Rusiya 2024-cü il yanvarın 1-dən etibarən tədarük həcmi 1,2 milyard ədədə qədər olan toyuq yumurtası üçün idxal rüsumunu sıfırlayıb.
Bizim.Media “Gazeta.ru”ya istinadən xəbər verir ki, Rusiya hökuməti bununla bağlı qərar qəbul edib.
Bu qaydalar 30 iyun 2024-cü il tarixinədək qüvvədə olacaq. Qətnamənin məqsədi Rusiyada təklifi artırmaqla məhsulun qiymətlərini sabitləşdirməkdir.
Qeyd edək ki, ötən aydan etibarən Azərbaycandan Rusiyaya yumurta ixracına başlanılıb.
Bizim.Media