Azərbaycanlı blogerlər “çirkli pullar”ı necə yuyurlar? – SENSASİON DETALLAR

Dünyada “çirkli pullar”ın yuyulmasının müxtəlif yolları var. Son illərdə bu istiqamətdə ən çox istifadə edilən metodlardan biri də blogerlərin fəaliyyəti üzərindən edilən hərəkətlərdir. Təsadüfi deyil ki, son vaxtlar Türkiyə və Rusiyada “çirkli pullar”ın yuyulmasına görə xeyli sayda fenomen cinayət məsuliyyətinə cəlb ediliblər. 

Bəs, blogerlər “çirkli pullar”ı necə yuyurlar?

“Çirkli pul” sahibləri bəzi adamlara əvvəlcə müəyyən qədər “investisiya yatırırlar”. Sosial şəbəkələrdə yaxşıca “raskrutka” olunan sıravi adamlar qısa müddətdən sonra məşhur blogerə, vaynerə, tiktokerə və s. çevrilirlər 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı blogerlər də çirkli pulların yuyulması ilə məşğuldur? – ŞÜBHƏLİ MƏQAMLAR 


Əsl maxinasiya da bundan sonra başlayır. Guya ki, populyar bloger və digərləri reklam hesabına külli miqdarda pul qazanırlar. Və onların hesabına oturan yüz minlər, milyonlar çox asanlıqla xaricdəki bank hesablarına ötürülür. Beləcə, qanunsuz şəkildə qazanılmış milyonlar xaricə çıxarılır. Xaricə çıxarılan pullardansa həmin səhifə sahibinə müəyyən miqdarda faiz qaytarılır. 

Məhz asan yolla varlanmaq şansı verdiyinə görə son vaxtlar gənclər arasında bu sahəyə maraq kəskin artıb. Qəribədir ki, bloger, vayner, tiktokerlər əsasən gözəl  xanımlar olur. Bu da onunla bağlıdır ki, gözəl xanımların izləyiciləri nisbətən daha çox olur. 

Bəs, bu şəbəkələr necə idarə olunur?

Fenomenlər əsasən “TikTok” və “İnstagram” platforması üzərindən işləyirlər. Məsələn, “TikTok” platformasından istifadə edənlər pulu əsasən jetonlardan “qazanırlar”. Belə ki, “TikTok”da pullar oyunlar zamanı atılan jetonlardan gəlir. Bu jetonların hamısı pul ekvivalentindədir. Balansa nə qədər çox jeton yığılırsa, bu o qədər çox pul deməkdir. 

Nəzərə alaq ki, “TikTok” azərbaycanlı istifadəçilərə birbaşa ödəniş etmir. “TikTok”dan pul qazanmaq və yaxud pul çıxartmaq istəyən şəxsin hökmən inkişaf etmiş ölkələrdə, məsələn, ABŞ-da, Kanadada, Yaponiyada və ya Avropa ölkələrinin hansısa birində bank hesabı olmalıdır. Bəzi blogerlər də əvvəlcə həmin ölkələrdən birində hesab açır, sonra isə fəaliyyətlərini Azərbaycanda “şaxələndirirlər”. 

Qeyd edək, ki, bu şəxslərin xaricdəki hesablarına Azərbaycanın müvafiq qurumları nəzarət edə bilmirlər. Ona görə də tiktokerlər asanlıqla milyonlarla vəsaiti xaricə çıxara bilirlər.

“İnstagram” üzərindən də proseslər eyni cür həyata keçirilir.

Blogerlər müxtəlif yarışlar və lotereya oyunları keçirirlər. Bu yarışmalarda mexanizm belə işləyir ki, blogerin guya çoxlu sayda sponsorları olur. Onlar yarışmaya müxtəlif miqdarlarda pul və yaxud hədiyyə qoyurlar. Hətta yarışmaya mükafat kimi avtomobil də qoyan olur. 

Qiymətli hədiyyələr də guya ki, sponsorlardan gələn puldan formalaşır. Ancaq hər bir sponsordan fenomenə ən yaxşı halda 150-200 manat pul gəlir. Lakin, sponsorlardan gələn pulla uduşa qoyulan hədiyyənin qiyməti arasında tərs mütənasiblik olur. Yəni sponsorlardan 25 min manat yığıldığı halda, uduşun dəyəri 50 min manat göstərilir. Bu da xeyli suallar doğurur. Bu zaman bir neçə qanun pozuntusuna yol verilir. 
Qanun pozuntusu oradan başlayır ki, Azərbaycanda lotereya keçirtmək üçün müvafiq dövlət qurumlarından lisenziya alınmalıdır. Əks təqdirdə lotereya oyunu qanunsuz sayılır. Daha doğrusu, bu, sırf fırıldaqçılıq əməli hesab olunur. 

Fenomenlərin keçirdikləri lotereya oyunundakı ikinci qanunsuzluq sponsorların qoyduğu vəsaitlə uduşun məbləğinin düz gəlməməsidir. Tutaq ki, 50 min manat dəyərində hədiyyə qoyulub.

Amma sponsorlardan cəmi 25 min manat yığılıb. Göründüyü kimi, 25 min manat vəsait “havada qalır”. Bu da onu sübut edir ki, fenomenlər “çirkli pullar”ın yuyulması ilə məşğuldurlar. 

Yəni, sponsorların ödənişində heç bir şəffaflıq olmur. Maraqlıdır ki, lotereyalara qiymətli hədiyyələr, hətta avtomobil qoyulur. İlk baxışdan adi görünən bu prosesdə təəccüb doğuran məsələ odur ki, hansısa fenomenin uduşa qoyduğu hədiyyə “Azərlotereya” və “Misli”nin qoyduğu hədiyyələrdən qiymətli olur. Hələ uduşun necə reallaşdırıldığı barədə danışmırıq. Bu da ayrı bir araşdırma mövzusudur.

Fenomenlər asanlıqla vergidən yayınırlar.

Məlumdur ki, sponsorlar pulu nağdsız şəkildə ödəyirlər. Bu ödənişlərin hər birindən müvafiq qaydada vergi tutulmalıdır. Çünki bloger bütün hallarda pul qazanır. Lakin onların davamlı şəkildə vergi ödəməsi barədə heç bir rəsmi məlumat yoxdur. Bu da başqa bir qanun pozuntusudur.
Nəzərə alaq ki, Türkiyədə fenomenlərin həbsindən sonra Azərbaycanda da bəzi blogerlər kölgəyə çəkilib. Amma aktiv fəaliyyət göstərən blogerlər az deyil. Məsələn, Elmira Namazova, Ülvi Fatimə, Nagihan və Fərid Abdullayevlər “İnstagram” səhifələrində bahalı həyat tərzini reklam edir, müxtəlif lotereyalar təşkil edirlər. Maraqlıdır, onlar bu qədər pulu haradan və hansı yolla qazanırlar? Üstəlik, bahalı hədiyyələr edirlər? Ən əsası onlar qazanclarından gəlir vergisi ödəyirlərmi?

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanladıq.
Mövzunu davam etdirəcəyik.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əməkdar artist arxiv görüntüsünü PAYLAŞDI: “O günü yaxşı xatırlayıram…” - FOTO

Əməkdar artist arxiv görüntüsünü PAYLAŞDI: “O günü yaxşı xatırlayıram…” - FOTO

İngiltərə klubunun sabiq futbolçusu VƏFAT ETDİ

İngiltərə klubunun sabiq futbolçusu VƏFAT ETDİ

“Ukraynanın prezident seçkisi keçirmək üçün maliyyəsi yoxdur” - Podolyak

“Ukraynanın prezident seçkisi keçirmək üçün maliyyəsi yoxdur” - Podolyak

Sumqayıtda “Chevrolet” yanaraq kül oldu - VİDEO

Sumqayıtda “Chevrolet” yanaraq kül oldu - VİDEO

İkardi “Qalatasaray”dan gedir?

İkardi “Qalatasaray”dan gedir?

"Ulduz" metrosunun yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

"Ulduz" metrosunun yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

“Ailəmlə bağlı paylaşım etməyi özümə yaraşdırmıram” - VİDEO

“Ailəmlə bağlı paylaşım etməyi özümə yaraşdırmıram” - VİDEO

Moskva və Moskvaətrafı ərazilərdə güclü qar xəbərdalığı edilib - VİDEO

Moskva və Moskvaətrafı ərazilərdə güclü qar xəbərdalığı edilib - VİDEO

Birinci Liqa: “Şəfa”dan növbəti qələbə

Birinci Liqa: “Şəfa”dan növbəti qələbə

Bu süd məhsulu yaşlanmanı ləngidə bilər - ARAŞDIRMA

Bu süd məhsulu yaşlanmanı ləngidə bilər - ARAŞDIRMA

İsrail ordusu Misirlə sərhəddə PUA-lar ələ keçirdi

İsrail ordusu Misirlə sərhəddə PUA-lar ələ keçirdi

Balakəndə orta məktəb binasında yanğın olub

Balakəndə orta məktəb binasında yanğın olub

“Karvan” bu legionerlə yollarını ayırdı

“Karvan” bu legionerlə yollarını ayırdı

Ukrayna ordusu Dnepropetrovskda 5 kəndə nəzərəti bərpa edib

Ukrayna ordusu Dnepropetrovskda 5 kəndə nəzərəti bərpa edib

Ev almaq üçün rieltora 20 min manat verən vətəndaş aldadıldı - İDDİA/VİDEO

Ev almaq üçün rieltora 20 min manat verən vətəndaş aldadıldı - İDDİA/VİDEO

“Turan Tovuz” da Türkiyəyə GEDİR

“Turan Tovuz” da Türkiyəyə GEDİR

Alimlər xərçəngə qarşı pəhriz HAZIRLADILAR

Alimlər xərçəngə qarşı pəhriz HAZIRLADILAR

Leyla Quliyeva: “Özümü qəhrəman kimi hiss edirdim…” - VİDEO

Leyla Quliyeva: “Özümü qəhrəman kimi hiss edirdim…” - VİDEO

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyada güclü zəlzələ oldu

Avropada ən çox driblinqi kim edib?

Avropada ən çox driblinqi kim edib?

Gürcüstanın sabiq müdafiə naziri SAXLANILDI

Gürcüstanın sabiq müdafiə naziri SAXLANILDI

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - FOTO

Rəsmi Moskva vətəndaşlarını bu ölkəyə səfər etməməyə ÇAĞIRDI

Rəsmi Moskva vətəndaşlarını bu ölkəyə səfər etməməyə ÇAĞIRDI

Maradonanın cırılmış forması rekord məbləğə satıldı - FOTO

Maradonanın cırılmış forması rekord məbləğə satıldı - FOTO

End of content

No more pages to load

RADİO