İranda dövlət əleyhinə etirazlar fonunda ölkənin iqtisadiyyatında çöküş müşahidə olunur.
Bizim.Media ölkə KİV-ə istinadən xəbər verir ki, Tehranda 300 çörək müəssisəsində “Səngək” adlı çörəyin qiyməti 2 min tüməndən 3 minə qalxıb.
İranın iqtisadiyyat naziri Ehsan Xandozi bunun səbəbi kimi bildirib ki, ölkə üzrə çörəyin vahid qiyməti yoxdur və onun qiymətini regionlar bazara uyğun müəyyənləşdirir:
“Çörəyin bahalaşması əyalətlərdəki qurumların tələbi və Daxili İşlər Nazirliyinin razılığı ilə mümkündür. Hökumət çörəyin qiymətlərinə nəzarət üçün mütləq xüsusi tədbirlər görəcək”.
Bizim.Media