“Əmək qabiliyyəti olanlara ünvanlı sosial yardım verilməməlidir” – Komitə SƏDRİ 

2006-cı ildən etibarən aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinə başlanılıb. Belə ailələrin orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağıdır. 

Dövlət tərəfindən verilən pul yardımının təyininin müəyyən şərtləri var.

Onlayn qaydada müraciət əsasında və ailənin sosial durumu yoxlandıqdan sonra verilən yardımı bütün müraciət edənlər ala bilmir. Ailələrə ünvanlı dövlət sosial yardımın verilməsindən imtina edilməsi ilə bağlı gələn məktublar vətəndaşları qane etmir. Belə şikayətlər əsasən rayonlarda yaşayan və işsiz vətəndaşlardan gəlir. 
 

MÖVZU İLƏ BAĞLI:

Sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ: “Artıq sənədlər...”


Hazırda ölkədə 65 min insanın ünvanlı sosial yardım aldığını deyən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, həmçinin, işsizlərə yardımın verilməsinin onların işləməməsinə gətirib çıxaracağını bildirib:

“İşsiz insanlara bu yardımı versək onda həmin şəxslər ancaq evdə oturacaq. Ona görə də alternativ məşğulluq xidmətlərinə baxmaq lazımdır. Hazırda məşğulluq sahəsinin 10-dan çox istiqaməti nəzərdən keçirilir".

Nazir müavininin bu açıqlaması ictimaiyyətdə müzakirələrə səbəb olub. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də nazir müavininin fikirləri ilə razılaşıb.

O, əmək qabiliyyətli insanlara yardımın verilməsinin əleyhinə olduğunu deyib:

“Ünvanlı sosial yardım o ailələrə verilməlidir ki, həmin ailədə əmək qabiliyyəti olmayan ailə üzvləri, əlil və ya təqaüdü az olan təqaüdçülər, əmək qabiliyyəti yaşına çatmayan uşaqlar olsun. Digər hallarda isə onların aktiv sosial müdafiə tədbirlərinə cəlb olunmasına üstünlük vermək lazımdır. Aktiv sosial müdafiə tədbirlərinə öz peşəsi, ixtisası üzrə işlə təmin olunmaq və ya peşəsi, ixtisası yoxdursa, həmin bölgədə var olan vakansiyalara uyğun peşələri öyrədib işlə təminat daxildir. 

Bu insanları özünüməşğulluq proqramlarına, haqqı ödənilən sosial işlərə cəlb etmək lazımdır ki, gedib, çalışıb, işləsinlər. Əgər onun gətirdiyi əməkhaqqı ailə üzvlərinin sayına böləndə yaşayış minimumundan az olacaqsa, onda o ailələrə ünvanlı dövlət sosial yardımı verilsin. Biz 2006-cı ildə bu qanunu hazırlayanda düşünürdük ki, bunun insanların tənbəlləşməsinə, ələbaxımlılığına gətirib çıxarmasına heç bir vəchlə çalışmaq lazım deyil. Bu mənada özünüməşğulluq proqramı daha aktivləşməlidir və ünvanlı dövlət sosial yardım proqramı isə azalmalıdır”.

Deputat, digər vətəndaşın ödədiyi sosial ödənişlər hesabına başqa vətəndaşın yardım almasını düzgün hesab etmədiyini bildirib:

“İnsan deyir ki, mən kənd yerində yaşayıram, mənim torpağım gəlir gətirmir, ona görə mənə yardım verin. Bu anlayışla yanaşsaq, təbii ki, insanlar işdən soyuyacaqlar, özlərinin və ailə üzvlərinin həyatını təmin etmək üçün tədbirlərdən yayınacaqlar. Deməli, biz işləyəcəyik, amma bizim ödədiklərimizdən əmək qabiliyyəti gücündə və yaşında olan başqa soydaşımız oturub faydalanacaq. 

Bu da sosial ədalət prinsipinin pozulmasıdır. 

Əlbəttə, yardım da verilməlidir, özünüməşğulluq proqramı, ictimai işlər, başqa-başqa insanların sosial müdafiəsini təmin edən tədbirlər olmalıdır və olacaq. Amma burada elə bir qızıl ortanı seçmək lazımdır ki, həm sosial ədalət prinsipi pozulmasın, həm də ehtiyacı olan insanların rifahı təmin olunsun. Bundan əlavə rayonlarda məşğulluq agentliklərinin nəzdində kurslar var, vətəndaşlar o kurslara gedirlər, kursda oxuduqları müddətdə təqaüd alırlar, rayonda mövcud olan iş yerlərinə, peşələrinə uyğun işlə təmin olunurlar”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrandan TƏLƏB – “2 milyon dollar ödəyən gəmilər Hörmüzdən keçə bilər”

İrandan TƏLƏB – “2 milyon dollar ödəyən gəmilər Hörmüzdən keçə bilər”

Putin çempion idmançıya mükafatı diz çökərək təqdim etdi – VİDEO

Putin çempion idmançıya mükafatı diz çökərək təqdim etdi – VİDEO

Bu ixtisası bitirənlər zabit kimi XİDMƏT EDƏCƏK – RƏSMİ

Bu ixtisası bitirənlər zabit kimi XİDMƏT EDƏCƏK – RƏSMİ

ABŞ və İsraildən Bəndər-Lengə limanına BİRGƏ HÜCUM – Gəmilər belə məhv edildi – VİDEO

ABŞ və İsraildən Bəndər-Lengə limanına BİRGƏ HÜCUM – Gəmilər belə məhv edildi – VİDEO

Millimizin heyəti AÇIQLANDI

Millimizin heyəti AÇIQLANDI

Ana və 5 uşağı faciəvi şəkildə ÖLDÜ – FOTO

Ana və 5 uşağı faciəvi şəkildə ÖLDÜ – FOTO

İran parlamentinin spikeri: “Bunu Allah etdi” – FOTO

İran parlamentinin spikeri: “Bunu Allah etdi” – FOTO

Bir ailə üçün faciəyə çevrilən BAYRAM – Neftçalada yeniyetmə qardaşların ölümünün TƏFƏRRÜATI – FOTO

Bir ailə üçün faciəyə çevrilən BAYRAM – Neftçalada yeniyetmə qardaşların ölümünün TƏFƏRRÜATI – FOTO

Pulsuz təmizlədiyi evlərdən milyonlar qazanır – FOTO/VİDEO

Pulsuz təmizlədiyi evlərdən milyonlar qazanır – FOTO/VİDEO

Ev sahibi olmaq istəyənlər üçün əla fürsət - "Kristal"ın satış ofisləri bayramda da işləyir! - FOTO

Ev sahibi olmaq istəyənlər üçün əla fürsət - "Kristal"ın satış ofisləri bayramda da işləyir! - FOTO

Paytaxtdan bölgələrə sərnişin daşımalarında REKORD

Paytaxtdan bölgələrə sərnişin daşımalarında REKORD

SEPAH İran müxalifətinə qarşı hərəkətə keçdi: Xəbərdarlıq SMS-ləri göndərilir

SEPAH İran müxalifətinə qarşı hərəkətə keçdi: Xəbərdarlıq SMS-ləri göndərilir

Həyat yoldaşı "Toppuş bacı" ilə bağlı bu paylaşımlara əsəbiləşdi

Həyat yoldaşı "Toppuş bacı" ilə bağlı bu paylaşımlara əsəbiləşdi

Pakistan-Əfqanıstan müharibəsi daha da ALOVLANDI – Tarixi köklər və mümkün ssenarilər – ÖZƏL

Pakistan-Əfqanıstan müharibəsi daha da ALOVLANDI – Tarixi köklər və mümkün ssenarilər – ÖZƏL

Qəzaya uğrayan AZAL təyyarəsinin istintaqı ilə bağlı RƏSMİ AÇIQLAMA

Qəzaya uğrayan AZAL təyyarəsinin istintaqı ilə bağlı RƏSMİ AÇIQLAMA

"Dəmir Qübbə"ni idarə edən zabit İrana casusluq edirmiş... – DETALLAR

"Dəmir Qübbə"ni idarə edən zabit İrana casusluq edirmiş... – DETALLAR

“Labubu”nun filmi ÇƏKİLİR

“Labubu”nun filmi ÇƏKİLİR

Kəşfiyyat nazirinin öldürülməsinə Müctəba Xameneidən REAKSİYA

Kəşfiyyat nazirinin öldürülməsinə Müctəba Xameneidən REAKSİYA

Stresdən qurtulmağın 9 QIZIL QAYDASI

Stresdən qurtulmağın 9 QIZIL QAYDASI

“Beşiktaş”dan çətin səfər qələbəsi - VİDEO

“Beşiktaş”dan çətin səfər qələbəsi - VİDEO

Allahşükür Paşazadə: "Yaxın dostumu itirdim"

Allahşükür Paşazadə: "Yaxın dostumu itirdim"

“Tramp ya müharibəni davam etdirməli, ya da...”

“Tramp ya müharibəni davam etdirməli, ya da...”

Diabetdən qorunmağın ən sadə YOLU

Diabetdən qorunmağın ən sadə YOLU

Külək əsəcək, yağış yağacaq – SABAHIN HAVASI

Külək əsəcək, yağış yağacaq – SABAHIN HAVASI

End of content

No more pages to load

RADİO