“Bitcoin” hansı həddə qədər BAHALAŞACAQ?

Oktyabrın 24-də səhər saatlarında beynəlxalq kriptovalyuta bazarında Bitkoinin qiyməti birdən-birə 35 280 dollara yüksəldi ki, bu da son 1.5 ilin ən yüksək göstəricisidir. Belə ki, sonuncu dəfə ən yüksək qiymət 2022-ci ilin may ayında qeydə alınıb ki, bu da 36 min dollardan yuxarı olub. 

Hazırda isə 1 ədəd Bitkoinin qiyməti 34 735 - 34 740 dollar arasında dəyişir. Bazar kapitalizasiyası 658 milyard dollar olan “Bitcoin” ümumi kriptovalyuta bazarının 53%-ni təşkil edir.

Bununla da, “Bitcoin” bazar kapitalizasiyasına görə dünyanın ən məşhur şirkətləri VİSA (487 milyard), Walmart (439 milyard), Exxon Mobile (429 milyard), JPMorgan Chase (408 milyard), Samsung (333 milyard), Master Card (364 nilyard), Nestle (298 milyard), Toyota (235 milyard), Bank of Amerika (201 milyard), Coca-Cola (240 milyard) keçdi.

Artım nə vaxtadək davam edəcək?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan “Kriptoinvest.az” saytının rəhbəri, kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyevin sözlərinə görə, qiymətin belə artımı spekulyativ xarakter daşıyır:

“Ona görə ki, birjalarda hələ də bu artıma gətirib çıxaran fundamental xəbərlər yayımlanmayıb. Artımın yeganə səbəbi isə odur ki, ABŞ-ın qiymətli kağızlar və birjalarla bağlı komissiyası “Nextauth” birjasında “Bitcoin ETF”lərlə bağlı bu “BlackRock” kimi böyük şirkətlərin ərizələrinə baxır.

Ona görə ki, həmin şirkətlər “Bitcoin”in birjadan sıxışdırıb çıxarılmasını istəyirlər. 

Ancaq dünən bu kripto ilə bağlı bəzi xəbər yayıldı və sözügedən durum qiymətlərin kəskin artımına səbəb oldu. Amma sonradan həmin məlumatların yalan olduğu ortaya çıxdı. Bundan başqa, adıçəkilən valyutanın təsdiqlənməsi ilə bağlı müsbət xəbərlər yayıldı, amma təsdiq edilmədi. İnvestorlar isə dərhal bunu almağa başladılar. Onlar elə düşündülər ki, bu məlumat təsdiqlənərsə, qiymətlər yüksələn xətlə inkişaf edəcək”. 

“Bitcoin” ucuzlaşacaq?

Hazırda 1 ədəd “Bitcoin”in qiymətinin 34 min dollardan bir qədər yüksək olduğunu söyləyən müsahibimiz vurğulayıb ki, kripto-aktivlərin idarə edilməsi üzrə ixtisaslaşan “Grayscale” şirkəti “BlackRock” şirkətini məhkəməyə verib:

“Belə bir iddia qaldırıb ki, təsdiq olunmamış məlumat yaydıqları üçün investorlar da çaş-baş vəziyyətdə qalıb. Birdən-birə 4 min dollarlıq bahalaşmanın nəyə səbəb olduğunu təsəvvür etmək elə də çətin deyil.

Əslində, bazarda qiymətləri aşağı salan və bahalaşdıran böyük oyunçular olur. Onlar elə düşünürdülər ki, qiymət 24-26 min dollara qədər ucuzlaşacaq və 33-34 min dollarla bağlanacaq. Buna görə də əlavə hesablar açmışdılar.
Ancaq həmin oyunçular qiyməti 35 min dollara qaldırmaqla, həmin hesabları qırdılar. Bununla da treyderlərin böyük əksəriyyəti ziyan etdi və hesabları bağladılar. Bu oyunlar gələn ilin yanvar ayının 10-na qədər davam edəcək”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

İran yenə İsrailə raket atdı

İran yenə İsrailə raket atdı

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Polşa qoşunlarını İraqdan çıxartdı

Polşa qoşunlarını İraqdan çıxartdı

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Valverde “Atletik”dən ayrılacaq

Valverde “Atletik”dən ayrılacaq

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

FİFA İsraili cərimələdi

FİFA İsraili cərimələdi

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

Çak Norris VƏFAT ETDİ

Çak Norris VƏFAT ETDİ

Bakıda ağır qəza: BMW yandı - FOTO

Bakıda ağır qəza: BMW yandı - FOTO

End of content

No more pages to load

RADİO