Qarabağa məxsus üzüm sortları təsdiqlənib

Azərbaycanda şərab istehsalı üçün ting istehsalı genişləndirilir.

Bizim.Media xəbər verir ki, bunu report-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutun direktoru Vüqar Səlimov deyib.

O bildirib ki, 2023-cü ildən İnstitutun Şamaxı Üzüm Tingçilik Mərkəzi fəaliyyətə başlayıb:

“Artıq bu mərkəzdə dünya standartlarına uyğun olan, müasir tələbatlara cavab verən, üzüm istehsalçılarının, emal müəssisələrinin tələblərinə cavab verən, əsasən yerli texniki üzüm sortlarından ibarət filloksera zərərvericisinə qarşı davamlı calaq tinglər istehsal olunur. Ötən il mərkəzdə 280 minə qədər yerli texniki üzüm sortlarından fillokseraya davamlı calaq tinglər istehsal olunub”.

V. Səlimov deyib ki, yerli şərab brendlərinin istehsalında texniki sortlar mühüm əhəmiyyət kəsb edir:

“Şərabçılıqda ən önəmli məsələ milli şərab brendləridir. Yerli şərab brendlərinin inkişafı texniki üzüm sortlarından aslıdır. Şamaxı Üzüm Tingçilik Mərkəzində “Bayanşirə”, “Mələyi”, “Mədrəsə” , “Xindoqnı”, “Şirvanşahı” kimi yerli texniki üzüm sortlarından ilk dəfə olaraq calaq tinglər istehsal olunub. Bu sortlar milli şərab brendlərinin ixracının genişlənməsinə səbəb ola bilər”.

O əlavə edib ki, İnstitutda milli brendlərin istehsalı və ixrac potensialının yüksəldilməsi məqsədilə itmək təhlükəsi olan yerli üzüm sortları sürətli üsullarla artırılır:

"İstehsalçıların keyfiyyətli əkin materialları ilə təmin edilməsi üçün yerli üzüm sortları aşkarlanıb toplanır”. 

Süfrə üzümün istehsalına toxunaraq, V. Səlimov bildirib ki, onun hesabına daxili tələbat, demək olar ki, tam ödənilir:

"Ölkəyə idxal edilən quru üzüm əhalinin yalnız 20 % təlabatını ödəyir. Bu baxımdan quru üzüm sortlarının istehsalının genişləndirilməsi imkanları var”.

KTN rəsmisi vurğulayıb ki, Azərbaycanda üzümçülük və şərabçılıq prioritet sahə hesab edilir:

“Bu sahənin inkişafı ilə bağlı bir neçə dəfə dövlət proqramları qəbul olunub. Hazırda “2018-2025-ci illərdə Azərbaycanda şərabçılıq inkişafına dair Dövlət Proqramı” icra edilir. Burada qarşıya qoyulan hədəflərdən biri üzüm sahələrinin genişləndirilməsidir. Dövlət proqramına uyğun olaraq ölkədə yeni, müasir standartlara cavab verən üzüm bağları salınır. İl ərzində yeni salınan üzüm bağlarının sahəsi 7,1 % artıb. Ötən il 224,5 min ton məhsul yığılıb ki, bu, 2022-ci illə müqayisədə 5,6 % çoxdur”.

V. Səlimov bildirib ki, Qarabağın nadir üzüm sortları yenidən çoxaldılır:

"İnstitut yerli üzüm sortlarının genetik müxtəlifliyini müasir üsullarla öyrənmək üçün Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutu ilə elmi əməkdaşlıq barədə müqavilə imzalayıb. Müqaviləyə əsasən 2019-cu ildə Azərbaycana məxsus 70 sort-nümunə, 2022-ci ildə 174 sort nümunə, 2023-cü ildə isə 118 sort nümunə (cəmi 392) molekulyar genetik analiz olunub. Bunlar arasında 30-a qədər Qarabağ və Şərqi Zəngəzur bölgəsinə məxsusu üzüm sortları da vardır. Bu işlər yerli sortlarımızın təmiz genetik profillərinin müəyyən edilməsi, onların başqa ölkələr tərəfindən mənimsənilməsinin qarşısının alınması, gələcəkdə bioloji və genetik baxımdan təmiz sertifikatlı əkin materialının istehsalı məqsədilə həyata keçirilir.

Araşdırmalar nəticəsində Qarabağa məxsus onlarla sortun, o cümlədən "Qara lkeni", "Xindoqnı", "Qaraşirə", "Arayatlı" qara üzümü, "Azıx" üzümü və s. üzüm sortunun genom xəritəsi, molekulyar-genetik xüsusiyyətləri öyrənilib, ampelo və fenotipik deskriptorlarla təsviri həyata keçirilib. Genetik analizlər nəticəsində sortların genetik cəhətdən təmiz profil olduğu təsdiqlənib"

Onun sözlərinə görə, Üzümçülük və Şərabçılıq ET İnstitutunda yeni, müasir və cihazlarla təhciz olunmuş “molekulyar-genetik laboratoriya” da artıq fəaliyyətə başlayıb.

Burada ilk dəfə olaraq 94 yerli üzüm sortunun genom quruluşu tədqiq edilmiş və müqayisəli təhlil edilib.

Bu istiqamətdə işlər daha da genişləndirləcək. Azərbaycanın qiymətli yerli üzüm sortlarının Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV) müasir protokol və üsullarına görə öyrənilib rəqəmsal təsvir edilməsi, üzüm sortlarının təyinedici əsas morfogenetik əlamətlərinin ayrı-ayrılıqda hər bir sort üçün tərtib olunması və Beynəlxalq Sort Kataloquna (VİVC) yerləşdirməsi onların milli sortlarımız olduğunu sübut etməyə imkan verir.
Yerli üzüm sortlarının rəqəmsal təsvir edilməsində yaşıl zoğ, cavan yarpaq, formalaşmış yarpaq, salxım, gilə və toxumların əsas diaqnostik əlamətləri, məhsullarının enokarpoloji və enokimyəvi göstəriciləri mühim rol oynayır, V. Səlimov əlavə edib .

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əfqanıstanın keçmiş polis rəisi Tehranın mərkəzində GÜLLƏLƏNDİ

Əfqanıstanın keçmiş polis rəisi Tehranın mərkəzində GÜLLƏLƏNDİ

Türkmənistan Prezidenti Azərbaycan səfirini təltif etdi – FOTO

Türkmənistan Prezidenti Azərbaycan səfirini təltif etdi – FOTO

Ramazan Herayev Qazaxıstandan Azərbaycana GƏTİRİLDİ

Ramazan Herayev Qazaxıstandan Azərbaycana GƏTİRİLDİ

Səhiyyə işçilərinin maraqları necə qorunur? - Təkliflər

Səhiyyə işçilərinin maraqları necə qorunur? - Təkliflər

Sumqayıtda yaşayış binasında YANĞIN - Xəsarət alan var

Sumqayıtda yaşayış binasında YANĞIN - Xəsarət alan var

Azad edilmiş ərazilərdə uzunluğu 3700 kilometrdən çox olan avtomobil yolları inşa olunur

Azad edilmiş ərazilərdə uzunluğu 3700 kilometrdən çox olan avtomobil yolları inşa olunur

Şuşakənd və Xanyurdu sakinlərinə mənzillərin açarları təqdim edildi - FOTO/VİDEO

Şuşakənd və Xanyurdu sakinlərinə mənzillərin açarları təqdim edildi - FOTO/VİDEO

Kiberpolisdən əməliyyat: Xaricdə 1 milyonluq kriptovalyutanı ələ keçirib Azərbaycana qaçdılar – VİDEO

Kiberpolisdən əməliyyat: Xaricdə 1 milyonluq kriptovalyutanı ələ keçirib Azərbaycana qaçdılar – VİDEO

Xalq artisti ürəyindən MÜALİCƏ OLUNDU - VİDEO

Xalq artisti ürəyindən MÜALİCƏ OLUNDU - VİDEO

Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyana hökm oxundu - VİDEO

Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyana hökm oxundu - VİDEO

Səidə Bəkirqızı “Space TV”dən ayrıldı – VİDEO

Səidə Bəkirqızı “Space TV”dən ayrıldı – VİDEO

Gəncə Yeni ili qarşılamağa hazırlaşır – VİDEO

Gəncə Yeni ili qarşılamağa hazırlaşır – VİDEO

Dubaydan uçan təyyarədə ŞOK ANLAR: Azərbaycanlının 77 min dollarını oğurlamaq istədilər

Dubaydan uçan təyyarədə ŞOK ANLAR: Azərbaycanlının 77 min dollarını oğurlamaq istədilər

Xətt çəkilib, sayğac qoyulub, amma SU YOXDUR - Şağan sakinlərindən ŞİKAYƏT

Xətt çəkilib, sayğac qoyulub, amma SU YOXDUR - Şağan sakinlərindən ŞİKAYƏT

Zelenski rus vətəndaşlığı alan idmançını prezident təqaüdündən məhrum etdi

Zelenski rus vətəndaşlığı alan idmançını prezident təqaüdündən məhrum etdi

Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatdı – FOTO/VİDEO

Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatdı – FOTO/VİDEO

“Kristal” qlobal kabel istehsalçısı “Prysmian Group” ilə memorandum imzalayıb!

“Kristal” qlobal kabel istehsalçısı “Prysmian Group” ilə memorandum imzalayıb!

Bu il Azərbaycanda qeydə alınan zəlzələlərin SAYI

Bu il Azərbaycanda qeydə alınan zəlzələlərin SAYI

Prezident Fred Asifin oğlunu təltif etdi – FOTO

Prezident Fred Asifin oğlunu təltif etdi – FOTO

3 ildir itkin sayılırdı, meyiti öz həyətində tapıldı – Dəhşətli cinayətin baş verdiyi EVDƏN – VİDEO

3 ildir itkin sayılırdı, meyiti öz həyətində tapıldı – Dəhşətli cinayətin baş verdiyi EVDƏN – VİDEO

"Moskva göz yaşlarına inanmır" filminin baş qəhrəmanı vəfat etdi – FOTO

"Moskva göz yaşlarına inanmır" filminin baş qəhrəmanı vəfat etdi – FOTO

Kərkicahanda bu il və gələn il təmir olunacaq evlərin sayı AÇIQLANDI - FOTO

Kərkicahanda bu il və gələn il təmir olunacaq evlərin sayı AÇIQLANDI - FOTO

200 manatlıq birdəfəlik yardımların ödəniləcəyi TARİX AÇIQLANDI

200 manatlıq birdəfəlik yardımların ödəniləcəyi TARİX AÇIQLANDI

Baş Prokurorluqdan cinayət işinin yoxa çıxması iddialarına REAKSİYA

Baş Prokurorluqdan cinayət işinin yoxa çıxması iddialarına REAKSİYA

End of content

No more pages to load

RADİO