Yaşıl enerjiyə AÇILAN PƏNCƏRƏ – “Vətəndaşlar günəş panelindən pul qazana BİLƏCƏKLƏR”

Nazirlər Kabinetinin qəbul etdiyi yeni qərara əsasən, Azərbaycanda günəş panellərindən istifadə etməklə əlavə gəlir əldə etmək mümkün olacaq.

Belə ki, evlərin damına və ya həyətyanı sahələrə günəş panellərini quraşdırmaqla enerjidən istifadə etməklə yanaşı, qalan hissəni dövlətə də satmaq mümkün olacaq.

“Günəş enerjisinə investisiya yatıran sahibkarlar daha böyük imkanlar əldə edəcək”

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü deputat Asim Mollazadə Bizim.Media-ya açıqlamasında, bununla bağlı qəbul olunan “Elektro-energetika haqqında” qanunun və NK-nin yeni qərarının enerji sahəsinin liberallaşmasına xidmət etdiyini bildirdi: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı nazirdən “yaşıl enerji” ilə bağlı açıqlama: "2027-ci ilədək..."


“Bunu həyata keçirməyin mexanizmləri müvafiq dövlət qurumları ilə razılaşdırılacaq və yerinə yetiriləcək. Bundan sadə vətəndaşlar da istifadə edə biləcəklər.

Belə ki, panellər vasitəsilə emal olunacaq enerji artıq qalarsa, onu satışa çıxarmaq da rahat olacaq. Bu da ölkə əhalisi üçün müsbət addım olacaq.

Günəş enerjisinə investisiya edən sahibkar isə daha böyük imkanlar əldə edəcək. Bu qanun hətta bərpa olunan enerji istiqamətində faəliyyət göstərən iş adamlarını öz siyasətlərini dəyişməyə vadar edəcək. Bununla da onlar üçün ənənəvi enerjdən bərpaolunan enerjiyə keçid rahat olacaq”. 

“Evində otur və xeyrini, qazancını götür”

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə bildirib ki, yeni qanun elektro-energetika sahəsinin 5 ildən sonra, yəni 2028-ci ildən etibarən bazar relsi üzərinə keçidinin başa çatacağını göstərir:

“Bu da mərhələli şəkildə olacaq və 2028-ci ildən sonra Azərbaycan bazarında elektrik enerjisinin həm topdan, həm də pərakəndə satış qiymətləri artıq dövlət tərəfindən təyin edilməyəcək. Belə ki, bu, bazarda alıcılıq qabiliyyətinə və tələb-təklifinə əsasən müəyyən olunacaq”. 

Onun sözlərinə görə, rəsmi Bakı bundan sonra elektrik enerjisinin istehsalı və elektrik stansiyalarının tikilməsi kimi işlərə bundan sonra özəl sektorun investisiyalarının cəlb olunması siyasəti həyata keçirəcək:

“Energetika Nazirliyinin bütün açıqlamaları və atdığı bütün addımlar buna hesablanıb. Bundan sonra əvvəlki bazar qaydaları dəyişir. Özəl kapital bazara daxil olur və çəkdiyi xərci geri qaytarmalıdır. Eyni zamanda qazanc əldə etməlidir. Bunun üçün də indiki tariflər yetərli deyil. Artıq bazara yeni oyunçuların daxil olmasının vaxtı çatıb. 

Hazırda tək istehsalçı olan “Azərişıq” ASC də inhisarçı ola bilməyəcək. İstehlakçılar isə istər fərdi, istərsə də MTK şəklində günəş panellərini quraşdırmaqla, enerjiyə olan tələbalarının müəyyən hissəsini qarşılaya bilər, hətta bundan yararlana bilərlər”. 

Müsahibimiz qeyd edib ki, Nazirlər Kabinetinin bu qərarı bazarda oyunçular qarşısında yeni imkanlar yaradır:

“Hazırda günəş paneli alaraq quraşdırmaq hələlik mümkün deyil və buna görə də həm rayonlarda, həm də paytaxtda yaşayış binalarında belə panellərini görmək mümkün deyil. Bu sahə həm də xeyli vəsait tələb edir. Bununla belə, vətəndaşlar üçün “Azərişıq”dan işıq əldə etməkdən xeyli ucuz gəlir. 

Bu panellərin çatışmayan bir cəhəti var ki, bu da ərazi tələb etməsidir. Bunun üçün də ya evin damından, ya da həyətyanı sahədən istifadə etmək olar.

Bir sözlə, evində otur və xeyrini, qazancını götür. Düzdür, bu, bir qədər istismar xərci tələb edir, ancaq Nazirlər Kabineti də bununla bağlı başqa bir addım atmalıydı. 

Bu da ondan ibarətdir ki, alternativ enerji mənbələri üzrə özəl şirkətlərin servis xidmətləri üçün vergi güzəştləri tətbiq edərdi və bəzi imkanlar yaradardı. Bundan başqa, professional satış və xitmət strukturu da qurulmalıdır”. 


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi - bəndinə uyğun olaraq hazırlanıb.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

End of content

No more pages to load

RADİO