Populyarlığı günbəgün artan ÇİN AVTOMOBİLLƏRİ – Onların keyfiyyətinə güvənmək OLARMI?

Çinin Baş Gömrük İdarəsinin yaydığı hesabatda göstərilir ki, 2023-cü ilin yanvar-iyul aylarında Çindən Azərbaycana 3,638 min minik avtomobili və sərnişin daşınması üçün nəzərdə tutulan digər nəqliyyat vasitəsi idxal olunub. Hesabat dövründə bu ixrac $71,882 milyon dəyərində qiymətləndirilib.

İyulda Çindən Azərbaycana minik avtomobili və sərnişin daşınması üçün nəzərdə tutulan digər nəqliyyat vasitələrinin idxalı say ifadəsində iyun ayına qədər 43% - 642 ədədə qədər, pul ifadəsində - 20% - aydan aya $11,6 milyonadək artıb.
 

MÖVZU İLƏ BAĞLI:

Yaxın aylarda Çin avtomobilləri ölkəni “işğal edəcək” – Ekspertdən PROQNOZ


Qeyd edək ki, Çindən Azərbaycana əsasən, “Changan”, “Haval”, “Geely”, “Baic”, “BYD”, “Great Wall”, “FAW”, “GAC” və “Dong Feng” markalə avtomobillər idxal olunur.

Qeyd edək ki, Çin avtomobillərinin ölkəmizə ilk idxalı 2014-cü ildə baş tutub. Həmin ildən başayaraq, avtomobil bazarlarında müxtəlif markaların rəsmi dilerləri fəaliyyət göstərir. Bu da həmin markalara yaranan diqqətin sayəsində mümkün olub. Ümumiyyətlə, onlar öz gözəl görünüşü və büdcəyə uyğun qiyməti ilə diqqətləri üzərinə çəkirlər.

Ancaq bununla belə, onların keyfiyyəti ilə bağlı ciddi narazılıqlar var. Bildirilir ki, bəzi dilerlər bu avtomobillərə təminat və zəmanət vermirlər. Bu tip məlumatlar Çin avtomobillərinə sahib olmaq istəyən insalarda tərəddüd hissinin yaranmasına səbəb olur. Uzun illərdir beyinlərdə formalaşmış “Çin məhsulu” məfhumu da alıcı olmaq istəyənlərdə qorxu və tərəddütü daha da şiddətləndirir. 

“Bu markaların Çin versiyalarına rəsmi dilerlər zəmant vermirlər”

Mövzu ilə bağlı fikirlərini Bizim.Media saytına açıqlayan nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirir ki, Azərbaycana gətirilən Çin avtomobilləri arasında “BMW”, Mercedes”, Toyota” kimi brendlərin Çin versiyalarına da rast gəlinir:

““Belə ki, “Toyota” avtomobilinin “RAV-4” markasının qiyməti rəsmi dilerlərdə bir qiymətə satılır, başqa bir dilerdə isə Çin versiyası ondan xeyli ucuz qiymətə təklif olunur, amma heç bir diler zəmanət verilmir. Bu da onun keyfiyyəti ilə bağlıdır”.

Müsahibimiz, bir müddət əvvəl “Toyota” ilə bağlı apardığı araşdırmanın nəticələrini diqqətə çatdırıb:

“Bunu alanlar sonradan ciddi problemlərlə üzləşirlər. Belə ki, bir çox hallarda ya ehtiyat hissələri tapılmır, ya da uyğun gəlmir. Əsasən də qabaq şüşəsi və ya əyləc sistemi ilə bağlı hissələri tapmaq olmur. Buna görə də sifariş verərkən bir neçə ay gözləməyə məcbur olurlar. Bu avtomobillərə “Toyota”nın rəsmi diler və həm zəmant vermir, həmdə servis xidməti göstərə bilmir. Çünki, diaqnostika edildikdə, kompüter “beynini” görə bilmir. Hətta rəsmi dilerdən kənar “Merceses” və ya “BMW” alanlar da narazılıq edirlər. Alan isə tez bir vaxtda satmağa çalışır”.    
“Hazırda Çin avtomobillərinin keyfiyyəti çox yüksəkdir”

Azərbaycan Avtomobil Dilerləri Asossasiasının direktoru Eyyub Əliyev isə Çin avtomobilləri ilə bağlı nikbin fikirlər səsləndirib.

Onun dediyinə görə, hazırda Azərbaycanda rəsmi olaraq 15 Çin avtomobili markası satılır:

“Qeyri-rəsmi dilerlər və fərdi sahibkarlar tərəfindən ölkəyə gətirilən brendlərin sayı isə 20-dən çoxdur. Tanınmış Avropa və Amerika brendlərini Azərbaycana idxal edən bəzi dilerlər Çin avtomobillərini idxal edirlər. Eyni zamanda, həm onların ehtiyat hissələrini gətirir, həm də yüksək səviyyədə servis xidmət həyata keçirirlər”. 

10 il əvvələ baxanda hazırda Çin markalarının daha keyfiyyətli olduğunu söyləyən müsahibimiz, onların dizayn baxımından da çox cəlbedicidi oluqlarını vurğulayıb:

“Çinlilər artıq bi neçə ildir ki, təkcə Azərbaycana və Gürcüstana deyil, “Avro” standartlarının ciddi tətbiq olunduğu Türkiyə və Avropa bazarlarına da çıxmağa başlayıb. Bu ölkənin elektromobilləri hazırda Norveç kimi həssas Avropa ölkəsində satılırsa, deməli, Çin keyfiyyət məsələsində çox inkişaf edib. Elə şirkətlər var ki, bazara yeni daxil olduqları üçün ehtiyat hissələri və servislə bağlı ciddi sıxıntı yaşayırlar. Alıcılar da belə şirkətlərdən avtomobil aldıqdan qısa müddət sonra peşman olurlar. 

E.Əliyevin fikrincə, bəzi sahibkarlar tərəfindən Çindən Azərbaycana gətirilən avtomobillər bəzi Avropa brendlərinin oxşar versiyalarıdır:

“Belə sahibkarlar heç bir yerdə rəsmi qeydiyyatdan keçmədikləri üçün “boz diler” adını alırlar. Onlar heç bir avtomobil müəssisəsi ilə rəsmi əməkdaşlıq etmədən belə addımlar atırlar və həmin markanın imicinə, adına zərər vururlar. Əslində bu avtomobillər Çinin daxili bazarı üçün nəzərdə tutulub. Bu baxımdan da Azərbaycan alıcısı problemlər yaşaya bilər”.

Ekpert onu da diqqətə çatdırdı ki, bir neçə il əvvələ qədər rəsmi dilerlər tərəfindən gətirilən avtomobillərə 80-100 min km. zəmanət verirdilərsə, hazırda bu, 150-250 min km-ə, müddəti isə 3 ildən 6 ilə qədərdir: 

“Elə Çin brendləri də var ki, nə qədər fantastik görünsə də, 1 milyon km-ə qədər zəmanət verə bilirlər.  Əgər istehsalçı zavod və onun Azərbaycandakı rəsmi nümayəndəsi göstərilən müddət üçün zəmanət verisə, bu, onun keyfiyyətinin təsdiqi deməkdir. 

Təxminən 10 il əvvəl Çin öz avtomobilləri ilə ölkəmizin bazarına daxil olarkən, problemlər həddindən çox idi. Amma indi Çin zavodlarında çalışan bütün mütəxəssislər, yəni dizaynerlərindən tutmuş mühəndislərinə qədər böyük əksəriyyəti Avropanın məşhur zavodlarında təcrübə keçmiş şəxslərdir. Buna görə də təkcə dizayna, “ekonom”luğa və ucuzluğa deyil, keyfiyyətə üstünlük verilir”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

End of content

No more pages to load

RADİO