ABŞ Dövlət Departamenti Cənubi Koreyaya 5,06 milyard dollar məbləğində F-35 qırıcı təyyarələri və müvafiq avadanlıqların satışı ilə bağlı qərarı təsdiqləyib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Bildirilib ki, qeyd edilən məbləğdə 25-ə qədər qırıcı tədarük ediləcək.
Departamentdən qeyd edilib ki, qırıcıların tədarükü ABŞ-ın döyüş hazırlığına xələl gətirməyəcək və regionda hərbi balansı dəyişməyəcək.
Bizim.Media