Bu gündən Azərbaycanda heyvan və quş ətinin satışı daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.
Bizim.Media xəbər verir ki, bu Vergi Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb.
Bu güzəştin müddəti 2027-ci il yanvarın 1-nə kimi uzadılıb.
Qeyd edək ki, Azərbaycanda heyvan və quş ətinin satışı 2020-ci il yanvarın 1-dən ƏDV-dən azad edilib.
Bizim.Media