Kriptovalyuta bazarında ÇAXNAŞMA – “Bitcoin” hansı həddə qədər bahalaşacaq?

Ötən həftənin son günlərində dünyanın aparıcı kriptovalyutası olan “Bitcoin”in qiyməti qəfildən 34 340 dollardan əvvəlcə 37,077 dollara, sonra isə 37 200 dollara qədər bahalaşdı. Nəticədə isə “Bitcoin”in kapitallaşması 724,5 milyard ABŞ dollarından yüksək oldu. 

Amma bu gün səhər saatlarından etibarən 36 900 dollara qədər ucuzlaşdı. Gün ərzində isə 1 “Bitcoin”in qiyməti 36 900 – 36 980 dollar arasında dövr edir. 
 

MÖVZU İLƏ BAĞLI:

“Bitcoin” hansı həddə qədər BAHALAŞACAQ?


Qiymətlər necə dəyişəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən kriptovalyuta bazarı üzrə mütəxəssis, “Kriptoinvest.az” saytının rəhbəri Elnur Quliyev, qiymətlərin bu cür dəyişməsini texniki korreksiyalarla əlaqələndirib.

Bunun da normal olduğunu deyən mütəxəssisin fikrincə, qiymətin gün ərzində 500 dollar qalxıb-düşməsi kriptovalyuta bazarı üçün adi haldır.

Onun sözlərinə görə, ötən həftəki bahalaşma ilə bağlı əsas gözləntilər bir müddət əvvəldən var idi:

“Bəzi iri şirkətlər bu gözləntiləri fürsətə çevirdilər və “Bitcoin”in bahalaşmasına gətirib çıxardılar. Əslində isə qiymətlərin birdən-birə bu qədər yüksəyə qalxması, sonra isə düşməsi heç vaxt mümkün deyil. Yəni müəyyən müddət ərzində qiymət qalxır, sonra isə əvvəlki həddinə düşür. Bundan başqa, hər həftənin şənbə və bazar günləri bəzi ölkələrdə birjalar işləmir və qiymətlər bahalaşır. Bazar ertəsi günləri isə birjalar açılan kimi treyderlər gəlirlərini fiks etmək üçün nağd satışa başlayırlar ki, bu da qiymətləri ucuzlaşdırır. Buna görə də hamı, həftənin ilk günlərinin kriptovalyuta almaq üçün ən yaxşı vaxt olduğunu söyləyir”. 

Ekspert qeyd edib ki, həftə ərzində 1 “Bitcoin”in 35 500 - 37 500 dollar arasında dəyişəcəyi ehtimal olunur:

“İlin sonuna qədər bu gedişat birjadakı proseslərdən asılı olacaq. Əsas qiymət artımları çox güman ki, 2024-cü il yanvar ayının 10-dan sonra müşahidə olunacaq”.

Müsahibimiz, dünyada baş verən son qlobal siyasi-iqtisadi gərginliklərin bu bazara dolayı yollarla təsir etdiyini bildirib:

“Amma bu təsir 5-10 faiz arasındadır. Fond və əmtəə birjaları isə birbaşa və dolayı yollarla kriptovalyuta bazarına təsir edə bilir. Digər böyük amil isə bu sektorda fəaliyyət göstərən böyük qüvvələrin bazarı idarəetmə istiqamətləridir. Düzdür, çox vaxt bazarın tənzimlənmədiyini bildirirlər. Əslində isə onların əlində böyük həcmdə kriptovalyutalar cəmləşib və onlar qeyri-rəsmi şəkildə bazarı tənzimləyirlər. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Dizellə bağlı rəsmi məlumat

Dizellə bağlı rəsmi məlumat

Türkiyədəki İncirlik bazasına hücum iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkiyədəki İncirlik bazasına hücum iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Kamilo Duran milliyə ÇAĞIRILMADI

Kamilo Duran milliyə ÇAĞIRILMADI

Böyrək sağlamlığı üçün 7 qızıl qayda: Bu səhvlərə yol verməyin!

Böyrək sağlamlığı üçün 7 qızıl qayda: Bu səhvlərə yol verməyin!

Fransa Rusiya gəmisini ƏLƏ KEÇİRDİ – FOTO

Fransa Rusiya gəmisini ƏLƏ KEÇİRDİ – FOTO

İrandan Azərbaycana təxliyə olunanların sayı – Ölkələr üzrə SİYAHI

İrandan Azərbaycana təxliyə olunanların sayı – Ölkələr üzrə SİYAHI

The Economist: Dünya ən pis ssenariyə hazırlaşmalıdır – FOTO

The Economist: Dünya ən pis ssenariyə hazırlaşmalıdır – FOTO

“Qarabağ” “Kəpəz”ə məğlub oldu - VİDEO

“Qarabağ” “Kəpəz”ə məğlub oldu - VİDEO

Mehriban Əliyeva: “Uca Allahdan dünyamıza sülh və əmin-amanlıq diləyirəm” – FOTO

Mehriban Əliyeva: “Uca Allahdan dünyamıza sülh və əmin-amanlıq diləyirəm” – FOTO

Rafet El Roman azərbaycanlı xanımla nişanlandı – VİDEO

Rafet El Roman azərbaycanlı xanımla nişanlandı – VİDEO

Ukrayna hərbçiləri Rusiya helikopterini dronla vurdu – VİDEO

Ukrayna hərbçiləri Rusiya helikopterini dronla vurdu – VİDEO

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

Sabah meteohəssas insanları nə GÖZLƏYİR?

Sabah meteohəssas insanları nə GÖZLƏYİR?

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

Yeni nazir müavini bu tanınmış şəxsin OĞLUDUR

Yeni nazir müavini bu tanınmış şəxsin OĞLUDUR

Martın 21-i ilə bağlı XƏBƏRDARLIQ

Martın 21-i ilə bağlı XƏBƏRDARLIQ

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunan Rəşad Həsənov kimdir? – DOSYE

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunan Rəşad Həsənov kimdir? – DOSYE

Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini TƏYİN EDİLDİ

Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini TƏYİN EDİLDİ

End of content

No more pages to load

RADİO