"Yaşıl enerji" layihələrilə bağlı hərraclarda xarici investorlar da İŞTİRAK EDƏCƏK – RƏSMİ

Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində Qarabağda yaşıl enerji müəssisələrinin yaradılmasında özbək şirkətlərinin də iştirakı müzakirə olunub.

İşğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişafı ilə əlaqədar yaşıl enerji sahələrinin yaradılması, eləcə də yerli investorlarla yanaşı, xarici investorların bu sahəyə cəlb edilməsi vacib amildir.

Cənab Ş.Mirziyoyevin səfərindən sonra özbək iş adamlarının da Azərbaycana gələrək, “Yaşıl enerji” sahəsində yatırımlar etməsi diqqət mərkəzindədir.

Bəs, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji sahələrinin yaradılması və həm yerli, həm də xarici sərmayədarların cəlb edilməsi üçün hansı işlər görülür? Energetika Nazirliyindən

Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə "Yaşıl enerji" zonasının yaradılması nəzərdə tutulub:

“Bununla əlaqədar olaraq, 6 may 2021-ci ildə Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında imzalanmış müqavilənin icrası çərçivəsində "Yaşıl Enerji Zonası" Konsepsiya layihəsi hazırlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı nazirdən “yaşıl enerji” ilə bağlı açıqlama: "2027-ci ilədək..."


Hazırda “Yaşıl enerji zonası”nın yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi “yaşıl” texnologiyaların tətbiqinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.

Bundan əlavə, ölkəmizin bərpa olunan enerji mənbələri potensialından səmərəli istifadəni təmin etmək məqsədilə dövlət investisiyası ilə yanaşı, özəl, o cümlədən xarici investisiya hesabına yeni istehsal güclərinin istifadəyə verilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir”.
Nazirlikdən bildirilib ki, bərpa olunan enerji mənbələrinin inkişafı ilə əlaqədar BP, “Masdar”, “Fortescue Future Industries” “ACWA Power”, “TotalEnergies”, “China Gezhouba Group Overseas Investment” kimi şirkətlərlə mühüm müqavilələr imzalanıb:

“Eyni zamanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində beynəlxalq tərcübənin öyrənilməsi və sahə üzrə əlverişli investisiya mühitinin yaradılması məqsədi ilə beynəlxalq təşkilatlar və beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələri genişləndirilməkdədir.

Bununla yanaşı, xarici investorlar tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrə böyük marağın olduğunu nəzərə alaraq, investorların keçirilməsi planlaşdırılan hərraclarda iştirak etməsi də nəzərdə tutulur”.

Nazirliyin cavabında cari ilin avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Füzulidə Özbəkistanın maliyyə dəstəyi ilə inşa olunmuş məktəbin açılış mərasiminin baş tutduğu da bir daha xatırlanıb:

“Həmin məktəbin inşa olunmasında “Yaşıl Konsepsiya”nın tələbləri nəzərə alınıb və elektrik enerjisinə olan tələbatının ödənilməsi məqsədilə binanın üzərində günəş paneli quraşdırılıb. Bununla yanaşı, iki ölkənin rəsmi nümayəndələri arasında görüşlər keçirilib.

Hər iki ölkədə bərpa olunan enerji sahəsində böyük layihələrin həyata keçirilməsi və inkişafını nəzərə alaraq, sahə üzrə fəaliyyət göstərən dövlət qurumları arasında da əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur”.

Qurumdan o da bildirilib ki, iki ölkə arasında bir çox sahələrdə, o cümlədən energetika sahəsində əməkdaşlıq istiqamətində işlər görülməkdədir:

“Belə ki, Özbəkistan Prezident Ş.Mirziyoyevin ölkəmizə səfəri çərçivəsində Azərbaycanla Özbəkistan arasında energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş imzalandı.

Bundan əlavə, hər iki ölkənin Energetika nazirlikləri arasında 2023-2025-ci illər üçün enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi” imzalandı.
Bu sənədə əsasən, Azərbaycan və Özbəkistan bərpa olunan enerji, enerji sektorunda islahatlar, enerji resurslarından səmərəli istifadə, enerji keçidi, dekarbonizasiya, hidrogen istehsalı ilə bağlı informasiya və təcrübə mübadiləsi üzrə də əməkdaşlıq edəcəklər.

Eyni zamanda, təsdiq olunmuş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi” Qaydasına əsasən, cari il ərzində ilk hərracların keçirilməsi planlaşdırılır.

Bununla bağlı özbək şirkətləri də keçirilməsi planlaşdırılan hərraclarda iştiraka dəvət oluna bilər”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

End of content

No more pages to load

RADİO