“Binance”yə REKORD CƏRİMƏ – “Birja şərtlərə əməl etməsə...”

21 noyabr tarixində “Binance” birjası ilə ABŞ maliyyə tənzimləyiciləri arasında bağlanan sövdələşmə xəbəri kriptovalyuta dünyasında həftənin ən maraqlı hadisəsi oldu. Rekord məbləğdə olan cərimə və birjanın rəhbərinin vəzifəsindən getməsi bu sektor iştirakçıları arasında birmənalı qarşılanmayıb. 

Bəzi analitiklər birjanın “sıxışdırılması” fonunda ümumi kriptovalyuta bazarında qiymətlərin enəcəyini ehtimal etsələr də, bu belə olmadı. Əksinə, qısamüddətli qiymət korreksiyasından sonra “Bitcoin” yenidən bahalaşmağa davam etdi. 

Bəs, niyə belə oldu?

Bu mövzunu Bizim.Media-ya şərh edən kriptovalyuta bazarı üzrə mütəxəssis, “Crypto Consulting MMC”-nin direktoru Elnur Quliyev “Binance”-nin ticarət dövriyyəsi və müştəri bazasına görə kriptovalyuta bazarında lider birja olduğunu diqqətə çatdırıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Kriptovalyuta bahalaşacaq - PROQNOZ 


“Birja ilə bağlı istənilən neqativ xəbər kriptovalyuta bazarındakı qiymətlərə və investorların əhvalına birbaşa təsir göstərir. Odur ki, məlum cəza tədbiri xəbərinin yayılması ilkin məqamda kripto sektorunda şok effekti yaratdı. Çünki cəza şərtləri kifayət qədər ciddi idi. 

ABŞ səlahiyyətliləri ilə müqavilənin şərtlərinə əsasən, “Binance” ölkədəki fəaliyyətini dayandırmalı, ABŞ Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinə (FinCEN) 3,4 milyard dollar və Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinə (OFAC) 968 milyon dollar cərimə ödəməlidir.

Birjanın təsisçisi və baş direktoru Changpeng Zhao (CZ) ABŞ federal qanunlarını pozmaqla bağlı günahını etiraf edərək vəzifəsindən istefa verməyə və şəxsən 50 milyon dollar cərimə ödəməyə razı oldu”. 

“Birjaya qarşı iddialar içərisində bazarın manipulyasiyası maddəsi yoxdur”

Onun sözlərinə görə, bu, kriptovalyuta şirkətinə indiyə qədər tətbiq edilən ən böyük cərimədir:

“Əslində, birjanın bağlanması və ya fəaliyyətinin məhdudlaşdırılması kimi ciddi tədbir əvəzinə, onunla qarşılıqlı anlaşama ilə cərimə edilməsi müəyyən mənada müsbət xəbərdir. Bu, onu göstərir ki, ABŞ maliyyə tənzimləyiciləri (FinCEN, OFAC, SEC, CFTC) 3 il araşdırmadan sonra birjanın federal maliyyə qanunlarını pozmasına cərimə tətbiq etməklə “göz yummağa” razı oldular. Nəzərə almaq lazımdır ki, birjaya qarşı ilkin cərimə məbləği olaraq 10 milyard dollar tələb edilirdi. Cərimə məbləğının endirilməsi ABŞ maliyyə tənzimləyicilərin problemləri həll etmək üçün “Binance” birjasına güzəştə getməyə hazır olduğunu sübut edir”.

Müsahibimiz qeyd edib ki, birjaya qarşı iddialar içərisində bazarın manipulyasiyası və müştərilərin vəsaitlərinin istifadəsi maddəsi yox idi: 

“Bu çox önəmli faktordur. Çünki daha öncə bağlanan birjalara ilk olaraq bu maddələr üzrə ittihamlar irəli sürülmüşdü. Bundan əlavə, ABŞ maliyyə tənzimləyiciəri tərəfindən birjanı ittiham edilən əsas pozuntu kimi “çirkli pulların yuyulmasına qarşı beynəlxalq qaydalara (AML) əməl etməmək” göstərilir. 

İddialara əsasən, 2018-ci ildən 2023-ci ilin may ayına qədər birjada HƏMAS, Şimali Koreya, İran və Rusiya daxil olmaqla sanksiyaya məruz qalan təşkilatlar və dövlətlərlə təxminən 1 milyard dollarlıq əməliyyatlar həyata keçirilib. Bu cür əməliyyatlar Amerika qanunları ilə açıq şəkildə qadağandır”. 

“Binance” ABŞ Maliyyə Nazirliyinin tam nəzarətinə keçir 

Onun sözlərinə görə, təyin edilən cərimə məbləği 4.3 milyard dollar olsa da, bu məbləğ 15 ay ərzində ödənilməlidir: 

“Birjanın aylıq ticarət dövriyyəsini və qazancını nəzərə alsaq, bunu ödəmək elə də çətin olmayacaq. “Binance” ilə sövdələşməyə əsasən növbəti 5 ildə ABŞ Maliyyə Nazirliyinin platformanın maliyyə məlumatlarına çıxış imkanı olacaq və birjanın sanksiyalara uyğunluq proqramına nəzarət edəcək müşahidəçi təyin edəcək. Bu faktor birjanın daha şəffaf fəaliyyəti üçün zəmin yaradacaq və güvəni daha da artıracaq. Bütün faktorları nəzərə alaraq, “Binance” birjasına cərimə ödəmək və ABŞ bazarından çıxmaq müqabilində “digər” fəaliyyətlərinə “yaşıl işıq” yandırıldı”. 

Ekspert hesab edir ki, kriptovlayuta sektorunu tənzimləyən vahid qaydalar tətbiq edilməyənə qədər maliyyə tənzimləyici qurumlar birjaları və digər kripto-şirkətləri inzibati tədbirlərlə nəzarətdə saxlayacaqlar: 

“Əslində, kriptovalyuta sektorunun tədricən tənzimlənməsi prosesi artıq başlayıb. Düzdür, hazırda əsas alət dövlətlərin inzibati yolla tənzimlənməsi olsa da, yaxın gələcəkdə kripto sektoruna güvəni daha da artıracaq. Nəticədə, kriptovalyuta sektoruna kapital axını daha da artacaq və kriptovalyuta bazarında rəqəmsal aktivlərin qiymətləri artacaq”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

1 manat 70 qəpiklik möcüzə - Bazarda hamı bu meyvəni soruşur

1 manat 70 qəpiklik möcüzə - Bazarda hamı bu meyvəni soruşur

Brilliant Dadaşovadan Təranə ilə Musanın qızına: “Ərə getməyə tələsmə!” - VİDEO

Brilliant Dadaşovadan Təranə ilə Musanın qızına: “Ərə getməyə tələsmə!” - VİDEO

2025-ci ilin ən populyar körpə adları

2025-ci ilin ən populyar körpə adları

Saat 18:00-dan sonra yemək ziyandır? - Açıqlama

Saat 18:00-dan sonra yemək ziyandır? - Açıqlama

Belçikada “Doel” atom elektrik stansiyası üzərində dronlar müşahidə EDİLDİ

Belçikada “Doel” atom elektrik stansiyası üzərində dronlar müşahidə EDİLDİ

Azərbaycan ağırlıqaldıranı İslam Oyunlarını 3 medalla başa vurdu

Azərbaycan ağırlıqaldıranı İslam Oyunlarını 3 medalla başa vurdu

Ağ Evdə Tramp və Əl Şaraa arasında görüş başladı – VİDEO

Ağ Evdə Tramp və Əl Şaraa arasında görüş başladı – VİDEO

“Flora xanım dedi ki, ölümün nəfəsini hiss edirəm” - VİDEO

“Flora xanım dedi ki, ölümün nəfəsini hiss edirəm” - VİDEO

Hindistanda PARTLAYIŞ: 13 nəfər öldü – VİDEO

Hindistanda PARTLAYIŞ: 13 nəfər öldü – VİDEO

Azərbaycan üzgüçüsü İslamiadada gümüş medal QAZANDI

Azərbaycan üzgüçüsü İslamiadada gümüş medal QAZANDI

Varlanmaq şansı olacaq BÜRCLƏR - Pul axını olacaq

Varlanmaq şansı olacaq BÜRCLƏR - Pul axını olacaq

Messi yenidən “Nou Kamp”da – FOTO

Messi yenidən “Nou Kamp”da – FOTO

Azərbaycanda boşanmaq neçəyədir? - Vəkil rüsumları AÇIQLADI

Azərbaycanda boşanmaq neçəyədir? - Vəkil rüsumları AÇIQLADI

“Qardaşlarımız nə deyirsə, düz deyir” - Qurban Qurbanov

“Qardaşlarımız nə deyirsə, düz deyir” - Qurban Qurbanov

Çay evindən oğurluq edən şəxs narkotiklə TUTULDU

Çay evindən oğurluq edən şəxs narkotiklə TUTULDU

Türkiyədə futbol komandasının prezidenti və 3 hakim HƏBS EDİLDİ – FOTO

Türkiyədə futbol komandasının prezidenti və 3 hakim HƏBS EDİLDİ – FOTO

Şahbaz Şərifin Rusiyaya səfəri planlaşdırılır

Şahbaz Şərifin Rusiyaya səfəri planlaşdırılır

Millimiz VI İslam Həmrəyliyi Oyunlarının QALİBİ OLDU - FOTO

Millimiz VI İslam Həmrəyliyi Oyunlarının QALİBİ OLDU - FOTO

Balakəndə it 83 yaşlı kişini parçalayaraq öldürdü - Əvvəl də hücum edibmiş - FOTO

Balakəndə it 83 yaşlı kişini parçalayaraq öldürdü - Əvvəl də hücum edibmiş - FOTO

Rusiyada 3 yaşlı uşaq liftin şaxtasına düşdü – VİDEO

Rusiyada 3 yaşlı uşaq liftin şaxtasına düşdü – VİDEO

Qubada DƏHŞƏT: Qadın qohumunu balta ilə vurdu

Qubada DƏHŞƏT: Qadın qohumunu balta ilə vurdu

Qorxu “TERAPİYASI” – Uşaqların bu vəziyyətdən həzz alması NORMALDIR?

Qorxu “TERAPİYASI” – Uşaqların bu vəziyyətdən həzz alması NORMALDIR?

Abubakar Kamerun millisinə çağırıldı

Abubakar Kamerun millisinə çağırıldı

"Maşını Röya alacaq" - VİDEO

"Maşını Röya alacaq" - VİDEO

End of content

No more pages to load

RADİO