Həm qiyməti, həm də keyfiyyəti AZALIR – Bitki yağları ilə bağlı ƏSL MƏNZƏRƏ 

2023-cü ilin 10 ayı ərzində Azərbaycanda şirkətlər xaricdən xam günəbaxan yağının bir tonunu ortalama 1 587 dollara aldıqları halda, cari ildə bu rəqəm 43 faiz azalaraq 910 dollara düşüb.

Bizim.Media xəbər verir ki, bu məlumat Dövlət Gömrük Komitəsinin son hesabatında əks olunub.

Stasitistika nəyi göstərir?

Sənəddə, eyni vəziyyətin xam qarğıdalı yağında da müşahidə edildiyi diqqətə çatdırılır. Belə ki, 2023-cü ilin ilk üç rübündə Azərbaycana xaricdən idxal edilən xam qarğıdalı yağının bir tonu 2022-ci ilin eyni müddətində orta hesabla 1 586 dollara idxal edildiyi halda, bu rəqəm cari ildə orta hesabla 1 501 dollar təşkil edib. Bu illik müqayisədə 5 faiz ucuzlaşma deməkdir.

Bundan əlavə, yerli istehsal olan bitki yağlarının pərakəndə satış qiymətlərində də ucuzlaşma müşahidə olunur. Məsələn, 2022-ci ilin sentyabrında 1 litri 5.55 manata satılan günəxaban yağının qiyməti, cari ilin müvafiq dövrünə 4.37 manata qədər 21 faizlik ucuzlaşma yaşayıb.

Qarğıdalı yağının qiyməti isə 11% ucuzlaşıb. Məsələn, 2022-ci ilin sentyabrında bir litri 6.75 manat olduğu halda, 2023-cü ilin eyni dövründə 5.99 manat düşüb.

Bəs əsl reallıq?

Qeyd olunanlar rəsmi statistik məlumatlardır. Bəlli olduğu kimi, adıçəkilən bitkilərin ölkədə əkin sahələri çox azdır ki, bu da istehsala, yağ şəklində emala, satışa və keyfiyyətə ciddi təsir edir. Məlumdur ki, bu gün ölkə daxilində istehsal olunan qarğıdalı, günəbaxan və digər bitki yağlarının qiyməti həm baha, həm də keyfiyyət baxımından çox zəifdir. Bunlardan bir dəfə alan istehlakçı növbəti dəfə başqa yağ məhsulu almağa üstünlük verir.

“Azərbaycanda günəbaxan və qarğıdalı tarlaları çox azdır”

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-a açıqlayan iqtisadçı-ekspert Xalid Kərimli, günəbaxan yağlarının bahalaşmasının əsasən iri market şəbəkələrində müşahidə olunduğunu diqqətə çatdırıb:

“Qarğıdalı yağı isə cüzi, yəni 5 faiz ucuzlaşıb, amma biz bunu hiss edə bilmərik. Hətta sahibkar bunu özündə saxlaya bilər. Ona görə ki, inflyasiyadan təsirlənən sahibkar da xərcləri artıb. Eyni zamanda, Azərbaycanda bu məhsulların sadəcə qablaşdırılması həyata keçirilir. Bu məhsullar ölkəyə sisternlərlə gətirilir və şirkətlər tərəfindən qablaşdırılır, daxili bazara təqdim olunur.

Bu onunla bağlıdır ki, günəbaxan və qarğıdalı tarlaları yoxdur, olsa da azdır. Onların əvəzinə taxıl məhsulları əkilir. Digər tərəfdən özümüz əksək də, bu, məhsulları ucuz hasil edəcəyimiz və satacağımız anlamına gəlməməlidir”.

“Əgər bir vətəndaş keyfiyyətli məhsil almaq istəyirsə…”

Qida təhlükəsizliyi üzrə mütəxəssis Məhsəti Hüseynova isə, bütün məhsullarda olduğu kimi, bitki yağlarında da qiymətin hər zaman keyfiyyət göstəricisi olmadığını diqqətə çatdırıb:

“Ola bilsin ki, xammal şəklində ucuz başa gəldiyi üçün satışı da sərfəlidir. Yaxud da bəzi bitkilərin əkinçiliyi hansısa ölkədə olduğu üçün xammalını da ucuz əldə edirlər. Bu da məhsulun istehsalında və qiymətində fərqləri yarada bilər. Rusiya-Ukrayna müharibəsindən əvvəl malların sərhəddən keçirilməsi daha rahat idi.

Müharibənin kəskin dövründə isə bu kimi qidaların ölkəyə gətirilməsi xeyli məhdudlaşdırıldığı üçün qiymətlər artmışdı. Sərhədlər qismən açıldıqdan və buna görə məhsullarən rahat gətirilməsi də təmin olunub. Bu qiymətlərin sabitləşməsinə dəstək verə bilər”.

Onun sözlərinə görə, xammalın ucuzlaşması, istehsal olunan məhsulun keyfiyyətsiz olduğu anlamına gəlməməlidir:

“Əgər bir vətəndaş keyfiyyətli məhsil almaq istəyirsə, məhsulun arxa hissəsindəki həm keyfiyyəti, həm də istehsalçı şirkət haqqında bütün məlumatların olub-olmamasını yoxlamalıdır. Əgər yağ hər hansısa bir bitkiyə məxsusdursa, onun ən azı 70 faizini həmin bitki təşkil etməlidir. Əgər başqa yağlar, və ya həmin bitkinin dadlandırıcısından və ya aromatizatorundan istifadə olunubsa, bu, həmin yağın keyfiyyətsiz olduğunu göstərir. Bu baxımdan da mütləq yağın tərkibinə diqqət yetirmək lazımdır”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağ Evdə Fidanla Rubionun görüşü BAŞLADI

Ağ Evdə Fidanla Rubionun görüşü BAŞLADI

Azərbaycan yığmasının üzvü Türkiyədə mərc oyunlarında iştirak edirmiş

Azərbaycan yığmasının üzvü Türkiyədə mərc oyunlarında iştirak edirmiş

Bu bina hər an yana bilər – VİDEO

Bu bina hər an yana bilər – VİDEO

Qanda şəkəri salan ədviyyatlı içki

Qanda şəkəri salan ədviyyatlı içki

Türkiyədə mərc QALMAQALI - 1024 oyunçunun adı AÇIQLANDI

Türkiyədə mərc QALMAQALI - 1024 oyunçunun adı AÇIQLANDI

ABŞ Suriyaya qarşı sanksiyaları yumşaltdı

ABŞ Suriyaya qarşı sanksiyaları yumşaltdı

Boksçumuz İslamiadada qızıl medal QAZANDI – FOTO

Boksçumuz İslamiadada qızıl medal QAZANDI – FOTO

Neftçalada bazarda YANĞIN – YENİLƏNİB

Neftçalada bazarda YANĞIN – YENİLƏNİB

SON DƏQİQƏ! Türkiyədə güclü ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə güclü ZƏLZƏLƏ oldu

Zaqatalada avtomobildən 75 yaşlı kişinin meyiti tapıldı

Zaqatalada avtomobildən 75 yaşlı kişinin meyiti tapıldı

Azərbaycanda ət ucuzlaşdı – VİDEO

Azərbaycanda ət ucuzlaşdı – VİDEO

“Atalanta” baş məşqçi ilə bağlı qərar verdi

“Atalanta” baş məşqçi ilə bağlı qərar verdi

Ən kiçik otaq satılır: Qiymət göz qamaşdırır

Ən kiçik otaq satılır: Qiymət göz qamaşdırır

"Uzak şehir"də dəyişiklik

"Uzak şehir"də dəyişiklik

1 manat 70 qəpiklik möcüzə - Bazarda hamı bu meyvəni soruşur

1 manat 70 qəpiklik möcüzə - Bazarda hamı bu meyvəni soruşur

Brilliant Dadaşovadan Təranə ilə Musanın qızına: “Ərə getməyə tələsmə!” - VİDEO

Brilliant Dadaşovadan Təranə ilə Musanın qızına: “Ərə getməyə tələsmə!” - VİDEO

2025-ci ilin ən populyar körpə adları

2025-ci ilin ən populyar körpə adları

Saat 18:00-dan sonra yemək ziyandır? - Açıqlama

Saat 18:00-dan sonra yemək ziyandır? - Açıqlama

Belçikada “Doel” atom elektrik stansiyası üzərində dronlar müşahidə EDİLDİ

Belçikada “Doel” atom elektrik stansiyası üzərində dronlar müşahidə EDİLDİ

Azərbaycan ağırlıqaldıranı İslam Oyunlarını 3 medalla başa vurdu

Azərbaycan ağırlıqaldıranı İslam Oyunlarını 3 medalla başa vurdu

Ağ Evdə Tramp və Əl Şaraa arasında görüş başladı – VİDEO

Ağ Evdə Tramp və Əl Şaraa arasında görüş başladı – VİDEO

“Flora xanım dedi ki, ölümün nəfəsini hiss edirəm” - VİDEO

“Flora xanım dedi ki, ölümün nəfəsini hiss edirəm” - VİDEO

Hindistanda PARTLAYIŞ: 13 nəfər öldü – VİDEO

Hindistanda PARTLAYIŞ: 13 nəfər öldü – VİDEO

Azərbaycan üzgüçüsü İslamiadada gümüş medal QAZANDI

Azərbaycan üzgüçüsü İslamiadada gümüş medal QAZANDI

End of content

No more pages to load

RADİO