Böyük Qayıdışla bağlı layihənin icrasına başlanıldı

ADA Universiteti  Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu ilə birgə bu ilin sentyabr ayından etibarən “İşğaldan azad edilmiş ərazilərə əhalinin geri qayıdışının və reinteqrasiyasımın təmin edilməsi məqsədilə məcburi köşkünlər arasında sosioloji sorğunun keçirilməsi və ilkin proqnozların hazırlanması” layihəsinin icrasına başlayıb. 

Bizim.Media xəbər verir ki, layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının “Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması” prioritet istiqamətinin “Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili”  fəaliyyət istiqaməti üzrə sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanmasının təmin edilməsi məqsədilə həyata keçirilir.

Layihə çərçivəsində məcburi köçkünlərin Böyük Qayıdışa dair rəy və təklifləri, həmçinin reinteqrasiya ehtiyacları və potensialı öyrəniləcəkdir. Bununla əlaqədar olaraq, müxtəlif sosial-demoqrafik qrupları təmsil edən məcburi köçkünlərin iştirakı ilə “fokus-qrup” müzakirələrinin təşkil olunması nəzərdə tutulub. 

Layihəyə rəhbərlik edən ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə bildirib ki, “fokus-qrup” müzakirələri Böyük Qayıdış prosesində effektiv strategiya və siyasətlərin işlənib hazırlanmasında mühüm rol oynayacaq.

Layihənin elmi rəhbəri, İqtisadiyyat İnstitutunun Baş direktoru, i.e.d., prof. Nazim Müzəffərlidir. 

Layihənin daha effektiv icrasını təmin etmək məqsədilə sentyabrın 19-da ADA Universitetində müxtəlif dövlət qurumlarının (nazirlik, xüsusi nümayəndəlik, agentlik, komitə və s.) nümayəndələri, millət vəkilləri, habelə qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüş keçirilib. 

Görüş zamanı Tədqiqat Qrupunun üzvləri müvafiq qurumlardan dəvət edilmiş nümayəndələrlə “fokus-qrup” müzakirələrin səmərəli təşkili məsələlərinə toxunulub. Layihənin əvvəlki mərhələsində əldə edilən təcrübə və müşahidələrlə də bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, layihə keçmiş məcburi köçkünlərin könüllü, ləyaqətli və təhlükəsiz formada öz doğma torpaqlarına qayıdışının növbəti mərhələsini proqnozlaşdırmaq üçün əhəmiyyətli nəticələr ortaya qoyacaq. Əlavə edilib ki, yekun təklif və tövsiyələr hazırlanarkən görüş iştirakçılarının rəy və mülahizələri müvafiq qaydada nəzərə alınacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

End of content

No more pages to load

RADİO