Ankarada Azərbaycan-Türkiyə hökumətlərarası iqtisadi komissiyasının iclası keçiriləcək.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz dekabrın 19-da Bakıda keçirilən “İş dünyasının görüşü” adlı tədbirdə deyib.
“Azərbaycanın Baş naziri Əli Əsədovla Ankarada “İş dünyasının görüşü”nü təşkil edəcəyik. Dəqiq tarix bəlli olmasa da, bunun gələn il, fevralın ikinci yarısında baş verməsi ehtimalı yüksəkdir”, - deyə Cevdet Yılmaz qeyd edib.
Bizim.Media