“Ət daha da UCUZLAŞACAQ” – AÇIQLAMA 

Bəzi pərakəndə satış məntəqələrində mal ətinin qiyməti 10-12 faiz ucuzlaşıb. Belə ucuzlaşmanı əsasən yay aylarında müşahidə etmək olurdu. Lakin soyuq havalarda ətin qiymətinin ucuzlaşması bir qədər maraq doğurub.

Ucuzlaşmaya səbəb nədir?

Məsələylə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, ətin qiymətinin nisbətən aşağı düşməsi əsasən alıcı qıtlığı ilə bağlıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Ölkədə bir sıra məhsullar BAHALAŞIB - RƏSMİ 


“İlin sonuna doğru bəzi insanların gəlirləri azalır. Nominal gəlirlər olduğu kimi qalsa da real gəlirlər bir qədər azalıb. Artıq bəzi insanlar ətə daha əvvəlki kimi pul xərcləyə bilmirlər. Tələb azaldığı üçün də qiymətlərdə azalma, durğunluq müşahidə olunur. 

Təsadüfi deyil ki, qiymət əsasən ucqar rayonlarda düşüb. Qiymət artımının digər səbəbi bazara əvvəlkindən daha çox heyvanın çıxarılmasıdır. Qarşıdan qış gəlir. Qışda isə heyvanı saxlamaq bir qədər çətinləşir. Yəni ot, yem xeyli bahadır. Ona görə də imkanı zəif olan fermerlər qışa daha az heyvan saxlayır. Hazırkı ucuzlaşma bir müddət davam edəcək. Amma yanvar-fevral aylarında qiymət yenidən bahalaşacaq”. 

Akif Nəsirli Beyləqanın heyvan bazarında apardığı müşahidələrdən də söz açıb:

“Müşahidələrimdə də gördüm ki, bazara çıxarılan heyvanların az hissəsi satıldı. Belə deyə bilərəm ki, hazırda bölgələrdə “mal bazarları”na çıxarılan heyvanların 40 faizi satılmadan geri qayıdır. Təbii ki, təklifin çoxluğu qiymətlərə öz təsirini göstərir. 

Nəzərə alaq ki, qiymətlər bəzi hallarda süni şəkildə artırılır. Məsələn, Mərkəzimizin apardığı araşdırmalardan aydın olur ki, bölgələrdəki bazarlarda mal əti ortalama 8-9 manata təklif olunur. Yol, kəsim və digər xərcləri də bunun üzərinə gələndə ətin Bakıda maya dəyəri gəlib çıxır 10-11 manata. Amma kiloqramı 14-15 manata satılır. Bakıda ətin baha olmasının bir səbəbi də ət bazarının az olmasıdır. Bəzi işbazlar bundan istifadə edərək bazarda dominantlıq edirlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Valverde “Atletik”dən ayrılacaq

Valverde “Atletik”dən ayrılacaq

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

FİFA İsraili cərimələdi

FİFA İsraili cərimələdi

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

"AA" seriyalı lüks avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu

"AA" seriyalı lüks avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu

Çak Norris VƏFAT ETDİ

Çak Norris VƏFAT ETDİ

Bakıda ağır qəza: BMW yandı - FOTO

Bakıda ağır qəza: BMW yandı - FOTO

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Dizellə bağlı rəsmi məlumat

Dizellə bağlı rəsmi məlumat

Türkiyədəki İncirlik bazasına hücum iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkiyədəki İncirlik bazasına hücum iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Kamilo Duran milliyə ÇAĞIRILMADI

Kamilo Duran milliyə ÇAĞIRILMADI

Böyrək sağlamlığı üçün 7 qızıl qayda: Bu səhvlərə yol verməyin!

Böyrək sağlamlığı üçün 7 qızıl qayda: Bu səhvlərə yol verməyin!

Fransa Rusiya gəmisini ƏLƏ KEÇİRDİ – FOTO

Fransa Rusiya gəmisini ƏLƏ KEÇİRDİ – FOTO

End of content

No more pages to load

RADİO