İstehsal prosesi çox rahat olan suxarini niyə xaricdən ALIRIQ? – ARAŞDIRMA 

Azərbaycan bir çox ölkələrdən suxari idxal edir. Bu barədə rəsmi rəqəmlərdə bildirilib. Belə ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 583.81 ton həcmində və 1 094 min dollar dəyərində suxarı, eləcə də qızardılmış çörək idxal olunub.

Ancaq ölkəmizdən xaricə ixrac olunan bu məhsulların ümumi həcmi 143.96 ton və 390.28 min dollar təşkil edib.

Belə aydın olur ki, bu məhsullarla bağlı ölkədən çıxan vəsaitlərin həcmi daxil olandan 702,94 min dollar və ya 64,30 faiz çoxdur.  

Qeyd edək ki, sözügedən məhsullar ölkəmizə MDB ölkələrindən Belarusdan, Ukraynadan, Modovadan, Rusiyadan, Qazaxıstandan, qonşu Türkiyədən və İrandan, Avropa ölkələrindən Almaniyadan, İtaliyadan, Polşadan, Portuqaliyadan, Yunanıstandan, eləcə də Birləşmiş Ərəb Əmirliyindən və Qətərdən idxal edilir.

Xatırladaq ki, Azərbaycan Nazirlər Kabineti bu ilin yanvar ayının 16-da “İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısı”nın təsdiq edilməsi haqqında 22 saylı qərar qəbul edib. Qərara əsasən, adları idxal olunan məhsullar sözügedən siyahıya daxil edilib.  

Maraqlıdır, Azərbaycan istehsal prosesi sadə olan suxarini niyə xaricdən alır? 

Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya bölüşən iqtisadçı–ekspert Natiq Cəfərlinin sözlərinə görə əslində bu məhsulu həm istehsal etmək, həm də daxili tələbatı ödəmək mümkündür:

“Adətən mağazalarda satılmayan çörəklər zavoda geri qaytarılır və təkrar istehsala yönəldilməklə, adi suxarı və qızardılmış çörək hazırlamaq olur. Bu proses çox rahat və asan olduğu üçün idxaldan asılılığı da aradan qaldırmaq və ixraca yönəlmək mümkündür. Daxili resurslar olduğu üçün üzərinə getmək, təkmilləşdirmək lazımdır. Kiçik bir sahə olduğu üçün elə də böyük sərmayəyə, mütəxəssislərə və ya iri zavodlara ehtiyac yoxdur. 

Kiçik, yəni 20-30 kvadratmetrlik otaqda da bu sexi qurmaq olar. Bu baxımdan da çörək zavodları daha dərindən düşünməlidirlər. Ancaq bu barədə düşünmək istəmirlər. Belə aydın olur ki, xaricdən gətirib satmaq daha sərfəlidir”. 

Onun sözlərinə görə, bu sahədə ciddi araşdırma aparılmalı və səbəblər öyrənilməlidir:

“Biz bilməliyik ki, nəyə görə istehsalçılarımız suxarı və qızardılmış çörək istehsal etmək istəmir və bunda maraqlı deyillər. Onlara nə mane olur? Çörək istehsalı az-çox sərbəst və monopoliyaya məruz qalmayan sahələrdən biridir. Hazırda ölkədə yüzdən çox çörək sexi və zavodu fəaliyyət göstərir. 

Biznes elə bir sahədir ki, iş adamı bir yerdə qazancın olduğunu görsə, dərhal maraqlanmağa başlayacaq. Əgər sahibkar bura sərmayə qoymursa, deməli, ona sərf etmir. Belə ki, sərf edəcəyi qaz, elektrik enerjisi və digər xərclər maya dəyərindən, satış qiymətindən daha çoxdur”. 

Ekspertin fikrincə, müəyyən qərarlar qəbul olunmalı, təkrar emalla və ya ilkin istehsalla məşğul olan sahibkarlara bəzi güzəştər tətbiq edilməlidir:  

“Belə ki, təbii qazın və ya elektrik enerjisinin yarım tarifə satılması kimi bəzi vergi güzəştləri olmalıdır ki, bu da sahibkar üçün stimullaşdırmaya gətirib çıxaracaq. Son vaxtlar mağazalarda satılan belə məhsulların böyük hissəsi əsasən Rusiyadan idxal olunur. Deməli, bu ölkədən gətirmək daha ucuz başa gəlir. Ona görə ki, sənaye müəssisələrinə təbii qaz və elektrik enerjisinin satışı güzəştli şərtlərlə həyata keçirilir”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nanənin paylaşımı müzakirə yaratdı - Paradda o da aparıcı olub? – FOTO

Nanənin paylaşımı müzakirə yaratdı - Paradda o da aparıcı olub? – FOTO

Bakıda “avtoşluq” videosunu "TikTok"da paylaşan sürücü HƏBS EDİLDİ - VİDEO

Bakıda “avtoşluq” videosunu "TikTok"da paylaşan sürücü HƏBS EDİLDİ - VİDEO

Rusiya Avropanın başqa ölkələrinə hücum edəcək? – Zelenski açıqladı

Rusiya Avropanın başqa ölkələrinə hücum edəcək? – Zelenski açıqladı

Depressiyadan xilas olmaq üçün QIZIL TÖVSİYƏLƏR

Depressiyadan xilas olmaq üçün QIZIL TÖVSİYƏLƏR

Zelenski ilə bağlı SENSASİON İDDİA – “Bu tarixədək aradan götürüləcək”

Zelenski ilə bağlı SENSASİON İDDİA – “Bu tarixədək aradan götürüləcək”

Alban dini icması bayramları belə qeyd edir – FOTO

Alban dini icması bayramları belə qeyd edir – FOTO

Zelenski ilə Trampı Britaniya kralı barışdırıb?

Zelenski ilə Trampı Britaniya kralı barışdırıb?

Qonşu ölkədə havaya görə məktəblər bağlandı

Qonşu ölkədə havaya görə məktəblər bağlandı

BBC-nin baş direktoru istefa verdi - Trampın çıxışını saxtalaşdırıb?

BBC-nin baş direktoru istefa verdi - Trampın çıxışını saxtalaşdırıb?

Qələbəyə gedən YOL

Qələbəyə gedən YOL

“Bitcoin” UCUZLAŞDI

“Bitcoin” UCUZLAŞDI

"Məni Roza Zərgərliyə, Məleykə Əsədovaya bənzədirlər"

"Məni Roza Zərgərliyə, Məleykə Əsədovaya bənzədirlər"

ABŞ Senatı şatdaunun ləğvi ilə bağlı layihəni TƏSDİQLƏDİ – VİDEO

ABŞ Senatı şatdaunun ləğvi ilə bağlı layihəni TƏSDİQLƏDİ – VİDEO

İdmançılarımız Ər-Riyadda bu gün 5 növdə mübarizə aparacaq

İdmançılarımız Ər-Riyadda bu gün 5 növdə mübarizə aparacaq

Gecə saatlarla telefona baxanlara PİS XƏBƏR

Gecə saatlarla telefona baxanlara PİS XƏBƏR

Böyrək və ürək xəstəliklərinin erkən aşkarlanması üçün YENİ ÜSUL

Böyrək və ürək xəstəliklərinin erkən aşkarlanması üçün YENİ ÜSUL

Zelenski: “Trampdan Qərb liderləri kimi qorxmuram”

Zelenski: “Trampdan Qərb liderləri kimi qorxmuram”

İrəvan adının rəsmi dəyişdirilməsi sənədlərlə təsdiqləndi: SSRİ-nin 1936-cı il qərarı - FOTOFAKT

İrəvan adının rəsmi dəyişdirilməsi sənədlərlə təsdiqləndi: SSRİ-nin 1936-cı il qərarı - FOTOFAKT

Vergilər ARTIRILIR – Benzin və dizel bahalaşacaq?

Vergilər ARTIRILIR – Benzin və dizel bahalaşacaq?

Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs TUTULDU

Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs TUTULDU

Göygöldə qəzada ölən şəxsin kimliyi AÇIQLANDI

Göygöldə qəzada ölən şəxsin kimliyi AÇIQLANDI

Qızılın qiyməti ilk dəfə 4050 dollar həddini keçdi

Qızılın qiyməti ilk dəfə 4050 dollar həddini keçdi

Şahbaz Şərif Bakıdan qayıdan kimi bu qərarı ləğv etdi

Şahbaz Şərif Bakıdan qayıdan kimi bu qərarı ləğv etdi

Bu ərazilərdə evlər kəskin UCUZLAŞDI – VİDEO

Bu ərazilərdə evlər kəskin UCUZLAŞDI – VİDEO

End of content

No more pages to load

RADİO