İşçisi olmayan mikro sahibkarlıq subyektləri ləğv edilir? 

Dövlət Vergi Xidməti (DVX) mikro sahibkarlara verilən güzəştlərlə bağlı dəyişikliklərin səbəblərini açıqlayıb. 

DVX-dən Bizim.Media-ya verilən məlumatda bildirilib ki, ötən dövr üzrə aparılan monitorinqlər, habelə risk yaradan proseslərin analizi çərçivəsində aparılan təhlillər nəticəsində mikro sahibkarlıq subyektlərinin fəaliyyətində risklərin mövcud olduğu müəyyən edilib. 

Dəyişikliyə səbəb olan hallar 

Monitorinqlər və vergi nəzarəti tədbirləri zamanı belə subyektlərdə bu kimi vergi güzəştlərindən sui-istifadə halları müşahidə olunub və əməliyyatların əhəmiyyətli hissəsindən süni xərclərin ötürülməsi məqsədilə istifadə edildiyi, dövlət büdcəsinə ödənilməli olan vergilərin azaldıldığı müəyyənləşdirilib. 

Təhlillər göstərir ki, mikro sahibkarlıq subyektləri elektron qaimə fakturaların (yəni xərc sənədlərinin) 87,8 faizini məhz mikro olmayan biznes subyektlərinə təqdim edirlər. Xərc sənədlərinin mütləq əksəriyyətinin məhz iş (xidmət) adı altında rəsmiləşdirildiyi, əməliyyatların işçi qüvvəsi və resursu olmadan baş verdiyi müşahidə olunur.

Beləliklə, resursu və işçi qüvvəsi olmayan mikro sahibkarların digər biznes subyektlərinə irihəcmli əməliyyatlarla “iş, xidmət” göstərməsi nəticəsində dövlətin dəstək aləti hesab edilən vergi güzəştindən mikro olmayan sahibkarlar faydalanırlar. 

Nəticədə, həmin güzəştdən müxtəlif formalarda sxemlər yaratmaqla vergidən yayınmağa çalışan vergi ödəyiciləri istifadə etdiyindən ədalətsiz rəqabət və vergi mühiti yaranır ki, bu da dövlət vergi orqanları ilə intizamlı vergi ödəyiciləri arasında qarşılıqlı etimad mühitinə mənfi təsir göstərir. 

Dəyişikliyin məqsədi 

Mikro sahibkarlıq subyekti dedikdə dövriyyəsi 200 min manatadək olan, işçi sayı isə 10 nəfərdən çox olmayan şəxslər nəzərdə tutulur. Mikro sahibkar həm də işəgötürəndir və iş yeri yaradır. Vergi güzəşti sahibkarın təkcə mikro sahibkarlıq subyekti olmasına görə deyil, əsas hədəflərdən biri kimi həm də iş yerinin yaradılması ilə bağlıdır. 

Bu baxımdan hədəfli vergi güzəşti mikro sahibkarlıq subyektinin işçi meyarının 30 faizinin (yəni 10 nəfər işçi meyarından 3 nəfər) ödənildiyi halda tətbiq olunur. Bu, həm mikro sahibkarları iş yeri yaratmağa təşviq edir, həm də qeyri-real və əmtəəsiz əməliyyatlar vasitəsilə pul vəsaitlərinin nağdlaşdırılmasında iştirak edən, habelə mikro sahibkarlıq subyekti olmayan biznesə “süni xərc” ötürən, onların vergidən yayınmasına şərait yaradan “mikro sahibkarlar”ın destimullaşması ilə nəticələnir. 

Digər tərəfdən, dəyişikliklər rəsmiləşdirilməyən faktiki işçilərin rəsmiləşməsini təşviq edəcək. Beləliklə, vergi güzəşti yanaşması baxımından əldə etdiklərimiz: 

Vergi güzəştləri məşğulluq yaradan mikro sahibkarlara tətbiq edilir; 

Rəsmiləşdirilməmiş faktiki işçilərin rəsmiləşməsi baş verir; 

Pul vəsaitlərini qeyri-real və əmtəəsiz əməliyyatlar vasitəsilə nağdlaşdıran, süni xərc ötürən “mikro sahibkarlar” destimullaşdırılır. 

Reallıqda işçisi olmayan, yaxud 3-dən az işçisi olan mikro sahibkarlıq subyektlərinin vergi güzəşti ləğv edilirmi? 

3-dən az işçi sayı olan mikro sahibkarların vergi güzəştləri ləğv edilmir, təxirə salınır.  Vergi siyasətindəki 3 yanaşmadan biri də məhz biznes subyektlərinin böyüməsini təşviq etməkdir. 3 işçi sayı ilə bağlı meyara cavab verməyən, fərdi qaydada fəaliyyət göstərən sahibkarlara bizneslərini böyütməsi müqabilində, istifadə etmədikləri 75 faizlik vergi güzəştinin yenidən tətbiqi nəzərdə tutulur.

Mikro sahibkar fəaliyyətini böyüdərək kiçik sahibkarlıq subyektinə (yaxud orta və ya iri) çevrildikdə, onun əldə etmədiyi vergi güzəştləri son 3 il üzrə cəmlənməklə dövlət büdcəsinə ödəməli olduğu vergilərdən çıxılacaq. 

Bu isə güzəştlərin ləğv olunduğunu deyil, cəmlənməklə “hədəfli şəkildə təxirə salındığını” göstərir. 

Əldə ediləcək nəticələr 

mikro sahibkarlıq subyektlərindən kiçik sahibkarlıq subyektlərinə keçid edənlərə güzəştlərin verilməsi biznesin böyüməsini təşviq edir; 

mikro biznesin davamlı fəaliyyət göstərməsi və biznesin “süni şəkildə” bir müddətdən sonra yeni sahibkarlıq kateqoriyasına (kiçik, orta və s) adi edilməməsi məqsədilə bir şəxsin adından başqa şəxsin adına dəyişməsinin və real olmayan “yeni sahibkarların” yaradılmasının qarşısı alınır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

End of content

No more pages to load

RADİO