Azərbaycanda icra məmurlarının fəaliyyətində dəyişiklik olacaq?

Azərbaycanda icra məmurlarının, o cümlədən özəl icra məmurlarının fəaliyyəti ilə əlaqədar müəyyən qanun layihəsi üzrə işlər aparılır.

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında deyib.

"Məhkəmə işlərinin böyük əksəriyyəti bank sahəsində borclarla bağldır. Yəni kreditorlarla borc alanlar arasındakı mübahisələrdir. Bu mübahisələr məhkəmə səviyyəsində artıq həllini tapanda müəyyən qərar qəbul edilir və bundan sonra icra məmurları tərəfindən o pulun qaytarılması istiqamətində iş aparılır. Bu, kifayət qədər ağır bir işdir. Burda yəqin ki, başqa bir baxışa ehtiyac var. Bunun üzərində iş aparılır", - nazir bildirir.

S.Şərifov qeyd edib ki, böyük sayda məhkəmə qərarları müəyyən əmək münasibətləri ilə bağlıdır:

"Bunlar kifayət qədər xırda məsələlərdir. O ki, qaldı büdcə təşkilatlarına aid olan, bu istiqamətdə son illər ərzində xeyli işlər görülüb və böyük irəliləyiş var. Gecikən, icra olunmayan işlər yoxdur. Amma bu heç də o demək deyil Maliyyə Nazirliyi hansısa büdcə təşkilatlarına qarşı yönəldilən iddiaları, yaxud məhkəmə qərarlarını mübahisələndirmir. Bununla bağlı biz qanuna uyğun olaraq ən ali instansiyaya qədər bunları qaldırırıq. Nəticədə bəzi qərarlara yenidən baxılmağa göndərilir, yaxud təzminat məbləğləri xeyli azaldılır və s.".

Nazir həmçinin, icra məmurlarının maddi təminatı məsələsinin həlli isiqamətində müəyyən işlərin görüldüyünü də deyib:

"İşlərin bir hissəsi ola bilsin ki, həmin işin nəticəsində əldə etdiyi vəsaitin müəyyən faizi olsun. Sadəcə bu gün də bu prosedur var. Amma bu yalnız borcludan götürülür. Burda müəyyən fikirlər var. Onlar tam hazır olduqdan sonra yəqin ki, parlamentə müvafiq layihə təqdim olunacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Həmkarından Brilliant Dadaşovaya – “Belə mahnı oxuma, efirə sanballı çıx..." - VİDEO

Həmkarından Brilliant Dadaşovaya – “Belə mahnı oxuma, efirə sanballı çıx..." - VİDEO

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Azərbaycanda ciddi su problemi yarana bilər

Azərbaycanda ciddi su problemi yarana bilər

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Sabahdan hava PİSLƏŞƏCƏK

Sabahdan hava PİSLƏŞƏCƏK

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

UEFA ingilis klublarının təklifini rədd etdi

UEFA ingilis klublarının təklifini rədd etdi

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

71 yaşlı qadını avtomobil vurub öldürdü

71 yaşlı qadını avtomobil vurub öldürdü

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

“Qarabağ” Koxalskini buraxmaq istəmir

“Qarabağ” Koxalskini buraxmaq istəmir

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Daima öyrənmək həvəsində olan 3 bürc

Daima öyrənmək həvəsində olan 3 bürc

End of content

No more pages to load

RADİO