Fermerlər aqrar sığortadan niyə şikayət edirlər? – SƏBƏBLƏR 

Bu günlərdə Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov verdiyi açıqlamasında, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qorunması üçün tələb olunan sığorta ödənişlərinin elə də yüksək olmadığını bildirib. 

1000 manatlıq taxıl məhsulunu qorumaq üçün cəmi 10-11 manat məbləğində sığorta ödənişi tələb edildiyini söyləyən F.Sadıqovun sözlərinə görə, meyvə bağlarının sığortalanmasında bu məbləğ 1000 manatlıq məhsul üzrə 15-20 manat arasında dəyişir. 

Amma bir çox hallarda fermer və sahibkarlar bu məbləğin yüksək olduğunu və onlara sərf etmədiyini bildirirlər.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, bəzi fermerlər sığortaya yönələn xərcləri itirilmiş məbləğ adlandırırlar: 

“Bu gün onlar “heç bir hadisə baş verə bilməz” düşüncəsi ilə yaşayırlar. Digər tərəfdən isə fikirlşirlər ki, əgər taxıl və ya hansısa sahələrini sel məhv edərsə, sığortaya çəkilən xərcə rəğmən, dəyən ziyan ödənilməyəcək. Sığorta bazarı son illərdə çox həssaslaşıb. Bura daxil olan ilk növbədə özünü təsdiq etməlidir. Belə ki, fermer həm sığorta hadisəsini, həm baş verən itkinin hesablanmasını, həm də sığorta şirkəti tərəfindən qarşılanmasını gözləri görməlidir”. 

Sahibkarların çoxunun öz sahələri üzrə təhsil almadığını, beynəlxalq təcrübədən xəbərsiz olduqlarını söyləyən müsahibimiz fikrini belə əsaslandırıb ki, bu baxımdan da sığortanı əhəmiyyətsiz hesab edirlər:

“Ancaq təhsilli, dünyagörüşü geniş, beynəlxalq təcrübəni bilən fermerlər üçün sığorta etdirmək mühüm sayılır. Onlar ölkədə Aqrar Sığorta Fondu yaranana qədər digər şirkətlərlə əməkdaşlıq edir, torpaq sahələrini, meyvə bağlarını, yaxud da heyvanlarını mütəmadi sığortalamağa çalışıblar”.

Adıçəkilən fondun açıqladığı şərtlərin yüngül olduğunu söyləyən A.Nəsirli eyni zamanda bununla kifayətlənməməyi tövsiyə etdi:

“Digər şirkətlər də bununla bağlı fermerlər arasında maarifləndirmə tədbirləri aparmalı, reklam lövhələri və rolikləri hazırlamalı və sığortanın əhəmiyyətini başa salmalıdırlar. Elə fermer var ki, sığortadan xəbəri yoxdur və nə olduğunu bilmirlər. Ona görə də, heç vaxt sığorta hadisəsi ilə üz-üzə gəlmədiyini və buna ehtiyacı olmadığını söyləyirlər. Bir sözlə qlobal və geniş düşünmürlər. Amma bilməlidirlər ki, digər həmkarlarının başına hər iş gələ və təsərrüfatları bir anda hər hansı bir hadisəyə məruz qalar. Bilməlidirlər ki, ödədikləri kiçik və böyüklüyündən asılı olaraq, sabah başqa bir həmkarının köməyinə çata bilər. 

Bunu da həm Aqrar Sığorta Fondu, həm də aqrar sığorta sahəsində fəaliyyət göstərmək istəyən istənilən şirkət həmin şəxlərə izah etməlidir. Ancaq bu şirkətlərin heç biri belə tədbirlərlə məşğul olmaq istəmirlər”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

End of content

No more pages to load

RADİO