq quzunun bir kiloqramı isə 18-20 manatdır. 30-35 kiloqramlıq qoçların ətinin bir kiloqramı isə 13-15 manata təklif olunur. Amma bütün hallarda alıcılıq zəifləyib”.

Qiymətlər ucuzlaşa bilərmi?

Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin mövqeyini öyrəndik. Onun sözlərinə görə, artıq 2 həftədir ki, ət bazarında durğunluq müşahidə olunur:

“Alıcılıq qabiliyyəti xeyli aşağı düşüb. Bu da ətin qiymətinin ucuzlaşmasına gətirib çıxara bilər. Amma burda bir həssas məqam var. Hazırda sanki psixoloji mübarizə gedir. İnsanlar qiymət artımından sonra bir növ quzu əti almaqdan imtina edir. Bəs, bu imtina nə vaxtadək davam edəcək? Bax, hər şey bu sualın cavabından asılıdır. Əgər durğunluq bir müddət də davam etsə, ondan qiymətdə eniş olacaq. Proseslər onu göstərir ki, ətin qiyməti ən azı Yeni ildən əvvəlki vəziyyətə qayıdacaq. Yəni 1-2 manat ucuzlaşma olacaq”

Akif Nəsirlinin sözlərinə görə, aparılan təhlillər göstərir ki, ət bazarındakı dövriyyə xeyli azalıb:

“Həm regionlardakı bazarlara, həm də paytaxtın kəsim sexlərində durğunluq var. Əgər əvvəllər bir qəssab sutka ərzində 100-120 kiloqram ət satırdısa, indi bu göstərici 70-80 kiloqrama düşüb. Yəni dövriyyə ən azı 30 faiz azalıb. Əgər belə getsə, onda həm regionlardakı bazarlarda, həm də ki, paytaxtdakı marketlərdə qiymətlər düşəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

ÇL-də həftənin komandasında kimlər var?

ÇL-də həftənin komandasında kimlər var?

End of content

No more pages to load

RADİO