Sahibkarlar üçün bank hesablarının açılması qaydası DƏYİŞİR

Vergi Məcəlləsinə əsasən, 2023-cü il oktyabrın 1-dən vergiödəyicilərinin banklarda və bank fəaliyyətini həyata keçirən digər təşkilatlarda hesablarının açılması prosedurunda müəyyən dəyişikliklər nəzərdə tutulub.

Bizim.Media Dövlət Vergi Xidmətinə (DVX) istinadla xəbər verir ki, yenilikləri şərh edən maliyyə mütəxəssisi Vüqar Mirheydərovun sözlərinə görə, hazırda fərdi sahibkar və hüquqi şəxslər bank hesabı açmaq üçün öncə AVİS sisteminin onlayn kargüzarlıq alt-sistemi vasitəsilə “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın alınması üçün Ərizə” formasını dolduraraq DVX-yə təqdim etməlidirlər.

Ərizənin göndərilməsindən 2 gün sonra Dövlət Vergi Xidməti həmin şəhadətnamə-dublikatı ərizədə qeyd olunan bank filialına göndərir və vergiödəyicisi artıq həmin bankın filialına müraciət edərək ərizədə qeyd edilmiş hesabı aça bilər:

“Yeri gəlmişkən, vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat olmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə hesabın açılmasına görə bank təşkilatı hər açılmış hesaba görə 400 manat məbləğində ciddi maliyyə sanksiyası ilə üzləşə bilər. 2023-cü il oktyabrın 1-dən isə vergiödəyicilərinin şəhadətnamə-dublikat almasına ehtiyac qalmayacaq.

Vergiödəyicisi birbaşa banka gəlib hesab açmaq niyyətində olduğunu bildirəcək. Bank vergiödəyicisinin aktiv olub-olmadığını vergi orqanının bazasında yoxladıqdan sonra hesabları açıb onları bir günlük müddətə bloklaşdıracaq (məxaric əməliyyatlarının keçirilməsinə qarşı)”.
V.Mirheydərov qeyd edib ki, açılmış hesab barədə məlumatlar vergi orqanına veriləcək, vergi orqanı isə bir gün ərzində həmin vergiödəyicisinin digər hesablarına qoyulmuş sərəncam olduğu təqdirdə həmin sərəncamı yeni açılmış hesaba da şamil edib o sərəncamı banka göndərəcək. Bank alınan sərəncamı açılmış hesaba tətbiq edərək hesaba qoyulmuş bloku götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

End of content

No more pages to load

RADİO