İstehsal azalır, idxal ARTIR... – Geyimə tələbatın kəskin yüksəlməsinə SƏBƏB NƏDİR?

Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 347,3 milyon ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 112 milyon dollar və ya 47,5 % çoxdur.

İstehsal azalır, idxal artır

Hesabat dövründə geyim əşyaları və geyim üçün ləvazimatların idxalı Azərbaycanın ümumi idxalının 2,45 %-ni təşkil edib.

Dövlət Statistika Komitəsinin (DSK) son hesabatında isə göstərilir ki, 10 ay ərzində ölkənin pərakəndə ticarət dövriyyəsinin ümumi həcmi 46 milyon 173,2 min manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 103,4 faiz çoxdur. Bu vəsaitin 6 milyon 448,8 min manatı və ya 14 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.    
 

MÖVZU İLƏ BAĞLI:

Endirim yoxsa FIRILDAQÇILIQ?


DSK-nın digər hesabatına görə isə bu ilin yanvar-sentyabr aylarında ölkədə 74 931 manatlıq geyim məhsulları istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44 289 manat və ya 37,2 faiz azdır. Belə ki, ötən il istehsalın ümumi dəyəri 119 220 manata yaxın olub.

Bunlar da onu göstərir ki, ölkə əhalisinin geyim əşyalarına və ləvazimatlarına ehtiyacı getdikcə artmaqdadır, ancaq istehsalın həcmi ildən-ilə azalır. Bu amillər də öz növbəsində geym məhsullarının idxalının artımına səbəb olur. 

Kəskin artımın səbəbləri

Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Natiq Cəfərli ilk növbədə ölkədə geyimə tələbatın artması ilə bağlı açıqlanan rəqəmlərin real olmadığını diqqətə çatdırıb:

“Görəsən, ölkədə nə baş verdi ki, bu da birdən-birə əhalinin trikotaj və geyim məhsullarına ehtiyacının və idxalının 47,5 faizə qədər yüksəlməsinə səbəb oldu? Bu da ondan irəli gəlir ki, ölkəyə daxil olan məhsulların rəsmiləşdirilməsi istiqamətində həyata keçirilən ağardılma prosesi artır ki, bu da rəqəmsallaşmada özünü göstərir”. 

Yerli istehsala gəlincə, müsahibimiz, bunun çoxtərəfli və ağır bir proses olduğunu bildirib:

“Ona görə ki, bu sahə ilə məşğul olmaq istəyən şirkətlər və fiziki şəxslər üçün ölkədə əlverişli şərait yaradılmalıdır. Ancaq bu sahədə çox gecikmişik. Trikotaj və geyim elə məhsullardır ki, artıq dünyanın hər yerində istehsalı həyata keçirilir”. 

Onun sözlərinə görə, Azərbaycanın bu sahədəki ən böyük rəqibləri elə öz qonşularıdır:

“İlk sırada Türkiyə və Çin gəlir. Onların hər ikisi yüksək keyfiyyətli məhsullar istehsal edirlər, qiyməti də cəlbedicidir. Bu baxımdan da biz onlarla necə rəqabət apara bilərik? Bunun üçün daha keyfiyyətli və daha ucuz məhsul istehsal etməliyik ki, rəqabət apara bilək”. 

İstehsalı necə stimullaşdırmaq olar?

N.Cəfərli vurğulayıb ki, dövlət bu sahəni stimullaşdırmaq üçün təşviq prorqamları və layihələri həyata keçirməlidir:

“Bundan başqa, yerli və xarici investisiyaları cəlb etməklə, biznesə dost münasibət yaratmaqla, kommunal xidmətlərin dəyərini aşağı salmaqla və digər məsələlərlə bütün problemlərin həllinə nail olunmalıdır. Ona görə ki, buna ehtiyacımız var. Eyni zamanda, vergi və gömrük güzəştləri tətbiq edilməli, iş adamlarına uzunmüddətli və aşağı faizli kreditlərə çıxış imkanları yaradılmalıdır. 

İstehsalat elə bir sahədir ki, bəzən illərlə gəlir əldə etmək olmur. 

Elə sahibkar olar ki, 10-15 milyon manat və dollarlıq sərmayə yatıra bilər, ancaq ən azı 2-3 il heç bir gəlir götürmədən və bazarda yer tutmaq üçün mübarizə aparmalıdır. Bunun üçün də uzunmüddətli və irihəcmli kreditlər lazımdır.  İndiki biznes kreditlərinin orta faiz dərəcələri isə 12-15 faiz arasında dəyişir. Sahibkar bu faizlə kredit götürə və bir neçə il gəlir əldə etmədən bizneslə və ya istehsalatla məşğul ola bilməz. Bu, onun üçün böyük yükə çevrilə bilər. 

İş təkcə kreditlə bitmir, sərf olunan elektrik enerjisinin və digər kommunal xərclərin baha olması kimi bir çox məsələlər öz həllini tapmalıdır”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Artıq istəmirəm mənə “sənətkar” desinlər"

"Artıq istəmirəm mənə “sənətkar” desinlər"

Azərbaycan ilə BMT arasında ailə, qadın və uşaq hüquqları üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

Azərbaycan ilə BMT arasında ailə, qadın və uşaq hüquqları üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

"Real" sabiq futbolçusunu GERİ QAYTARIR

"Real" sabiq futbolçusunu GERİ QAYTARIR

İt sahibi olmaq sağlamlığa FAYDALIDIR

İt sahibi olmaq sağlamlığa FAYDALIDIR

Əməkdar artist arxiv görüntüsünü PAYLAŞDI: “O günü yaxşı xatırlayıram…” - FOTO

Əməkdar artist arxiv görüntüsünü PAYLAŞDI: “O günü yaxşı xatırlayıram…” - FOTO

İngiltərə klubunun sabiq futbolçusu VƏFAT ETDİ

İngiltərə klubunun sabiq futbolçusu VƏFAT ETDİ

“Ukraynanın prezident seçkisi keçirmək üçün maliyyəsi yoxdur” - Podolyak

“Ukraynanın prezident seçkisi keçirmək üçün maliyyəsi yoxdur” - Podolyak

Sumqayıtda “Chevrolet” yanaraq kül oldu - VİDEO

Sumqayıtda “Chevrolet” yanaraq kül oldu - VİDEO

İkardi “Qalatasaray”dan gedir?

İkardi “Qalatasaray”dan gedir?

"Ulduz" metrosunun yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

"Ulduz" metrosunun yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

“Ailəmlə bağlı paylaşım etməyi özümə yaraşdırmıram” - VİDEO

“Ailəmlə bağlı paylaşım etməyi özümə yaraşdırmıram” - VİDEO

Moskva və Moskvaətrafı ərazilərdə güclü qar xəbərdalığı edilib - VİDEO

Moskva və Moskvaətrafı ərazilərdə güclü qar xəbərdalığı edilib - VİDEO

Birinci Liqa: “Şəfa”dan növbəti qələbə

Birinci Liqa: “Şəfa”dan növbəti qələbə

Bu süd məhsulu yaşlanmanı ləngidə bilər - ARAŞDIRMA

Bu süd məhsulu yaşlanmanı ləngidə bilər - ARAŞDIRMA

İsrail ordusu Misirlə sərhəddə PUA-lar ələ keçirdi

İsrail ordusu Misirlə sərhəddə PUA-lar ələ keçirdi

Balakəndə orta məktəb binasında yanğın olub

Balakəndə orta məktəb binasında yanğın olub

“Karvan” bu legionerlə yollarını ayırdı

“Karvan” bu legionerlə yollarını ayırdı

Ukrayna ordusu Dnepropetrovskda 5 kəndə nəzərəti bərpa edib

Ukrayna ordusu Dnepropetrovskda 5 kəndə nəzərəti bərpa edib

Ev almaq üçün rieltora 20 min manat verən vətəndaş aldadıldı - İDDİA/VİDEO

Ev almaq üçün rieltora 20 min manat verən vətəndaş aldadıldı - İDDİA/VİDEO

“Turan Tovuz” da Türkiyəyə GEDİR

“Turan Tovuz” da Türkiyəyə GEDİR

Alimlər xərçəngə qarşı pəhriz HAZIRLADILAR

Alimlər xərçəngə qarşı pəhriz HAZIRLADILAR

Leyla Quliyeva: “Özümü qəhrəman kimi hiss edirdim…” - VİDEO

Leyla Quliyeva: “Özümü qəhrəman kimi hiss edirdim…” - VİDEO

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyada güclü zəlzələ oldu

Avropada ən çox driblinqi kim edib?

Avropada ən çox driblinqi kim edib?

End of content

No more pages to load

RADİO