Cəmi 3 ay əvvəl “problem yoxdur” demişdi - Bu gün isə bank bağlandı

Xəbər verdiyimiz kimi, bu gün “Muğan Bank” ASC ləğv edilib. 

Buna səbəb kimi bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğu, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyi, habelə bankın daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmadığı göstərilib. 

Xatırlataq ki, bir neçə ay əvvəl “Günay Bank” da eyni səbəbdən bağlanmışdı. 

“Günay Bank”ın ləğvindən bir müddət sonra, daha dəqiq desək iyul ayında Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov jurnalistlərə açıqlamasında ölkədə ciddi problemi olan bankın olmadığını bildirmişdi: 

“Azərbaycanda hər hansı bankın bağlanacağını deyən ekspertlər fakt göstərməli, iddialarını əsaslandırmalıdır.  Mən fərziyələri şərh etmirəm. Hazırda ölkədə ciddi problemi olan bank yoxdur”. 

Bu gün “Muğan Bank”ın bağlanması fonunda AMB sədrinin açıqlaması yenidən gündəmə gəlib. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, “Muğan Bank”ın bağlanması bir sıra digər məsələləri üzə çıxarır: 

“Vətəndaşlarımızın əmanətlər yerləşdirən zaman diqqətli olmaları çox vacibdir. Bu zaman bankın maliyyə hesabatlarına, hesabatların vaxtında təqdim edildiyinə, hesabatlardakı göstəricilərə xüsusi diqqət ayrılmalıdılar. Eləcə də əmanətlərin sığortalanan əmanətlər formasında yerləşdirilməsi çox vacibdir”. 

İqtisadçı-ekspert Rəşad Həsənov isə vurğulayıb ki, uzun müddətdir bank sektorunun  hesabatlılığı, hesabatların keyfiyyəti ilə bağlı ciddi narahatlıqlar var: 

“ Baş verən hadisələr bunları süburt edir. Xatırlayırsınızsa 2020-ci ildə 4 bankın bağlanması zamanı AMB sədri açıqlama verdi ki, əslində hesabatlarda bu bankların məcmu kapital tələbini yerinə yetirməsi göründüyü halıda aparılan yoxlamalar zamanı bankların tələbi yerinə yetirmədikləri əksinə mənfi kapitala malik olduqları məlub olub”. 

R.Həsənov qeyd edib ki, məlumatların mərkəzləşdirilmiş qaydada toplanması ilə bağlı mexanizm olsa da, nədənsə burada hər şey mükəmməl deyil: “Günay Bank”la bağlı məsələyə baxdıqda da eyni hal baş vermişdi. Bank bir neçə ay əvvəl göstəricilərdə bütün öhdəliklərini yerinə yetdirdiyi halda bank bağlanan günü bu öhdəlikləri ödəyə bilmədiyi məlum olmuşdu. “Muğan Bank”ın da 3-cü rübün sonuna olan hesabatlarına baxsaq görürük ki, nizamnamə, məcmu kapitalı öhdəliklərini yerinə yetirməklə bağlı problemi yoxdur.

“Muğan Bank” bağlanacaq səviyyədə parametrlərə malik bank deyil. Aktivlərinin həcminə görə ölkədə 7-8-ci yerdə olan bankdır. Və birdən bu cür vəziyyət ortaya çıxır. Bu bir daha onu göstərir ki, bankların hesabatlarında şəffaflıq problemi var”. 

Taleh Kazımovun məlum açıqlamasına gəldikdə isə R.Həsənov qeyd edib ki, AMB sədri mümkün qədər ehtiyatlı açıqlamalar verməlidir: “Onun açıqlamaları iqtisadi bazarlarda təlatümlərə yol açmamalıdır. Buna görə AMB sədrinin həmin dövrdəki açıqlaması müəyyən mənada başa düşüləndir”. 

Bizim.Media xəbər verir ki, “qafqazinfo”nun bankların yayımladığı hesabatlar əsasında hazırladığı cədvələ baxdıqda isə məlum olur ki, siyahıda vəziyyəti “Muğan Bank”dan daha pis olan banklar mövcuddur. 



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

İran yenə İsrailə raket atdı

İran yenə İsrailə raket atdı

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Polşa qoşunlarını İraqdan çıxartdı

Polşa qoşunlarını İraqdan çıxartdı

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Valverde “Atletik”dən ayrılacaq

Valverde “Atletik”dən ayrılacaq

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

FİFA İsraili cərimələdi

FİFA İsraili cərimələdi

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

End of content

No more pages to load

RADİO