Azərbaycanda 2024-cü il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub.
Bizim.Media xəbər verir ki, ölkədə 1 iyul 2023 - 30 iyun 2024-cü il tarixində kişilərin pensiya yaşı 65, qadınların pensiya yaşı 63 il 6 ay olacaq.
1 iyul 2024 - 30 iyun 2025-ci il tarixindən etibarən isə kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 64 il olacaq.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Bizim.Media