“Makler evləri”nin sayı SÜRƏTLƏ ARTIR – Bəs, keyfiyyət HANSI SƏVİYYƏDƏDİR?

Son illər Bakı şəhəri ətrafı kənd və qəsəbələrdə işbazlar (maklerlər) tərəfindən tikilən mülki evlərin sayı göbələk kimi artmaqdadır. Artıq daşınmaz əmlak bazarında və elan saytlarında belə evlərin normal vəziyyətdə tikilən evlərdən xeyli aşağı qiymətə satılması bağlı şirnikləndirici və həvəsləndirici məlumatlara da rast gəlirik. 

Həmin məlumatlarda elə ifadələrdən istifadə olunur ki, evə ehtiyacı olan, amma bu sahədə naşı insanlar tez aldanır və həmin evləri təklif olunan qiymətə alırlar.
 

MÖVZU İLƏ BAĞLI:

Torpaq və həyət evi almaq istəyənlərin NƏZƏRİNƏ: Bu sənədə aldanmayın – VİDEO  


Ancaq bir müddət sonra ciddi problemlər ortaya çıxır. Ya kanalizasiya sistemləri olmur, ya evin daxilində və çölündəki təmir işlərinin kosmetik xarakterli olduğu üzə çıxır, ya da hörgüdə çatlar əmələ gəlir. Alan şəxslər isə dərin peşmançılıq içində kimə müraciət edəcəklərini bilmirlər. 

Bu barədə dəfələrlə yazılı və elektron mətbuatda araşdırma yazıları və ayrı-ayrı alıcılar tərəfindən şikayət məktubları dəc olunsa da, nədənsə, bunlar qulaqardına vurulur və onların qarşısını almaq heç bir tədbir görülmür.

Bəs bu vəziyyətdən çıxış yolu varmı? Belə evlər nə qədər keyfiyyətli və etibarlıdır? Evə sahib olmaq istəyən, amma bu sahədə naşı olan vətəndaşlar nə etməlidir?

Bizim.Media-nın bu və ya digər suallarını cavablandıran daşınmaz əmlak üzrə ekspert Vüqar Oruc, belə evlərin tikintisi üçün çəkilən xərclərin maya dəyərindən dəfələrlə ucuz satılmasının əsas səbəblərini açıqlayıb.

“Belə evlərin çoxu söküntü materiallarından tikilir”

Bu cür evlərin kiçik torpaq sahəsində tikildiyini və həyətyanı sahələri olmadığını deyən müsahibimiz bildirdi ki, ən yaxşı halda bir avtomobilin yerləşməsi üçün kiçik sahəsi olur:

“Həmin evlərin tikintisi üçün bazarda ən aşağı qiymətə satılan, bəzən də sökülmüş binalardan və ya evlərdən götürülmüş inşaat materiallarından istifadə olunur. Hörgü üçün lazım olan sement belə, çox ucuz və keyfiyyətsiz olur. Məlumdur ki, suvaq və hörgü üçün hazırlanan qum-sement qarışığı (palçıq məhlul) normalara uyğun hazırlanmalıdır. Belə evlərdə də bunlar nəzərə alınmır. Müştərilərin gözünü oxşamaq üçün təmir və bəzək işləri görülür. 

Üstəlik, bir daş üzərində tikilir və beton kəmərləri olmur. Yəni, mülk iki mərtəbəlidirsə, mərtəbələr arasında bu kəmərlər olmur və taxta örtüklərdən istifadə olunur. Bu da onların gələcəkdə baş verəcək hər hansı qəza və ya fövqəladə hadisə qarşısında davam gətirməyəcəyini göstərir. 

Belə aydın olur ki, tikintini aparan şəxs bu evi normal təmir-tikinti işləri aparılan evlərdən 20-25 faiz, bəzən də 30-35 faiz xərclərə qənaət edir. Bazarda özünə ev axtaran vətəndaş da təklif olunan qiymətin xeyli ucuz olduğunu görür və aldanaraq evi alır”. 

Bu vəziyyətdən çıxış yolu olduğunu söyləyən ekspert, ilk növbədə alıcıların belə məsələlərdə diqqətli olmalarını tövsiyə etdi: 

“Əgər ev almaqda təcrübələri yoxdursa, mütləq şəkildə mütəxəssislərə müraciət etsinlər və gələcək həyatlarını sığortalasınlar. Ona görə ki, Azərbaycan tektonik baxımdan aktiv bölgədə yerləşir. Zəlzələnin olma tezliyi və ehtimalı çox yüksəkdir. Bu baxımdan da alınan fərdi evlərin tikinti keyfiyyətinə, tikinti zamanı təhlükəsizlik standartlarına nə qədər cavab verdiyinə diqqət yetirmək, daha sonra bu evlərin alınıb-alınmamasına qərar vermək lazımdır. Əgər bütün deyilənlər vaxtında nəzərə alınmasa, ən zəif, yəni 5-6 ballıq zəlzələ dağılmaya və böyük faciələrə səbəb ola bilər”. 

“İcra nümayəndəlikləri və bələdiyyələr məsuliyyətsizliyə yol veriləcəyini nəzərə almırlar”

V.Oruc “makler evləri”nin inşası zamanı dövlət qurumlarından, bələdiyyələrdən icazə alındığını diqqətə çatdırıb: 

“Onlar icazəni verərkən bu qədər keyfiyyətsizliyə və məsuliyyətsizliyə yol veriləcəyini nəzərə almırlar. Belə ki, Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi belə tikintilərə nəzarət etməyə borcludur. Düzdür, qurumun bütün tikintilərə nəzarət etməsi üçün elə böyük imkanları yoxdur, amma üzərinə götürdüyü məsuliyyət çox böyükdür. 

Yaxud da, hər bir rayon, kənd və qəsəbə üzrə icra nümayəndəliklərində və müvafiq dövlət strukturlarında keyfiyyətə nəzarət edən şöbə və ya şəxlər təyin olunmalıdır ki, nəzarət düzgün təşkil edilsin. Çünki, bu, taleyüklü bir məsələdir. Burada söhbət vətəndaşların təhlükəsizliyindən və yaşamaq hüquqlarının təmin olunmasından gedir”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

Rusiya Lvova zərbə endirdi - Yaralananlar var - VİDEO

Rusiya Lvova zərbə endirdi - Yaralananlar var - VİDEO

Ərdoğan ABŞ - İsrail - İran müharibəsinin Türkiyəyə təsirlərindən danışıb

Ərdoğan ABŞ - İsrail - İran müharibəsinin Türkiyəyə təsirlərindən danışıb

Bu meyvələri yeyənlər rahat yuxu YATIR

Bu meyvələri yeyənlər rahat yuxu YATIR

Bu futbolçular “Fənərbağça”dan gedəcək

Bu futbolçular “Fənərbağça”dan gedəcək

İsrailin bu ölkəyə hücumları nəticəsində ölənlərin sayı artıb

İsrailin bu ölkəyə hücumları nəticəsində ölənlərin sayı artıb

İmtahanda istifadə edilən yazıb-pozan qələmlərlə bağlı - Rəsmi açıqlama

İmtahanda istifadə edilən yazıb-pozan qələmlərlə bağlı - Rəsmi açıqlama

Həyat yoldaşının maşınını nikah şəhadətnaməsi ilə sürmək mümkündür?

Həyat yoldaşının maşınını nikah şəhadətnaməsi ilə sürmək mümkündür?

Bəhram Elnur Məmmədovdan YAZDI: “Məni onun yumoru sayəsində tanıyırdılar” - FOTO

Bəhram Elnur Məmmədovdan YAZDI: “Məni onun yumoru sayəsində tanıyırdılar” - FOTO

Millimiz Bolqarıstanla heç-heçə etdi

Millimiz Bolqarıstanla heç-heçə etdi

Ukraynadakı müharibə daha 3 il davam edə bilər

Ukraynadakı müharibə daha 3 il davam edə bilər

“Qarabağ” belaruslu qapıçı ilə danışıq aparır

“Qarabağ” belaruslu qapıçı ilə danışıq aparır

Qazaxda yanğın - VİDEO

Qazaxda yanğın - VİDEO

Rusiyada meymunçiçəyinə yeni yoluxma qeydə alınıb

Rusiyada meymunçiçəyinə yeni yoluxma qeydə alınıb

Bazara gedənlərin diqqətinə: apreldə bu məhsullar ucuzlaşacaq

Bazara gedənlərin diqqətinə: apreldə bu məhsullar ucuzlaşacaq

Qəbələdə 50 yaşlı kişi dağda yıxılaraq xəsarət alıb - VİDEO

Qəbələdə 50 yaşlı kişi dağda yıxılaraq xəsarət alıb - VİDEO

KİV: ABŞ-İran danışıqlarına bu şəxslər RƏHBƏRLİK EDƏCƏK

KİV: ABŞ-İran danışıqlarına bu şəxslər RƏHBƏRLİK EDƏCƏK

Səhra qumlarının altından 500 illik xəzinə gəmisi tapıldı: İçindəki qızıl və sirlər

Səhra qumlarının altından 500 illik xəzinə gəmisi tapıldı: İçindəki qızıl və sirlər

Bu bürclərin bəxti açılır: Gözlənilməz qazanc gəlir

Bu bürclərin bəxti açılır: Gözlənilməz qazanc gəlir

Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib

Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib

End of content

No more pages to load

RADİO