Ölkəmizdə alternativ enerji üzrə kadrlar HAZIRLANMIR? – ARAŞDIRMA 

“Bp” şirkətinin Xəzər Bölgəsində Xarici Əlaqələr və kommunikasiya üzrə vitse-prezident Bəxtiyar Aslanbəyli, bir neçə gün əvvəl verdiyi açıqlamasında, Azərbaycanda Gələcəkdə keyfiyyətli kadrlar seçilməsi üçün müvafiq universitetlərlə əməkdaşlıq edildiyini bildirib.

Artıq bərpaolunan enerji ilə bağlı müzakirələrə başladıqlarını söyləyən B.Aslanbəyli, məhz bu istiqamət üzrə ixtisas açılması ilə bağlı Elm və Təhsil Nazirliyi ilə müzakirələrin aparıldığını diqqətə çatdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Türk dünyasının ORTAQ LAYİHƏSİ – Azərbaycan Orta Asiyanın enerjisini Avropaya NƏQL EDƏCƏK


Bəs, hazırda bu sahədə vəziyyət necədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban, bu ilin iyul ayında Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Böyük Britaniyanın Vorvik Universiteti ilə birgə bərpaolunan enerji mənbələri ixtisası üzrə ikili diplom proqramının fəaliyyətə başladığını diqqətə çatdırıb. Ekspertin sözlərinə görə, əgər hökumətimiz strateji hədəfini bu istiqamət üzrə götürərsə, böyük nailiyyətlər əldə etmək olar: 

“Bu sahələr üzrə ixtisaslı kadrlara ehtiyacımız yaranıb”

“Belə ki, neftdən qaza, ordan da alternativ və bərpaolunan enerjiyə keçid artıq baş tutmalıdır. Azərbaycan uzun illərdir ki, neft-qaz sənayesi üzrə ixtisaslaşıb və keçmiş Sovet İttifaqı dövründə adlı-sanlı təhsil ocağımız olub və indi də bu sahə üzrə ixtisaslı kadrlar yetişdiririk. 

Artıq alternativ və bərpaolunan enerji sahəsində də bizim ixtisaslı kadrlara ehtiyacımız yaranıb. Ona görə ki, dövlətimiz yaxın 10 il ərzində 15-20 ədəd yaşıl enerji stansiyalarının tikintisini planlaşdırır. Hər stansiyada 100 nəfərin işləyəcəyini nəzərdə tutsaq, ən azı 2-3 min mütəxəssis lazımdır. Biz 2035-ci ilə qədər onları yetişdirməliyik. Bu baxımdan da istər hökumət, istər şirkətlər, istərsə də Elm və Təhsil Nazirliyi səviyyəsində kadr potensialının inkişafına böyük diqqət yetirilməlidir”. 

İ.Şaban vurğulayıb ki, yaşıl enerji mütəxəssislərinin sayı bütün dünyada azdır:

“Ölkəmizdə belə mütəxəssislər yüksək səviyyədə yetişdirilməli və sosial tələbatları da o qaydada ödənilməlidir ki, daha yüksək əmək haqqı üçün yaxın və ya uzaq ölkələrə üz tutmasınlar. Artıq biz bununla bağlı təcrübəni neft-qaz sahəsində yaşamışıq. Bu sahədəki ən yaxşı kadrlarımız bu gün Afrikada, Amerikada, Rusiyada, Avstraliyada, Xəzərin o biri tayında və Avropanın bu sahədə inkişaf etmiş ölkələrində fəaliyyət göstərirlər”. 

“Elektro-energetika üzrə xaricdə təhsil alanların sayı barmaqla sayılacaq qədərdir”

Müsahibimiz 2009-cu ildə Dövlət Bərpaolunan və Alternativ Enerji Agentliyinin yaradıldığını xatırladıb:

“Üç il sonra ilk alternativ elektrik stansiyası işə düşüb. Ancaq 10 ildən çox vaxt keçib və biz hələ də kadr məsələsində irəli gedə bilməmişik. Mənim üçün çox maraqlıdır: Elm və Təhsil Nazirliyi tərəfindən xaricdə təhsil almağa göndərilən tələbələr arasında bərpaolunan və alternativ eneji sahəsi üzrə təhsil alanlar varmı?” 

Xaricdə 7 nəfər Azərbaycan vətəndaşı bərpa olunan enerji ixtisası üzrə təhsil alır

Ekspertin sualına cavab tapmaq üçün Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən suallarımıza cavaba olaraq, 2023/24-cü tədris ili üzrə alternativ və bərpa olunan enerji ixtisası üzrə 7 nəfər Azərbaycan Respublikası vətəndaşının təhsil aldığı bildirilib: 

“Həmin gənclər “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində təhsillərini davam etdirirlər. Ancaq Dövlət Proqramı çərçivəsində təhsil alan şəxslərdən hələlik məzun olanlar qeydə alınmayıb”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"AA" seriyalı lüks avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu

"AA" seriyalı lüks avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu

Çak Norris VƏFAT ETDİ

Çak Norris VƏFAT ETDİ

Bakıda ağır qəza: BMW yandı - FOTO

Bakıda ağır qəza: BMW yandı - FOTO

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Dizellə bağlı rəsmi məlumat

Dizellə bağlı rəsmi məlumat

Türkiyədəki İncirlik bazasına hücum iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkiyədəki İncirlik bazasına hücum iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Kamilo Duran milliyə ÇAĞIRILMADI

Kamilo Duran milliyə ÇAĞIRILMADI

Böyrək sağlamlığı üçün 7 qızıl qayda: Bu səhvlərə yol verməyin!

Böyrək sağlamlığı üçün 7 qızıl qayda: Bu səhvlərə yol verməyin!

Fransa Rusiya gəmisini ƏLƏ KEÇİRDİ – FOTO

Fransa Rusiya gəmisini ƏLƏ KEÇİRDİ – FOTO

İrandan Azərbaycana təxliyə olunanların sayı – Ölkələr üzrə SİYAHI

İrandan Azərbaycana təxliyə olunanların sayı – Ölkələr üzrə SİYAHI

The Economist: Dünya ən pis ssenariyə hazırlaşmalıdır – FOTO

The Economist: Dünya ən pis ssenariyə hazırlaşmalıdır – FOTO

“Qarabağ” “Kəpəz”ə məğlub oldu - VİDEO

“Qarabağ” “Kəpəz”ə məğlub oldu - VİDEO

Mehriban Əliyeva: “Uca Allahdan dünyamıza sülh və əmin-amanlıq diləyirəm” – FOTO

Mehriban Əliyeva: “Uca Allahdan dünyamıza sülh və əmin-amanlıq diləyirəm” – FOTO

Rafet El Roman azərbaycanlı xanımla nişanlandı – VİDEO

Rafet El Roman azərbaycanlı xanımla nişanlandı – VİDEO

Ukrayna hərbçiləri Rusiya helikopterini dronla vurdu – VİDEO

Ukrayna hərbçiləri Rusiya helikopterini dronla vurdu – VİDEO

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

Sabah meteohəssas insanları nə GÖZLƏYİR?

Sabah meteohəssas insanları nə GÖZLƏYİR?

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

End of content

No more pages to load

RADİO