Ukrayna ilə müharibədən sonra Rusiya bazarını tərk edən Qərb şirkətləri 103 milyard dollardan çox itki verib.
Bizim.Media xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.
Analitiklər Qərb şirkətlərinin getməsi ilə “Rusiya iqtisadiyyatının boğulacağını” proqnozlaşdırırdılar. Ancaq Rusiya Prezidenti Vladimir Putin gözlənilən uğursuzluğu öz xeyirinə dəyişə bilib.
Əksər xarici şirkətlər isə yatırılan milyardları itirməmək üçün Rusiyada fəaliyyətini davam etdirirlər.
Putin sanksiyalar nəticəsində təxminən 50 milyard dollar itirildiyini demişdi.
Bizim.Media