Gələn il Azərbaycanda dövlət büdcəsindən "Azərbaycan Hava Yolları" QSC-yə və "Bakı Metropoliteni" QSC-yə maliyyə vəsaiti ayrılması nəzərdə tutulub.
Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2024-cü ilin icmal və dövlət büdcəsinin layihəsində məlumat verilib.
Məlumata görə, "Azərbaycan Hava Yolları" QSC-yə dövlət büdcəsindən 5 milyon manat, "Bakı Metropoliteni" QSC-yə isə 50 milyon manat subsidiya ayrılması nəzərdə tutulub.
Bizim.Media