Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı inkişaf edir - FOTO

Türkiyənin Ticarət naziri Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyində görüş keçirilib. 

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq, əməkdaşlığımızın uğurla inkişaf etdiyini vurğulayıb.

Qeyd edilib ki, ortaq maraqların və dəyərlərin birləşdirdiyi Azərbaycan və Türkiyə dünya miqyasında ən yaxın strateji müttəfiqlər kimi daim bir-birinin yanındadır. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz örnəkdir.

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan-Türkiyə iqtisadi əlaqələri müzakirə edilir - FOTO


Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir. Dövlət başçılarının səmimi dostluq və qardaşlıq münasibətləri, tərəfdaşlığın genişləndirilməsinə verdikləri böyük önəm əlaqələrin daha da dərinləşməsini şərtləndirir.

İqtisadiyyat naziri əməkdaşlığın inkişafında bu ilin fevralında Türkiyədə 9-cu iclası keçirilmiş Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının əlverişli platforma olduğunu diqqətə çatdırıb.

Vurğulanıb ki, Azərbaycan və Türkiyə arasında çoxsahəli əməkdaşlığın genişləndirilməsi üçün həyata keçirilən tədbirlər yeni birgə layihələrin reallaşdırılmasına, iqtisadi-ticarət münasibətlərimizin inkişafına töhfə verəcək.

 

Türkiyənin Ticarət naziri Ruhsar Pekcan Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bildirib, Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək quruculuq layihələrində iştirakda maraqlı olduqlarını diqqətə çatdırıb.


Tədbirdə Nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Rəşad Nəbiyev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev ölkələrimiz arasında tranzit-logistika, gömrük, İKT, ticarət və s. sahələrdə əlaqələrin genişləndirilməsi, ərazilərimizin işğaldan azad edilməsi ilə əlaqədar yaranmış yeni reallıqlara uyğun olaraq, iqtisadi əlaqələrin inkişaf istiqamətləri barədə fikirlərini bölüşüblər.

Görüşdə COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına təsirləri barədə məlumat verilib, koronavirusla mübarizədə qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.

Tərəflər ölkələrimiz arasında iqtisadi əlaqələrin gücləndirilməsi, Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi, qarşılıqlı ticarət həcminin və məhsul çeşidinin artırılması və maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pentaqon rəhbəri daha iki generalı işdən çıxardı

Pentaqon rəhbəri daha iki generalı işdən çıxardı

Qaz sayğacları ilə bağlı YENİLİK – Növbəti ildən etibarən... – RƏSMİ

Qaz sayğacları ilə bağlı YENİLİK – Növbəti ildən etibarən... – RƏSMİ

AFFA balansında olan bu sahəyə 4 milyondan çox pul xərcləyib

AFFA balansında olan bu sahəyə 4 milyondan çox pul xərcləyib

Güclü külək məktəb binasına zərər vurdu – FOTO

Güclü külək məktəb binasına zərər vurdu – FOTO

Limonlu çay içənlər niyə daha uzun ömür sürür?

Limonlu çay içənlər niyə daha uzun ömür sürür?

İran "şiddətli döyüşə" hazırlaşır, uşaqları səfərbər edir - KİV

İran "şiddətli döyüşə" hazırlaşır, uşaqları səfərbər edir - KİV

Novruz Məmmədov işdən çıxdı

Novruz Məmmədov işdən çıxdı

Bu yoldan istifadə ÖDƏNİŞLİ OLACAQ

Bu yoldan istifadə ÖDƏNİŞLİ OLACAQ

“Turan Tovuz” “Zirə”yə, “Sabah” “Qarabağ”a qarşı

“Turan Tovuz” “Zirə”yə, “Sabah” “Qarabağ”a qarşı

5 il əvvəl tikintisi başlayan bu yol nə vaxt açılacaq? - RƏSMİ

5 il əvvəl tikintisi başlayan bu yol nə vaxt açılacaq? - RƏSMİ

Səfərbərlik Xidmətinin 27 əməkdaşı CƏZALANDIRILDI

Səfərbərlik Xidmətinin 27 əməkdaşı CƏZALANDIRILDI

Qurban Qurbanov hesabat konfransına yenə qatılmadı

Qurban Qurbanov hesabat konfransına yenə qatılmadı

Səyahət edən viruslar - Miqrant axını hansı xəstəlikləri yayır?

Səyahət edən viruslar - Miqrant axını hansı xəstəlikləri yayır?

Corat sakinlərinin NƏZƏRİNƏ

Corat sakinlərinin NƏZƏRİNƏ

Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR

Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR

Bakıda yolun ortasında yanan avtomobil belə söndürüldü – ANBAAN VİDEO

Bakıda yolun ortasında yanan avtomobil belə söndürüldü – ANBAAN VİDEO

İran Gürcüstana xəbərdarlıq etdi

İran Gürcüstana xəbərdarlıq etdi

Sürücülərin DİQQƏTİNƏ – Avtomobillərin icbari sığortası qaydaları DƏYİŞDİ – RƏSMİ

Sürücülərin DİQQƏTİNƏ – Avtomobillərin icbari sığortası qaydaları DƏYİŞDİRƏSMİ

Rafat Cuvarlinski vəfat etdi – FOTO

Rafat Cuvarlinski vəfat etdi – FOTO

Rusiyada qatar qəzasında yaralananların sayını açıqlandı

Rusiyada qatar qəzasında yaralananların sayını açıqlandı

Ev almaq, yoxsa tikdirmək sərfəlidir? – VİDEO

Ev almaq, yoxsa tikdirmək sərfəlidir? – VİDEO

Elektron siqaret qadağası - Daha hansı məhsullara şamil olunur?

Elektron siqaret qadağası - Daha hansı məhsullara şamil olunur?

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başlayır - VİDEO

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başlayır - VİDEO

Tramp yenidən İranı hədələdi: “Növbəti hədəflər...”

Tramp yenidən İranı hədələdi: “Növbəti hədəflər...”

End of content

No more pages to load

RADİO