Qarabağ və Şərqi Zəngəzur Cənubi Qafqazın turizm MƏRKƏZİNƏ ÇEVRİLİR - TƏHLİL

Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov son açıqlamasında, Daşaltı kəndinin əsas inkişafını turizm istiqamətli ola biləcəyini söyləyib.  

Hətta memarlarla birlikdə kəndin tam yeni planını hazırlayıb təqdim etdiklərini deyən A.Kərimov, artıq özəl investorların Daşaltı kəndində ilkin layihələrin həyata keçirilməsinə başladıqlarını da diqqətə çatdırıb.  

Dövlətin minimum xərc çəkəcəyini deyən süsusi nümayəndə qeyd edib ki, yalnız kommunikasiya xətləri və yol çəkilişi büdcə hesabına həyata keçiriləcək və əsas tikinti işləri özəl investorlarla aparılacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Şərqi Zəngəzurda 2027-ci ilədək 24 kənd SALINACAQ 


"Regionda turizmin inkişafı prioritet istiqamətdir"

Bizim.Media-nın bu və ya digər suallarını cavablandıran Milli Məclisin əslən Xocalıdan olan deputatı Elman Məmmədov, Aydın Kərimovun bu təklifini çox uğurlu layihə kimi dəyərləndirib:

Onun sözlərinə görə, Yuxarı Qarabağ ərazisi turizm infrastrukturu üçün geniş ərazilərə malikdir: 

“Əsasən də Şuşa və onun ətrafı, Xocalı və onun Qırxqız dağı istiqamətindəki ətrafı, Ağdərə rayonunun Yuxarı Murov dağı istiqamətindəki, eləcə də Ağdərə qəsəbəsindən Qərb istiqamətindəki ərazilər, Xocavənd ərazinin xeyli hissəsi və Xocavənd rayonu mərkəzindən başlayaraq Şuşa istiqamətindəki ərazilər, Hadrut qəsəbəsi və onun ətrafı, eyni zamanda bütün Laçın və Kəlbəcər ərazisində yay və qış-qar turizmi üçün çox böyük potensial var. 

Sovetlər dövründə bu ərazilərlə maraqlanan yox idi, olsa da, çox zəif diqqət göstərilirdi. Ancaq indi dövlətimiz bütün imkanlarından istifadə edərək, bu sahəni inkişaf etdirəcək və bölgəni böyük turizm məkanlarından birinə çevikrəcək. Prezident İlham Əliyev də bunu həmişə vurğulayır”.  

Dünya təcrübəsinə istinad edən müsahibimiz bildirin ki, heç bir sərvəti olmayan ölkələrin çoxu əsasən turizm hesabına böyük gəlir əldə edirlər:

“Azərbaycanda da dövlət başçısının tapşırıqlarına uyğun olaraq, bu sahənin inkişafına diqqət göstərməyə başlayıblar. Artıq işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində turizmin inkişafı əsas və prioritet məsələlərdən birinə çevrilib. Bu bölgədə həm yay, həm də qış turizmi yüksək səviyyədə ikişaf etdirilməlidir. Bu da həm dövlətimiz, həm iqtisadiyyatımızın inkişafı baxımından çox vacib və səmərəli bir sahədir”.

Turizm sahəsi üzrə ekspert Ruslan Quliyev isə, bir müddət əvvəl də Daşaltı kəndinin nümunəvi  turizm kəndi kimi formalaşması layihəsi haqqında ilkin açıqlamaların verildiyini vurğulayıb: 

“Hətta Dövlət Turizm Agentliyi tərəfindən də bir sıra təkliflər irəli sürüldü. Bir sözlə, yaşayışın olması həm etnoqrafik, həm də aqro turizm baxımından Daşaltı çox gözəl bir kənd ola bilər. Artıq Türkiyədə və Gürcüstanda belə məkanlar var”. 

Ekspertin sözlərinə görə, Daşaltıda Basqallı və Lahıc kəndlərinin analoqu da yaradıla bilər:

“Əsas məsələ odur ki, Şuşaya səyahət edən, hətta 3 gecə, 4 günlük prqoramlarda iştirak edən turistlər üçün asudə vaxtının səmərəli təşkili üçün bəzi işlər görülməlidir. Elə etmək lazımdır ki, turistlər vaxtlarını otellərdə keçirməsinlər. Onlar ətrafla tanış ola və görməli yerləri, o cümlədən Daşaltıda yaradılacaq turizm məkanlarını görə bilsinlər”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

İran yenə İsrailə raket atdı

İran yenə İsrailə raket atdı

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Polşa qoşunlarını İraqdan çıxartdı

Polşa qoşunlarını İraqdan çıxartdı

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Valverde “Atletik”dən ayrılacaq

Valverde “Atletik”dən ayrılacaq

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

FİFA İsraili cərimələdi

FİFA İsraili cərimələdi

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

End of content

No more pages to load

RADİO