Son 24 saat ərzində “Bitkoin”in qiyməti birdən-birə 7 faizdən çox ucuzlaşaraq 43 380 dollardan bir qədər çox olub.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Coinmarketcap” analiz şirkəti məlumat yayıb.
Səbəb kimi isə, ABŞ maliyyə bazarı tənzimləyicilərindən olan ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) “Bitkoin” birjasında satılan vəsaitlərin təsdiqi üçün əlavə vaxt tələb etməsi ilə bağlı xəbərin yayılması göstərilir.
“Bitkoin” də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində təxminən 8 faiz azalaraq 1 trilyon 610 milyard dolları keçib.
“Bitkoin”in həftəlik dəyər itkisi 2 faizə yaxınlaşıb.
Rövşən Ziya, Bizim.Media