Azərbaycanda “Huawei”-in laboratoriyası yaradılacaq

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çin Xalq Respublikasında işgüzar səfərdə olub.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, səfər çərçivəsində Rəşad Nəbiyev nəqliyyat naziri Li Siopenlə görüşüb.

Danışıqlar zamanı iki ölkə arasında nəqliyyat və logistika sahələrində əlaqələrin gücləndirilməsi məsələləri müzakirə edilib. Görüş zamanı “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Orta Dəhlizin inkişafına xüsusi önəm verildiyi qeyd edilib.
Tərəflər dəmir yolu və avtomobil daşımaları, kombinə edilmiş yük daşımaları və ictimai nəqliyyat istiqamətində potensial əməkdaşlıq, uçuşların tezliyi və uçuş şəbəkəsinin genişləndirilməsi imkanlarından danışıb. Müvafiq İşçi qrupunun yaradılması barədə fikir mübadiləsi aparılıb.

Dəmir Yolları Administrasiyasının rəhbərliyi ilə görüşdə dəmir yolu sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafı məsələlərindən danışılıb. Çinlə yük dövriyyəsinin artırılması və Orta Dəhlizin inkişafı istiqamətində ölkələr arasında əməkdaşlığın gücləndirilməsi üçün konkret addımlar müəyyən edilib.

Rəşad Nəbiyev, həmçinin ölkənin aviasiya siyasətini formalaşdıran Çin Mülki Aviasiya Administrasiyasının rəhbəri Sonq Jiyonqla görüşüb.

Ölkələr arasında əməkdaşlığın inkişafı, o cümlədən pilotların hazırlanması, təlimlərin təşkili haqqında danışılıb. Birbaşa uçuşların və təyinat məntəqələrinin artırılması və Çin şirkətləri tərəfindən Azərbaycanın regional hava limanlarının operatorluğuna dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nazir Çinin aparıcı nəqliyyat şirkətləri olan “Yutong” və “Zhongtong”un rəhbərliyi ilə də görüşüb. Görüş zamanı Bakı şəhərində mobilliyin təmin olunması istiqamətində həyata keçirilən layihələr çərçivəsində elektrik avtobuslarının istifadəsi, eləcə də müvafiq şirkətlər tərəfindən ölkəmizdə istehsal müəssisələrinin yaradılması məsələləri müzakirə edilib.

Aparıcı logistika şirkətlərinin nümayəndələri ilə görüşdə Orta Dəhlizdə iş təcrübəsi olan şirkətlərin təklifləri dinlənilib. Şirkətlər Çinin müxtəlif regionlarını Orta Dəhliz istiqamətində subsidiyalar və yük həcmi kvotaları ayırmağa təşviq edəcəklərini vurğulayıblar.

Səfər zamanı Rəşad Nəbiyev sənaye və informasiya texnologiyaları nazirinin müavini Can Yunminlə də görüşüb.

Görüş zamanı iki ölkə arasında İKT və rəqəmsal inkişaf sahəsi üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib. Həmçinin Çin şirkətləri tərəfindən Azərbaycanda elm tutumlu istehsalat müəssisələrinin qurulması, Çinin aparıcı universitetləri, texnoparkları, inkubasiya və akselerasiya mərkəzləri ilə əməkdaşlıq, müştərək mübadilə və təlim proqramlarının təşkilinə dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nazir, o cümlədən ölkənin aparıcı aviaşirkətləri və turizm sektorunun nümayəndələri ilə görüşüb. Görüş zamanı iki ölkənin şəhərləri arasında birbaşa uçuşların açılması, istiqamətlərin və uçuşların tezliyinin artırılmasının turizm əlaqələrinin inkişafına töhfə verdiyi vurğulanıb.
Rəşad Nəbiyev, həmçinin “Huawei” şirkətinin rəhbərliyi ilə görüşüb, şirkətin Tədqiqat və İnkişaf Mərkəzinin fəaliyyəti ilə tanış olub. Çinin süni intellekt sahəsində əldə etdiyi təcrübəni ölkəmizdə tətbiq etmək üçün “Huawei” ilə birgə Azərbaycanda Süni İntellekt (AI) laboratoriyasının yaradılması, o cümlədən şirkətin Bakıda “ağıllı” nəqliyyat sisteminin inkişafında iştirakı barədə ilkin razılıq əldə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

End of content

No more pages to load

RADİO