Türkiyədə 2024-cü ildə qüvvədə olacaq minimum əmək haqqının müəyyənləşdirilməsi üçün işlər tamamlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Əmək və Sosial Müdafiə naziri Vedat İşıkhan məlumat verib.
O bildirib ki, minimum əmək haqqı 1 yanvar 2024-cü il tarixindən etibarən 17 min 2 türk lirəsi (təxminən 982 AZN) olacaq.
Qeyd edək ki, 2023-cü ildə Türkiyədə minimum əmək haqqı 13 min 414 lirə hesablanıb.
Bizim.Media