Bakıda Türk Dövlətlərinin II Aqrobiznes Forumu keçirilir

Sentyabrın 26-da Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) II Aqrobiznes Forumu başlayıb.

Bizim.Media xəbər verir ki, forumda çıxış edən Azərbaycanın kənd təsərrüfatı Məcnun Məmmədov bildirib ki, son illər TDT ölkələri kənd təsərrüfatı sahəsində sıx əməkdaşliq münasibətləri qurub. Eyni zamanda TDT çərcivəsində səhiyyə, media, nəqliyyat və digər sahələrdə də geniş əməkdaşlıq münasibətləri mövcuddur.

Nazir qeyd edib ki, dost və qardaş ölkələrlə iqtisadi münasibətlər Azərbaycanın xarici siyasətində prioritet təşkil edir:

“2009-cu ildə Naxçıvanda təməli qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycanın və digər üzv dövlətlərin daha güclü əməkdaşlıq formatı yaratmaq üzrə qarşısına qoyduğu məqsəd və hədəflərə uyğun olaraq, dünyanın nüfuzlu beynəlxalq təşkilatları sırasında yer alan Türk Dövlətləri Təşkilatına çevrilib.

Təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətləri qismində səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, ədliyyə və digər humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri qurulub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmlənməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir”.

M.Məmmədov həmçinin qeyd edib ki, türk dövlətləri dünya miqyasında böyük iqtisadi gücə malikdir. Kənd təsərrüfatı bu iqtisadi gücün əsas mənbələrindən biri olmaqla bizim qədim tarixə malik məşğulluq sahələrimizdəndir:

“Sahibi olduğumuz təbii ehtiyatlar, biomüxtəliflik, coğrafi yerləşmə və iqlim bizim aqrar potensialımızı daha da gücləndirir. Bu gün türk dünyası iş adamlarının və rəsmilərinin bir araya gəldiyi Türk Dövlətləri Aqrobiznes Forumu ölkələrimiz arasında aqrar ticarət əlaqələrinin daha da güclənməsinə hədəflənib.

Ticarət təkcə hər hansı bir dəyər müqabilində məhsul mübadiləsi demək deyil. Ticarət, həmçinin, mədəniyyətlərin, milli ənənələrin, ən yaxşı təcrübələr və texnologiyaların mübadiləsi deməkdir. Bizim siz iş adamlarından gözləntimiz bu prinsiplər əsasında əməkdaşlıq quraraq türk birliyinin iqtisadi gücünü daha da artırmaq və ərzaq təhlükəsizliyinə töhfə verməyinizdir”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

End of content

No more pages to load

RADİO