Kiçik marketlərin ikili kassa FIRILDAĞI – Alıcılar necə ALDADILIR? – FOTOFAKT 

Paytaxtdakı bəzi marketlər alıcılara ƏDV-nin bir hissəsinin qaytarılması üçün tələb olunan kassa qəbzini təqdim etmirlər. Əvəzində alınan məhsulların adı və qiymətləri yazılan sadə qəbz verirlər. Söhbət məhəllələrarası kiçik marketlərdən gedir. 

Bununla bağlı Bizim.Media-ya müraciət edən bir neçə vətəndaş marketlərin yeni nəsil kassa aparat qəbzlərini müştərinin istəyi, tələbindən sonra verdiyini deyiblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Bu il istehlakçılara 113 milyon manat ƏDV məbləği geri QAYTARILIB 


Onların sözlərinə görə, bəzən kassirlər alıcıdan ƏDV-nin bir hissəsinin  qaytarılması üçün lazım olan qəbzi istəyib istəmədiklərini soruşurlar. Əgər müştəri istəyərsə, qəbz ona verilir. Bunun nəylə bağlı olduğu sualına isə satıcılar müəyyən bəhanələr gətirirlər. Gah kassada problem yarandığını, bəzən də ƏDV qəbzlərinin onların zərərinə işlədiyini bildirirlər.

Qanuna görə, müştərinin aldığı məhsulun adı, qiyməti, ümumi məbləği, eləcə də ƏDV-nin miqdarını göstərən qəbz müştərinin istəyindən asılı olmayaraq ona verilməlidir.

Bəs marketlərin belə ikili kassa sistemi ilə işləməsinə səbəb nədir?

Vergi məsələləri üzrə ekspert Anar Bayramov Bizim.Media-ya açıqlamasında bunun qanunazidd olduğunu bildirib:

“Bəzən təcrübədə marketlərdə vətəndaşlara qəbzlər təqdim olunanda qanunvericiliyin tələblərinə riayət olunmadığı halları ilə rastlaşırıq. Belə ki, əvvəlcə marketin özünün daxili proqramı ilə bağlı olan qəbz vətəndaşa aldığı malın adının, qiymətinin doğruluğunu bilsin deyə təqdim olunur. Amma həmin qəbzlər vergi ödəyicisinin, marketin dövriyyəsini göstərmir. Yəni o qəbzi təqdim etməklə dövriyyədən yayınırlar. 

Vergi ödəyicisinin borcudur ki, istehlakçıların etdiyi ödənişlərin müqabilində onlara qanunvericilikdə nəzərdə tutulmuş formada qəbz versin. O qəbzi vermək üçün hər bir vergi ödəyicisi öz mağazasında yeni nəsil kassa aparatı quraşdırmalıdır. Həmin qəbzin verilməsi məcburidir. Amma marketin daxili proqram təminatına bağlı olan qəbzlərin verilməsi məcburi deyil. 

Bir çox hallarda olur ki, vətəndaşların tələbindən sonra qəbz verilir. Yaxud da satıcı özü müştəridən “ƏDV qəbzi” istəyib-istəmədiyini soruşur. Bu, qanunsuzdur. Alıcı həmin o qəbzi istəsə də, istəməsə də kassir qəbzi mütləq müştəriyə təqdim etməlidir. 

Ekspertin fikrincə, bu, mağazaların öz dövriyyəsini gizlətməyə xidmət edir:

“Öz daxili proqramlarına bağlı qəbzi alıcılara təqdim etsələr belə, sonra həmin proqram təminatı öz əllərində olduğu üçün istədikləri rəqəmləri  dəyişib, dövriyyələrini gizlədə bilirlər. Yeni nəsil, real vaxt reimində çalışan kassa aparatının qəbzini təqdim edirlərsə, vergi ödəyicisinin dövriyyəsi onlayn rejim qaydasında verginin sistemində görsənir. Orada hər hansı manipulyasiyanın edilməsi imkanları çox məhduddur. Yəni 1-2 dəfə, bəlkə bunu etmək olar. Amma daima bunu etmək mümkün deyil. Çünki vergi orqanı həmin vergi ödəyicisi barədə tədbir görə bilər”.

Ekspert, bundan yayınan mağazaların yüksək məbləğdə cərimə oluna bildiklərini də qeyd edib:

“Ödəniş qəbul edərkən həmin vətəndaşlara mütləq qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbz, kassa qəbzi, mədaxil orderi təqdim edilməlidir. Əgər marketlər bunu etməzlərsə, vergi orqanlarının həyata keçirdiyi vergi nəzarət tədbirləri zamanı həmin marketləri yüksək cərimələr gözləyir. 

Hətta olur ki, vergi ödəyicisi nəzarət-kassa aparatının qəbzini vətəndaşa təqdim edir. Amma həmin qəbzdə ancaq bir məhsulun, yəni 20 adda məhsul almısınız, kassa qəbzinin dəyər ifadəsində həmin məbləğ qeyd olunsa da bir məhsulun adı yazılır. Marketdirsə, ərzaq, tikinti malları mağazasıdırsa, tikinti malları yazılır. 

Vergi Məcəllləsinin 50.8-ci maddəsində qeyd olunduğu kimi kassa qəbzində mütləq bütün məlumatlar qeyd olunmalıdır. Əgər bütün məlumatlar təfsilatı ilə kassa qəbzində öz əksini tapmazsa, qəbz təqdim olunsa belə həmin vergi ödəyicisini maliyyə sanksiyası gözləyir”.




Günel, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

İran yenə İsrailə raket atdı

İran yenə İsrailə raket atdı

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Polşa qoşunlarını İraqdan çıxartdı

Polşa qoşunlarını İraqdan çıxartdı

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Valverde “Atletik”dən ayrılacaq

Valverde “Atletik”dən ayrılacaq

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

FİFA İsraili cərimələdi

FİFA İsraili cərimələdi

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

Çak Norris VƏFAT ETDİ

Çak Norris VƏFAT ETDİ

Bakıda ağır qəza: BMW yandı - FOTO

Bakıda ağır qəza: BMW yandı - FOTO

End of content

No more pages to load

RADİO