Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,02 ABŞ dolları azalaraq 94,79 ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, “Brent” markalı neftin dekabr fyuçersləri 86,42 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Bizim.Media