Azərbaycandan Rusiyaya 612 min ədəd yumurta həcmində bu ərzağın ilk partiyası gətirilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (Rosselxoznadzor) məlumat yayıb.
Bildirilib ki, dekabrın 19-da Rusiyaya satış üçün Azərbaycandan 36 ton (612 min ədəd) həcmində ərzaq yumurtasının ilk partiyası Yaraq-Qazmalar keçid məntəqəsi vasitəsilə idxal edilib.
Bizim.Media