Neft qiymətləri ilə bağlı MÜHÜM PROQNOZ – “Qara qızıl” ucuzlaşarsa...

Noyabrın 13-də Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı müzakirələr keçirilib. Müzakirələr zamanı çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, baza ssenari üzrə proqnozların hazırlanması zamanı neftin qiymətinin 60 ABŞ dollar məbləğində müəyyən edildiyi barədə məlumat verib.

Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti ilkin olaraq 50 dollardan hesablanmışdı. Amma bir sıra qlobal siyasi-iqtisadi proseslər və Rusiya-Ukrayna müharibəsi nəticəsində dünya bazarında neftin qiymətində kəskin artımlar baş verdi.
 

MÖVZU İLƏ BAĞLI:

OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu yenilədi


Bu da cari ilin dövlət büdcəsində neftin qiymətlərinə yenidən baxılmasını zəruri etdi və iyul ayında Milli Məclisdə keçirilən müzakirələrdə “qara qızıl”ın bir barelinin qiyməti 60 dollar məbləğində müəyyənləşdirildi. 

Bildirək ki, cari dövr ərzində qlobal proseslər dünya bazarında neft qiymətlərinin sabit saxlanılmasına imkan vermədi. Nəticədə “Azeri Light” (CIF) və digər neft markaları 100 dollardan da yuxarı qiymətə təklif olundu. Hazırda isə Azərbaycan neftinin orta qiyməti 87,15 dollardır. 

“Müəyyən dövrlərdə qiymətlər ya yüksələcək, ya da düşəcək”

Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban bildirib ki, neftin qiymətinin cari illə müqayisədə gələn il aşağı düşəcəyi proqnozlaşdırılır:

“Beynəlxalq ekspertlər və təşkilatlar bu dəyərin 75-81 dollar arasında dəyişəcəyini bildirirlər. Reallıqda isə necə olacaq, bu, artıq gələn ilin yekununda bəlli olacaq. Ancaq ümumi baxış belədir ki, ötən ildən dünya üzrə baş verən hərbi-siyasi gərginlik fonunda bu ilin sonuna qədər həm bazarın buna uyğunlaşması, həm də özünün gərginlik fazasına görə, qiymətlər azalan istiqamətdə olacaq. Bu gün aydın olur ki, risklər getdikcə azalır ki, bu da qiymətlərin formalaşmasında öz əksini tapır. Bu baxımdan da dəyər aşağı düşməlidir”. 

Ancaq qəfildən baş verən Fələstin-İsrail müharibəsinin əvvəlcədən proqnozlaşdırılmadığını söyləyən ekspertin sözlərinə görə, bunun nəticəsində neftin qiyməti 10 dollara qədər bahalaşıb:
“Bir ay sonra müəyyən qədər səngimə oldu, ötən həftə isə qiymətlər yenidən yüksəlməyə başladı. Cümə gününə qədər 79 dollara satılan “Brent” nefti həmin gün London birjasında 81 dollara qalxdı. Bu gün isə qiymətlər 78-87 dollar arasında dövr edir ki, bu qısa müddətli korreksiyalardır. Belə aydın olur ki, bu gün bazarda uzun müddətli stabillik yoxdur. Yəni, müəyyən dövrlərdə qiymətlərin ya yüksələcəyini, ya da aşağı düşəcəyini görəcəyik”. 

“Hökumətin qiyməti 60 dollardan müəyyən etməsi düzgündür”

Müsahibimizin sözlərinə görə, bazarda həm stabillik, həm də hansısa planlar qurmaq mümkün olmadığı üçün böyük hasilatçı şirkətlərin qiymətləri indiki səviyyədə saxlamasını gözləmək mümkün deyil:

“Bu baxımdan da hökumətin konservativ yanaşması, yəni qiyməti 60 dollardan müəyyən etməsi düzgün addımdır. Gələn ilin büdcəsi də istər neft qiymətləri, istərsə də kəsirləri baxımından eyni həcmdə saxlanıldı, lakin bu, daha yüksək ola bilərdi. 
Bu baxımdan da hökumət büdcə xərclərini artırsa da, kəsiri proqnozlaşdırılan qiymət hesabına bağlaya bilər. Gələn il üçün qarşıya qoyulan ən böyük hədəflər isə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, həm müdafiə üçün lazım olan xərclərdir. Bir sözlə, proqnozlaşdırılan 60 dollar müqabilində nəzərdə tutulan bütün xərcləri qarşılaya biləcəyik”. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bərdədə AĞIR QƏZA – Mal-qara daşıyan yük maşını aşdı – FOTO

Bərdədə AĞIR QƏZA – Mal-qara daşıyan yük maşını aşdı – FOTO

Evində bir neçə nəfər qeydiyyatda olanların nəzərinə

Evində bir neçə nəfər qeydiyyatda olanların nəzərinə

Uğursuzluq yaşayan bu bürclərin bəxti açıldı - Pul axını olacaq

Uğursuzluq yaşayan bu bürclərin bəxti açıldı - Pul axını olacaq

2026-cı ildə bu kommunal xidmətlər bahalaşacaq - SİYAHI

2026-cı ildə bu kommunal xidmətlər bahalaşacaq - SİYAHI

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ – 2026-cı ildə...

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ – 2026-cı ildə...

Astara gömrüyündə 148 kq narkotik belə aşkarlandı – VİDEO

Astara gömrüyündə 148 kq narkotik belə aşkarlandı – VİDEO

BİZİM TƏQVİM: 26 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 26 dekabrda baş vermiş tarixi hadisələr

Premyer Liqada ən çox qol epizodunu onlar YARATDI

Premyer Liqada ən çox qol epizodunu onlar YARATDI

"Artıq istəmirəm mənə “sənətkar” desinlər"

"Artıq istəmirəm mənə “sənətkar” desinlər"

Azərbaycan ilə BMT arasında ailə, qadın və uşaq hüquqları üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

Azərbaycan ilə BMT arasında ailə, qadın və uşaq hüquqları üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

"Real" sabiq futbolçusunu GERİ QAYTARIR

"Real" sabiq futbolçusunu GERİ QAYTARIR

İt sahibi olmaq sağlamlığa FAYDALIDIR

İt sahibi olmaq sağlamlığa FAYDALIDIR

Əməkdar artist arxiv görüntüsünü PAYLAŞDI: “O günü yaxşı xatırlayıram…” - FOTO

Əməkdar artist arxiv görüntüsünü PAYLAŞDI: “O günü yaxşı xatırlayıram…” - FOTO

İngiltərə klubunun sabiq futbolçusu VƏFAT ETDİ

İngiltərə klubunun sabiq futbolçusu VƏFAT ETDİ

“Ukraynanın prezident seçkisi keçirmək üçün maliyyəsi yoxdur” - Podolyak

“Ukraynanın prezident seçkisi keçirmək üçün maliyyəsi yoxdur” - Podolyak

Sumqayıtda “Chevrolet” yanaraq kül oldu - VİDEO

Sumqayıtda “Chevrolet” yanaraq kül oldu - VİDEO

İkardi “Qalatasaray”dan gedir?

İkardi “Qalatasaray”dan gedir?

"Ulduz" metrosunun yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

"Ulduz" metrosunun yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

“Ailəmlə bağlı paylaşım etməyi özümə yaraşdırmıram” - VİDEO

“Ailəmlə bağlı paylaşım etməyi özümə yaraşdırmıram” - VİDEO

Moskva və Moskvaətrafı ərazilərdə güclü qar xəbərdalığı edilib - VİDEO

Moskva və Moskvaətrafı ərazilərdə güclü qar xəbərdalığı edilib - VİDEO

Birinci Liqa: “Şəfa”dan növbəti qələbə

Birinci Liqa: “Şəfa”dan növbəti qələbə

Bu süd məhsulu yaşlanmanı ləngidə bilər - ARAŞDIRMA

Bu süd məhsulu yaşlanmanı ləngidə bilər - ARAŞDIRMA

İsrail ordusu Misirlə sərhəddə PUA-lar ələ keçirdi

İsrail ordusu Misirlə sərhəddə PUA-lar ələ keçirdi

Balakəndə orta məktəb binasında yanğın olub

Balakəndə orta məktəb binasında yanğın olub

End of content

No more pages to load

RADİO